Suriyada müxalif qüvvələr 61 illik BƏƏS rejiminə son qoyarkən, Əsədə bağlı qüvvələrin niyə müqavimət göstərməməsi maraq kəsb edib.
Axar.az xəbər verir ki, İran xarici işlər naziri Abbas Arakçı sözügedən məsələyə münasibət bildirib.
O qeyd edib ki, Suriya təhlükəsizlik qüvvələri İdlibdəki hərəkatlardan xəbərdar idi, lakin orduda çatışmazlıq müqavimət göstərməyə yetərli olmadı:
“Suriya ordusu (Əsəd rejiminə bağlı qüvvələr – red.) motivasiya itkisi yaşayırdı. Bu vəziyyət də təbliğat və psixoloji müharibədən qaynaqlanır”.
XİN başçısı eyni zamanda qeyd edib ki, İranın Suriyadakı hərbi varlığı İŞİD-lə mübarizə ilə məhdudlaşır:
“Suriyanın daxili problemlərinin həlli isə hökumətin üzərinə düşən vəzifədir”.
Qeyd edək ki, 8 dekabrda “Heyət Təhrir əş-Şam” qruplaşması Dəməşqi ələ keçirərək, Bəşər Əsəd rejimini devirib. Bəşər Əsəd ailəsi ilə birgə Rusiyaya sığınıb.