Son xəbərlər

 

Dünyaca məşhur şərbətli desert olan paxlava, Türk mətbəxinin ayrılmaz və ən ləziz təamlarından biridir.  SİA xəbər verir ki, Türkiyəyə səyahət edərkən dadmalı olduğunuz bu desert, həm də şirniyyat ehtiyacınızı ödəmək üçün əla seçimdir. Bütün Türk dünyasının ən sevimli və ləziz şirniyyatı olan paxlava xüsusi olaraq hazırlanır. Nazik yuxa qatlarının arasına fıstıq, fındıq və ya qoz kimi ləzzətli içliklər əlavə edilərək bişirilir, sonra isə üzərinə şərbət tökülür. Türk paxlavasının bu təkrarolunmaz ləzzətini dadmaq və onun Osmanlı saraylarından bugünkü süfrələrə qədər gəlib çıxan tarixini öyrənmək istəyirsinizsə, 17 Noyabr Dünya Paxlava Gününü qaçırmayın!

Saray şirniyyatı olan paxlava

Paxlava hazırlamaq Osmanlı İmperiyasının saray mətbəxlərində ustalıqla inkişaf etdirilmiş və zərifliyi ilə seçilən möhtəşəm bir desertdir. Xüsusilə şadlıq və mərasimlərdə yalnız paxlava hazırlamaqda xüsusi təlim keçmiş usta şirniyyatçılar tərəfindən hazırlanırdı. Kağız kimi nazik laylarla ustad əllərlə hazırlanan və şərbətlə birləşdirilən bu unikal desert kulinariya irsi kimi günümüzə qədər gəlib çatmışdır.

Qaziantep paxlavası

Əksər insanlar ən yaxşı paxlavanın Türkiyənin cənub-şərqindəki Qaziantepdə hazırlandığını hesab edirlər. 2013-cü ildə Avropa Komissiyası Qaziantep paxlavasına "mənşə mühafizəsi təyinatı" statusu verib və bu öz siyahısında qeydə alınan ilk türk məhsulu olub. Qaziantep paxlavasının bənzərsiz dadının bu şəkildə bəyənilməsi təəccüblü deyil, çünki şəhər bir-birindən fərqli dadlardan ibarət zəngin mətbəxi ilə qastronomik cənnətdir. Şəhərin mətbəxi əvvəllər qastronomiya sahəsində YUNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil olmuşdur.

Qaziantepdə Osmanlı saray mətbəxində olduğu kimi, paxlava hazırlanması nəsildən-nəslə ustad-şagird əlaqəsi vasitəsilə ötürülür. Bu misilsiz ləzzəti hazırlamağın yeganə yolu bacarıq, diqqət və dəqiqlikdir. Ustalar yerli fıstıq və kərə yağı ilə qat-qat yuxa açırlar. Paxlava daş sobada bişirildikdən sonra üzərinə şərbət tökülür.

 

Qaziantep paxlavasını dadarkən əvvəlcə onun qızılı sarı rəngini görürsünüz, sonra nazik xəmirlərin xışıltısını eşidirsiniz, təzə Antep fıstığı və kərə yağının ətrini duyursunuz. Sonda damağınızda yüngül, amma ləzzətli bir tam buraxır. Nuş olsun!

Bol çeşidlər

Ən məşhuru Gaziantep paxlavası olsa da, bu şirniyyat hər bölgədə geniş çeşidləri və ləziz dadı ilə seçilir. Paxlava növləri arasındakı ən əsas fərq içliyindədir. Hər bölgədə paxlavanın içliyi bölgəyə məxsus yerli məhsullarla hazırlanır. Türkiyə, müxtəlif mikroiqlimlərə və yerli məhsullara malik geniş bir coğrafiyaya sahib olduğundan, paxlavanın içliyi hər bölgədə fərqlənir. Məsələn, Gaziantep paxlavasının içliyi fıstıqla hazırlanırsa, Qara dəniz bölgəsində fındıqdan istifadə edilir. Qoz içliyi ilə hazırlanan paxlava isə Mərkəzi Anadoluda məşhurdur. Trakya isə badam içlikli və ya küncütlə bəzədilmiş paxlava ilə tanınır.

