![]() |
![]() |
Ukrayna münaqişəsinin tərəfləri Ukraynanın ərazi bütövlüyü ilə bağlı bir sıra xoşagəlməz qərarlar qəbul etməli olacaqlar.
Axar.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“İdeal dünyada biz təbii ki, Ukraynanın ərazi bütövlüyünün qorunub saxlanmasını istərdik. Amma indi müharibə gedir və təəssüf ki, bu müharibə dövründə biz müəyyən seçimlər etməli, xoşagəlməz qərarlar qəbul etməliyik. Münaqişənin hər iki tərəfinin fərqli məqsəd və istəkləri var. Əsas sual ABŞ vasitəçiliyinin görüş təşkil etmək üçün kifayət edib-etməməsi və birbaşa danışıqlar prosesinə başlamaqdır”, - Fidan bildirib.
Onun sözlərinə görə, Ukrayna nizamlanmasında avropalılarla məsləhətləşmək lazımdır.