![]() |
![]() |
Vaşinqton administrasiyası Avropa ölkələrinə Ukraynaya çatdırılmaq üçün Amerika hərbi-sənaye kompleksindən silah və digər məhsullar almağa icazə verəcək.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərlə söhbətində deyib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın müdafiə naziri Pit Heqset Ukraynaya silah tədarükünü əlaqələndirən Qərb təmas qrupunun Brüsseldə keçirilən iclasında deyib ki, gələcəkdə Kiyevə veriləcək silahların əsas payı Vaşinqtondan yox, avropalılardan olmalıdır.