Digər paxlava növləri, kəsilmə üsulları və tərkibinə görə müxtəlif şəkildə adlandırılır. Kəsilmə üsuluna görə adlandırılan fərqli növlər arasında “kök dilimi paxlava”, “midyə paxlava” və “bülbül yuvası” var. Tərkibinə görə isə “sütlü nuriye” şərbət əvəzinə südlə hazırlanır, “fıstıq sarma” və “ceviz sarma” isə bol çərəzlə hazırlanması ilə seçilir. Şərbəti az olan “quru paxlava” da digər məşhur növlər arasındadır.

14 Noyabr 2024 Polyak şərqşünasın “Məhəmməd Süleyman oğlu Füzuli” kitabı çap olunub
14 Noyabr 2024 Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə liderlik rolu
14 Noyabr 2024 "Hələ davam edən COP29 artıq bir sıra məqsədlərinə çatıb" - MÜNASİBƏT BİLDİRİLDİ
11 Noyabr 2024 "Balina" bulvara belə gətirildi - Video
11 Noyabr 2024 COP29-dan gözləntilərimiz budur - İSESKO rəhbəri
11 Noyabr 2024 Davamlı əməkdaşlıq, qarşılıqlı etimad
08 Noyabr 2024 Dildə, fikirdə, işdə birlik
08 Noyabr 2024 Prezident oğlu ilə Bayraq Meydanında - Fotolar - Video
08 Noyabr 2024 8 Noyabr, Bakı... - Fotolar
08 Noyabr 2024 “Azad Şuşaya yenidən həyat qayıdır”
08 Noyabr 2024 “Dinlər və ekoetika” kitabı işıq üzü görüb
08 Noyabr 2024 Separatçılığın kökü kəsildi, kitabı bağlandı, indi isə...
08 Noyabr 2024 Biz onlara pislik etməmişdik, çörək vermişdik
08 Noyabr 2024 Əliyev ermənilərə səsləndi: Düşməniniz biz yox, onlardır!
08 Noyabr 2024 AZCON yaradıldı
08 Noyabr 2024 Prezident İlham Əliyev Qələbəmizin əsas memarı oldu - Kamaləddin Qafarov
08 Noyabr 2024 Buryatiyada azərbaycanlı uşaqlar üçün bazar günü məktəbi açılacaq
08 Noyabr 2024 Dönər bahalaşacaq VİDEO
08 Noyabr 2024 Yeni və bahalı taksi xidməti açıldı VİDEO
08 Noyabr 2024 Azərbaycanda Zəfər Günü qeyd olunur
07 Noyabr 2024 Rüstəm Xəlilov: Əldə edilmiş parlaq qələbə
06 Noyabr 2024 Kərim Tahirov: 8 Noyabr - Qələbənin Zəfər Günü
05 Noyabr 2024 "Azərbaycanın yaşıl enerji potensialı böyükdür" - MÜNASİBƏT BİLDİRİLDİ
05 Noyabr 2024 "COP29-da iştirak edən ölkələr həqiqətləri görəcəklər" - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 “Məqsədimiz dünyanı gözlənilən təhlükələrdən xilas etmək üzərində qurulub” - ŞƏRH EDİLDİ
05 Noyabr 2024 ABŞ seçki öncəsi VƏTƏNDAŞ MÜHARİBƏSİ ASTANASINDA – TƏHLİL
05 Noyabr 2024 Binəqədi rayonunda hərəkətin intensiv olduğu əraziyə niyə işıqfor qoyulmur? VİDEO
05 Noyabr 2024 İnsan dəhşətə gəlir ki, bu cür vandalizm, vəhşilik olar? - HƏRBİ EKSPERT FİKRİ
05 Noyabr 2024 "Ona heç kəs nəzarət edə bilməyəcək" - EKSPERT AYDINLIQ GƏTİRDİ
05 Noyabr 2024 Tramp qalib gələrsə nə baş verə bilər? - MÜNASİBƏT BİLDİRİLDİ