Vaşinqtonun Ukraynaya yeni yardım ayırması Vladimir Zelenski rejiminin əzabını uzatmaq istəyindən xəbər verir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Bu, Kiyev rejiminin, Zelenskinin özünün və Bayden rejiminin Ukraynadakı vəziyyət ətrafında yaratdığı korrupsiya sövdələşmələrinin əzabını uzatmaq üçün manyak bir istəkdir”, - Zaxarova bildirib.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirləri hesabına Ukraynaya 20 milyard dollarlıq kredit ayırdığını açıqlamışdı.