![]() |
![]() |
Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Cəbrayıl sakini Yusifov Yusif deyib.
Onun sözlərinə görə, Azərbaycanın hər bir guşəsi bizim üçün əzizdir. Amma hamı kimi bizim üçün də doğma yurdumuz bizə əzizdir.
"Sevdiyim yurdda yaşayıb yaratmaq övladlarımızı böyüdüb vətənə layiq yetişdirmək bizim başlıca planımızdır", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 mindən çox insan yaşayır.