Son xəbərlər

 

Uşaqlar üçün içərisində müxtəlif şirniyyatlar olan Yeni il hədiyyə qutularını alan zamanı son dərəcə diqqətli olmaq lazımdır.

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və informativ həllər şöbəsindən Milli.Az-a bildiriblər ki, ilk növbədə hədiyyə qutularını mağazalardan, yarmarkalardan və digər rəsmi satış yerlərindən almaq məsləhət görülür. Həmçinin bilmək lazımdır ki, belə qutuların üzərində içərisindəki məhsulların deyil, həmin qutuların qablaşdırılma tarixi yazılır. Ona görə də istehlakçılara hədiyyə qutuları alarkən içərisindəki qida məhsullarının aydın və oxunaqlı şəkildə etiketlənib-etiketlənmədiyinə, istehsal tarixinə, adına, əmtəə nişanına, xalis çəkisinə, qida dəyərliliyinə, eləcə də istehsalçı müəssisənin adına, ünvanına və digər məlumatlara diqqət yetirmək tövsiyə edilir.

Bununla yanaşı, Yeni il hədiyyə qutularını seçərkən onların qablaşdırılmasının deformasiya olunmadığına, əzilmədiyinə və korlanmadığına fikir vermək lazımdır. Eyni zamanda, yadda saxlamaq lazımdır ki, hədiyyə qutularının içərisinə xüsusi saxlanma şəraiti tələb edən, müvafiq temperatur rejiminə diqqət yetirilmədiyi təqdirdə xarab olma ehtimalı yüksək olan yoqurtlar, kremli qənnadı və kəsmik içlikli məmulatlar yerləşdirilməməlidir.

Bütün bunlarla yanaşı, hər bir istehlakçı ticarət yerlərindən aldığı Yeni il hədiyyə qutularının içərisindəki məhsulların təhlükəsizliyini təsdiqləyən sənədləri tələb edə bilər. Bəzi hallarda qutuların üzərində içərisindəki məhsullara dair siyahı yerləşdirilir. Siyahı olmadığı təqdirdə, qutuların içərisindəki məhsullarla tanış olmaq üçün satıcıya müraciət etmək tövsiyə olunur. İstehlakçı məhsulu aldıqda mütləq şəkildə satıcıdan kassa qəbzini də tələb etməlidir.

Qeyd edək ki, məhsulların keyfiyyəti ilə yanaşı, onların düzgün istehlakı da əsas şərtlərdəndir. Valideynlər məhsulların uşaqlar tərəfindən istehlak edilmə miqdarına diqqət yetirməlidirlər. Çünki ən keyfiyyətli şokolad, konfet və marmeladların belə həddindən artıq istehlakı uşaqlarda diatez, karies və müxtəlif problemlərə səbəb ola bilər.

Vətəndaşlardan xahiş olunur ki, Yeni il hədiyyə qutularındakı qida məhsullarının tərkibi, yararlılıq müddəti, saxlanma şəraiti və digər hallarla bağlı şübhələr yaranacağı təqdirdə, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin "1003-Çağrı Mərkəzi"nə məlumat versinlər.

11 Dekabr 2024 Xoşqədəm Hidayətqızı və ARB-yə qadağa qoyuldu
11 Dekabr 2024 Mişustin dəvət etdi, Əsədov Moskvaya getdi
11 Dekabr 2024 Arakçının Dəməşqdə şaurma yeyərək, bu sözü deməsi…
11 Dekabr 2024 Şərqi Azərbaycanda korrupsiya: 6 məmur işdən qovuldu
11 Dekabr 2024 Bizə ən böyük təhlükə Hizbullah və İran idi - Video
11 Dekabr 2024 Blinken Türkiyəyə gəlir
11 Dekabr 2024 Fərid Axundov "PAŞA Bank"dan ayrılır
11 Dekabr 2024 Bakı təklifdən imtina edir, çünki “ağası” yoxdur - Klaçkov
11 Dekabr 2024 İsrail bu ölkələrə hücum edəcək
11 Dekabr 2024 Günə 10 yumurta yemək olarmı?
10 Dekabr 2024 Suriyanın yeni bayrağının mənası - Foto
10 Dekabr 2024 Rubinyan sərhəddəki görüşdən danışdı, bu detalı gizlətdi
10 Dekabr 2024 Özəl pensiya fondu: 500 manat alırsa, əlavə 300 də alacaq...
10 Dekabr 2024 XİN-dən Suriya ilə bağlı bəyanat...
10 Dekabr 2024 Qalstuk yeyən Mişanın vətənində... - Narışkin
10 Dekabr 2024 Dəməşqdə qazanıb, İrəvan və Tiflisdə itirmək... - Çağırış
10 Dekabr 2024 Lula da Silva təcili xəstəxanaya yerləşdirildi
10 Dekabr 2024 Azərbaycanda bunu edənlər 10 ilədək həbs olunacaq
10 Dekabr 2024 İsa Məsih açıq dərili, uzun saçlı olmayıb - Yeni təsvir
10 Dekabr 2024 Azərbaycanda bu mağazanın satıcısı yoxdur - VİDEO
09 Dekabr 2024 2024-cü ildə Türkiyə bu məşhurları İTİRDİ - VİDEO
09 Dekabr 2024 Hikmət Hacıyev İsrail prezidenti ilə görüşdü
09 Dekabr 2024 Bu şəxslər diplomat ola bilməz - Qanun
09 Dekabr 2024 İran ordusu Əsədə niyə kömək etmədi? - Arakçı
09 Dekabr 2024 “Qurdlar vadisi”nin Əsədlə bağlı səhnəsi gündəm oldu - Video
09 Dekabr 2024 MOİK-in rəhbəri dəyişir
09 Dekabr 2024 Turab Rzayev Hindistan gömrüyündə saxlanıldı
09 Dekabr 2024 Pezeşkiandan Suriya ilə bağlı açıqlama
07 Dekabr 2024 Laçını Ankaradan, Ağdaşı İzmirdən ayırmırıq - Fuad Oqtay
07 Dekabr 2024 Suriyadakı son durum: Arakçı Dohada səfərdədir