![]() |
![]() |
Avropa ölkələri sonsuz hərbi əməliyyatların tərəfdarı olmaqda və Kiyevin hücumlarına, o cümlədən Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ maraqlarına qarşı dəstək verməkdə davam edir.
Bütün bunlar Avropada antitramp internasionalın yaradılmasına işarə edir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev deyib.
“Parisdə sonsuz müharibəni quduzcasına müdafiə edən Avropa ölkələrinin toplantısı keçirilərkən, kiyevli narkoman ABŞ neftinin axdığı beynəlxalq Xəzər Boru Kəməri Konsorsiumunun neft infrastrukturuna hücum edib. Belə görünür ki, antitramp beynəlmillət Avropada getdikcə daha aydın formalar alır”, - Medvedyev bildirib.