İran dini rəhbəri Əli Xamenei yenə də qələbədən danışıb və “Müqavimət oxu” adlandırdığı İranın bölgədəki proksi qüvvələrinə motivasiya verməyə çalışıb.
Axar.az xəbər verir ki, o, bu barədə bu gün Bəşər Əsədin devrilməsi ilə bağlı etdiyi çıxışında deyib.
“Müqavimət budur, “Müqavimət oxu” budur, nə qədər ona artıq təzyiq göstərilsə, o daha da güclü və möhkəm olacaq. Mən sizə deyirəm, “Müqavimət oxu” əvvəlkindən daha geniş şəkildə bütün bölgəyə yayılacaq”, - İran rəhbəri bildirib.
O, Əsədin süqutundan sonra İranın gücsüzləşdiyini deyənləri “cahil” adlandırıb və bunun belə olmadığını, İranın daha da güclənəcəyini söyləyib.