![]() |
![]() |
Avropa Rusiya tərəfi ilə yeni təhlükəsizlik arxitekturasını razılaşdırmalıdır.
Axar.az xəbər verir ki, bunu Avropa Şurasının Prezidenti Antonio Koşta deyib.
“Tramp həqiqətən avropalıların öz təhlükəsizlikləri üçün daha çox məsuliyyət daşımasını istəyirsə, təbii ki, avropalılar yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əsas oyunçulara çevrilməlidir”, - o bildirib.
Koştanın sözlərinə görə, döyüşlər təkcə Ukrayna tərəfinə deyil, həm də Avropanın təhlükəsizliyinə təsir edir.