Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri Uilyam Börns Qətərə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə Qətər mətbuatı məlumat yayıb.
Məlumata görə, Börns çərşənbə günü Dohaya gedəcək və Qətər Baş naziri Məhəmməd bin Əbdül Rəhman əl-Tani ilə görüşərək Qəzzada girovlar və atəşkəslə bağlı danışıqların vəziyyəti haqqında məlumat alacaq.