Son xəbərlər

 

Bakıda keçirilən COP29 tədbiri çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Avropa İnvestisiya Bankı (AİB) arasında Anlaşma Memorandumu imzalanıb.

 

Nazirlikdən Axar.az-a bildirilib ki, memoranduma əsasən, tərəflər “Bakı Metropoliteni” QSC-nin şəbəkəsinin yenilənməsi, genişləndirilməsi və modernləşdirilməsi layihəsinin hazırlanması, tam qiymətləndirilməsi məqsədilə əməkdaşlıq edəcəklər.

Qeyd olunub ki, metro ilə hər gün təxminən 620-630 min sərnişin daşınır. Şəbəkənin yenilənməsi və genişləndirilməsi ilə bağlı planlaşdırılan işlərin məqsədi təqribən 2,4 milyon əhalisi olan Bakı şəhərində metro sərnişinlərinin sayını artırmaq və nəqliyyat sıxlığını azaltmaqdır.

Anlaşma Memorandumunun icrası paytaxtda mobilliyin inkişafı istiqamətində mühüm addım olacaq, eyni zamanda iqlim dəyişikliyi ilə mübarizə və çirklənmənin qarşısının alınması istiqamətində səyləri gücləndirəcək.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Bakı şəhərinin mobillik proqramı” çərçivəsində paytaxtda mikromobillik vasitələrinin təşviqi və infrastrukturun qurulması istiqamətində işlərin görüldüyünü bildirib. Onun sözlərinə görə, indiyədək 32 kilometrədək mikromobillik zolaqları istifadəyə verilib və şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.

“Metropolitenin inkişafı “Bakı şəhərinin mobillik proqramı”nın əsas komponentidir. Həmin layihədə metronun əlçatanlığının və xidmət keyfiyyətinin artırılması üçün 9 yeni stansiyanın inşası, eləcə də mövcud infrastrukturun təkmilləşdirilməsi nəzərdə tutulur. Aparılan işlər şəxsi avtomobil istifadəsindən ictimai nəqliyyata keçidi təşviq etmək məqsədi daşıyır. Bu da insanların yola sərf etdikləri vaxtı azaltmağa kömək edəcək və şəhərin ekoloji vəziyyətinə müsbət təsir göstərəcək”, – deyə nazir Rəşad Nəbiyev qeyd edib.

“Bu Anlaşma Memorandumu daha yaşıl və dayanıqlı Bakı ilə bağlı ümumi baxışımızın həyata keçirilməsi istiqamətində atdığımız əsas addımdır. Avropa İnvestisiya Bankı istixana effektli qaz tullantılarının azaldılması və şəhərdə ictimai nəqliyyatın keyfiyyətinin yaxşılaşdırılmasını təmin edəcək investisiya layihəsinin hazırlanması və təkmilləşdirilməsi istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə dəstək göstərəcək”, – deyə AİB-in vitse-prezidenti Teresa Çervinska vurğulayıb.

11 Noyabr 2024 Neftçalaya 66 milyon dollar ayrıldı
07 Noyabr 2024 Kursu bitirən hərbiçilərimiz mükafatlandırıldı - Video
07 Noyabr 2024 Sabah leysan olacaq
06 Noyabr 2024 Bakının bu rayonunda 1 saat işıq olmayacaq
05 Noyabr 2024 Rusiya İsrailin bu addımını kəskin qınadı
05 Noyabr 2024 İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir
05 Noyabr 2024 Zəfər Günü münasibəti ilə atəşfəşanlıq olacaq
05 Noyabr 2024 Sürücülərin imtahanı: 3 nəfər başqasının yerinə girmək istədi
05 Noyabr 2024 Bakıda yağış, Şahdağda isə qar yağır - Faktiki hava
05 Noyabr 2024 Talış və Suqovuşandan yeni – Video
05 Noyabr 2024 Bakıda aksiz markasız siqaretlər satılır - Rəsmi açıqlama
05 Noyabr 2024 Müəllimlərə təhsil kartları verilir - Güzəştlər olacaq
28 Oktyabr 2024 Bərdə terrorundan 4 il ötür
26 Oktyabr 2024 Yollarda hərəkət istiqaməti dəyişdirildi - Sürücülərə müraciət
26 Oktyabr 2024 Axşam leysan yağacaq
26 Oktyabr 2024 COP29-un nəqliyyat icarəsi üzrə məsul tərəfdaşı...
26 Oktyabr 2024 İstirahət günü hava necə olacaq?
26 Oktyabr 2024 Gürcüstanda qutuya topa bülleten atıldı - Video
25 Oktyabr 2024 Bəzi dərmanlar ƏDV-dən azad olunur - DVX
25 Oktyabr 2024 Növbəti demarkasiya hansı ərazilərdə olacaq?
25 Oktyabr 2024 Sabah yağış və qar yağacaq
25 Oktyabr 2024 Bakıda bu dönərxana bağlandı
25 Oktyabr 2024 ABŞ Rusiyanı Bakı vasitəsilə necə xilas etdi? - Foto
24 Oktyabr 2024 Sumqayıtın bu ərazilərində 2 saat işıq olmayacaq
24 Oktyabr 2024 AYNA-dan "Bakıkart"la bağlı xəbərdarlıq
24 Oktyabr 2024 Bakıya leysan yağacaq, temperatur 6 dərəcə düşəcək
23 Oktyabr 2024 COP29-la bağlı nəqliyyatın hərəkəti dəyişdirilir
23 Oktyabr 2024 Bakı metrosu gücləndirilmiş rejimə keçir
23 Oktyabr 2024 Bu ay ən çox yağıntı hansı əraziyə düşüb?
22 Oktyabr 2024 Faktiki hava: Bu ərazilərdə yağış kəsdi