ABŞ Dövlət katibi Entoni Blinken Bağdadda keçirilən iclasda İraqın Baş naziri Məhəmməd Sudanidən İranın respublika ərazisindən Suriyaya silah və texnika tədarükünün qarşısını almağı xahiş edib.
Axar.az xəbər verir ki, bu barədə “Blumberq” amerikalı məmura istinadən məlumat yayıb.
Bildirilib ki, Blinken Suriyada İranın dəstəklədiyi qrupların silahlardan mümkün istifadəsindən narahatdır və onların fəaliyyəti ölkədə qeyri-sabit vəziyyəti pisləşdirə bilər.
Dövlət katibi əlavə edib ki, İran İsraillə münaqişə nəticəsində zəifləyib.
Qeyd edək ki, Blinken gözlənilmədən Türkiyədən İraqa səfər edib.