![]() |
![]() |
Ukrayna münaqişəsi başlayandan sonra Gürcüstan xarici qüvvələr tərəfindən Rusiya ilə müharibəyə təhrik edildi və onu nüvə nəhəngi ilə tək qoydular.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili deyib.
“Bizi nüvə nəhəngi ilə üz-üzə qoyub söz verdilər: “Sizi silahla təmin edəcəyik”. Avropapərəst gənclər bizi Rusiyaya qarşı müharibəyə çağırdılar, hökuməti buna məcbur etdilər. Bizi sanksiyalara qoşulmağa, Ukraynaya könüllülər göndərməyə və müharibəni dəstəkləməyə çağırdılar, halbuki biz nə NATO, nə də Avropa Birliyinin üzvüyük. Sual yaranır: “Gürcüstan bu müharibədə iştirak etməli idimi?”, - Kavelaşvili bildirib.