Son xəbərlər

 

Phuketdə turist və Udontani şəhərindən olan yerli müğənni Tailand masaj seanslarına qatıldıqdan sonra dünyasını dəyişib.

 

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, hər iki hadisə ötən həftə sonu baş verib. Dekabrın 7-də polisə Patonqa çimərliyindəki masaj salonundan Sinqapurdan gələn turistlə bağlı problem barədə mesaj gəlib.

Məlum olub ki, 52 yaşlı kişinin 45 dəqiqə ərzində bədəninə yağ masajı edilib. Prosedurdan sonra nəfəsi dayanıb. Kişiyə süni tənəffüs veriblər, amma faydası olmayıb. Mərhumun həyat yoldaşı yarılmadan imtina etdiyi üçün ölüm səbəbi məlum deyil.

İkinci halda, 20 yaşlı Tailand müğənnisi Çayada Prao-hom dekabrın 8-də ikisi boynunda olmaqla üç masajdan sonra ölüb.

Bildirilir ki, oktyabrın 5-də müğənni belindəki ağrılardan tanışı olan oğlana şikayət edib və onu tay masajına aparmağı xahiş edib.

Qız bunun sadəcə masajın təsiri olduğunu düşünərək seanslara getməyi dayandırmayıb. 

Noyabrın 18-də müğənninin vəziyyəti pisləşib. O, nə hərəkət edə, nə də özünə qulluq edə bilib. Və sonda qız Udonthani xəstəxanasının reanimasiya şöbəsində dünyasını dəyişib. Ölüm səbəbinin qan zəhərlənməsi və beyin ödemi olduğu bildirilir.

Yerli hakimiyyət orqanları Çayadanın getdiyi masaj salonunun bu cür xidmətləri göstərmək üçün akkreditə olunub-olunmadığını yoxlamaq niyyətindədir.

Şərq Tibb Kollecinin məsləhətçisi, professor Tiravat Hemaçudha bu halları şərh edərkən deyib ki, dartılma, məşq və ya masaj seansı zamanı boynunuzun kəskin şəkildə bükülməsi və ya kəskin hərəkəti beyinə qan tədarükündən məsul olan iki cüt arteriyanın zədələnməsinə səbəb ola bilər: karotid arteriyalar və vertebral arteriyalar.

Təhlükə başın dönmə, çəkmə və ya fırlanma qüvvəsi ilə birlikdə artacaqdır. Bu fəaliyyətlərin uzun müddət təkrarlanması yalnız sinirlər üçün deyil, boyundakı qan damarları üçün də problem yaradacaqdır./Lent.az

11 Dekabr 2024 Tramp Ağ Evə səs-küylə qayıtmağa hazırlaşır
11 Dekabr 2024 Yeni hökumətdən suriyalıları sevindirəcək qərar
11 Dekabr 2024 Ukraynadan ərazi güzəştləri ilə bağlı daha bir açıqlama
11 Dekabr 2024 Rusiya Zaporojyeni vurdu: 9 nəfər öldü, 2 nəfər isə...
11 Dekabr 2024 Ərdoğanın “bir mən, bir Putin...” sözlərinə Rusiyadan reaksiya
11 Dekabr 2024 Rusiyadan Taqanroqa raket hücumuna: Cavabı olacaq!
11 Dekabr 2024 Ümid edirəm ki, Orban Əsədə zəng etməyəcək - Zelenski
11 Dekabr 2024 Hafiz Əsədin cəsədinin olduğu sarkofaq yandırıldı
11 Dekabr 2024 Əsədə xəbərdarlıq etmişdik - Xamenei
11 Dekabr 2024 Xamenei meydan oxudu: Cahillər elə bilir ki...
11 Dekabr 2024 ABŞ-ın manyak istəyi... - Zaxarova
11 Dekabr 2024 Tramp məşhur investoru Türkiyəyə səfir göndərir
11 Dekabr 2024 Əsədin nəhəng narkotik mərkəzi üzə çıxdı - Video
11 Dekabr 2024 Əfqanıstanda kamikadze hücumu: nazir öldürüldü
11 Dekabr 2024 Məni diktator adlandırdılar, CHP Suriyaya baxsın...
11 Dekabr 2024 Əsəd dedi ki, gəlsəniz, bu ölkə bizi vuracaq - SEPAH
11 Dekabr 2024 Əsədin devrilməsi SEPAH-da qarşıdurmanı gücləndirdi
11 Dekabr 2024 İrəvanda məscidlər tikiləcək, islamlaşma gedəcək - Çalımyan
11 Dekabr 2024 Əsəd qaçarkən İsrailə, görün, nələr ötürübmüş...
11 Dekabr 2024 İsrailin inadla və israrla getdiyi bu yol... - Ərdoğan
11 Dekabr 2024 Əgər bizə bu sistemdən 12 ədəd verilsə... - Zelenski
11 Dekabr 2024 Kreml “son qalasını” itirdi: İrəvan “qaçacaq” - Çalimyan
11 Dekabr 2024 İlham Əliyev keniyalı həmkarını təbrik etdi
11 Dekabr 2024 Putin Hindistan müdafiə nazirini qəbul etdi
10 Dekabr 2024 Yeni il "yolka"sı bəzəyirdi - faciəli şəkildə öldü
10 Dekabr 2024 Onlar barədə məlumat təqdim edənə mükafat veriləcək - Colani
10 Dekabr 2024 Ən qısa zamanda darmadağın ediləcəklər - Ərdoğan
10 Dekabr 2024 Fransa ordusu Çaddan geri çəkilməyə başladı
10 Dekabr 2024 Zurabişvilinin sarayının qarşısına qatar qoydular
10 Dekabr 2024 "Elm və Təhsil Nazirliyi kimisə işdən çıxarır" anlayışı yoxdur