Braziliya Prezidenti Luis İnasio Lula da Silva beyin qanaması keçirərək təcili xəstəxanaya yerləşdirilib.
Oktyabr ayında dövlət başçısı yıxılıb və başının arxasından zədə alıb, həkimlər artıq daxili qanaxma təhlükəsi barədə xəbərdarlıq ediblər.
Axar.az xəbər verir ki, bu barədə San-Paulu şəhərindəki “Sírio-Libanes” xəstəxanası məlumat yayıb.
Məlumata görə, Lula da Silva baş ağrısı hiss etdikdən sonra xəstəxanaya yerləşdirilib:
“MRT-də oktyabrın 19-da evdə baş vermiş qəza nəticəsində kəllədaxili qansızma aşkar edilib. Əməliyyat insidentsiz başa çatıb”.
Qeyd olunur ki, prezident kraniotomiya əməliyyatı keçirməli olub:
“Hazırda prezident özünü yaxşı hiss edir və reanimasiyada müşahidə altındadır”.