Son xəbərlər

 

Azərbaycan Suriyada baş verən prosesləri izləyir.

 

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Suriyada son vəziyyət barədə bəyanatında bildirilib.

Qeyd edilib ki, bu çərçivədə, eyni zamanda qardaş Türkiyə ilə məsləhətləşmələr həyata keçirilir.

"Suriyada Bəşər Əl-Əsəd rejiminin çökməsindən sonra ölkədə sülhün və sabitliyin bərpa olunması və vətəndaş qarşıdurmasına son qoyulması mütləq dərəcədə vacibdir.

Azərbaycan Respublikası Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir və Suriya xalqının iradəsinə uyğun şəkildə, habelə ölkədaxili siyasi dialoq vasitəsilə məsələlərin həllini tapacağına ümidvar olduğunu bildirir.

Azərbaycan Respublikası qardaş Türkiyə Respublikası və digər həmfikir tərəfdaşlarla birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına töhfə verməyə hazırdır.

Eyni zamanda, Azərbaycan Respublikasının Suriyada səfirliyinin mövcud olmamasına baxmayaraq, Suriyada Azərbaycan vətəndaşlarının sayının və yerinin müəyyən edilməsi istiqamətində iş aparılır. Azərbaycan Respublikası həmçinin 2020-ci ildən başlayaraq Türkiyə Respublikasının ərazisi vasitəsilə həyata keçirilməkdə olan vətəndaşlarımızın Suriya Ərəb Respublikasından ölkəmizə repatriasiyasıyası işini davam etdirəcək.

Azərbaycan Respublikası Suriyada vəziyyət sabitləşəndən sonra Azərbaycanla Suriya arasında ikitərəfli münasibətlərin bərpa olunacağına, əməkdaşlığın qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipi əsasında inkişaf edəcəyinə ümidvardır", - XİN-dən vurğulanıb.

11 Dekabr 2024 Xoşqədəm Hidayətqızı və ARB-yə qadağa qoyuldu
11 Dekabr 2024 Mişustin dəvət etdi, Əsədov Moskvaya getdi
11 Dekabr 2024 Arakçının Dəməşqdə şaurma yeyərək, bu sözü deməsi…
11 Dekabr 2024 Şərqi Azərbaycanda korrupsiya: 6 məmur işdən qovuldu
11 Dekabr 2024 Bizə ən böyük təhlükə Hizbullah və İran idi - Video
11 Dekabr 2024 Blinken Türkiyəyə gəlir
11 Dekabr 2024 Fərid Axundov "PAŞA Bank"dan ayrılır
11 Dekabr 2024 Bakı təklifdən imtina edir, çünki “ağası” yoxdur - Klaçkov
11 Dekabr 2024 İsrail bu ölkələrə hücum edəcək
11 Dekabr 2024 Günə 10 yumurta yemək olarmı?
10 Dekabr 2024 Suriyanın yeni bayrağının mənası - Foto
10 Dekabr 2024 Rubinyan sərhəddəki görüşdən danışdı, bu detalı gizlətdi
10 Dekabr 2024 Özəl pensiya fondu: 500 manat alırsa, əlavə 300 də alacaq...
10 Dekabr 2024 Yeni il hədiyyə qutuları ilə bağlı XƏBƏRDARLIQ
10 Dekabr 2024 Qalstuk yeyən Mişanın vətənində... - Narışkin
10 Dekabr 2024 Dəməşqdə qazanıb, İrəvan və Tiflisdə itirmək... - Çağırış
10 Dekabr 2024 Lula da Silva təcili xəstəxanaya yerləşdirildi
10 Dekabr 2024 Azərbaycanda bunu edənlər 10 ilədək həbs olunacaq
10 Dekabr 2024 İsa Məsih açıq dərili, uzun saçlı olmayıb - Yeni təsvir
10 Dekabr 2024 Azərbaycanda bu mağazanın satıcısı yoxdur - VİDEO
09 Dekabr 2024 2024-cü ildə Türkiyə bu məşhurları İTİRDİ - VİDEO
09 Dekabr 2024 Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü
09 Dekabr 2024 Bu şəxslər diplomat ola bilməz - Qanun
09 Dekabr 2024 İran ordusu Əsədə niyə kömək etmədi? - Arakçı
09 Dekabr 2024 “Qurdlar vadisi”nin Əsədlə bağlı səhnəsi gündəm oldu - Video
09 Dekabr 2024 MOİK-in rəhbəri dəyişir
09 Dekabr 2024 Turab Rzayev Hindistan gömrüyündə saxlanıldı
09 Dekabr 2024 Pezeşkiandan Suriya ilə bağlı açıqlama
07 Dekabr 2024 Laçını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq - Fuad Oqtay
07 Dekabr 2024 Suriyadakı son durum: Arakçı Dohada səfərdədir