Son xəbərlər

 

Görünən odur ki, Ermənistan rəhbərliyi sülh prosesi və nəqliyyat-kommunikasiya xətlərinin açılması haqqında vahid bir qərar verməyib.

Ermənistan dəhlizin açılmasına, Zəngəzura dəhliz statusunun verilməsinə qarşıdır. Bunun üçün isə danışıqlar prosesində suverenlik və ərazi bütövlüyünü bəhanə gətirir.

Bu sözləri Axar.az-a Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyanın Antalya Diplomatik Forumunda İrəvanın Zəngəzur dəhlizini açmayacağı haqda bəyanatını şərh edən politoloq Turab Rzayev deyib.

Siyasi şərhçi Ermənistanın özünün Zəngəzurla bağlı planlarının olduğunu qeyd edib:

“Regional təsirlərə görə Paşinyan hökumətindən Zəngəzurla bağlı fərqli açıqlamalar verilir. 10 noyabr bəyanatına imza atan və üzərinə öhdəlik götürən Paşinyan indi Qərbin dəstək və təlqinləri ilə bunu yerinə yetirməkdən boyun qaçırır. Bir neçə ay öncə aparılan danışıqlarda Azərbaycanın əsas hissəsindən Naxçıvana aparılacaq yük və gedəcək vətəndaşlara güzəştlərin edilməsi, lakin üçüncü ölkələr ilə bağlı normal prosedurun tətbiqi haqqında razılıq var idi. İndi isə İrəvan bunlar üzərində də dayanmaq istəmir. Hazırda Rusiya və KTMT əleyhinə bəyanatlar səsləndirən Paşinyan açıq şəkildə rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsini istəmir. Hətta Ermənistan bununla bağlı sərhəd qoşunlarının tərkibində yolların qorunması üçün xüsusi mühafizə bölməsinin yaradılmasına başlayıb. Ortaya iki sual çıxır: birincisi, əgər Zəngəzurun xüsusi statusu olmayacaqsa, niyə Paşinyan 10 noyabr bəyanatına imza atdı və rus sərhədçilərin Zəngəzurda yerləşdirilməsinə razı oldu? İkincisi, əgər yalnız umumi qaydada nəqliyyat-kommunikasiya xətləri açılacaqsa, xüsusi mühafizə bölməsinin yaradılmasına nə ehtiyac var? Çünki Paşinyanın xüsusi mühafizə bölməsinin yaradılmasında əsas məqsədi rus sərhədçilərin Zəngəzura buraxılmamasıdır. Ermənistanın Zəngəzurla bağlı öz planı var. Ancaq Azərbaycanın haqlı tələbləri və Rusiyanın bölgədəki maraqlarına görə, Ermənistan özünün dəhliz layihəsini gerçəkləşdirə bilmir. Ona görə də belə addımlarla vaxt qazanmağa çalışır”.

29 Aprel 2024 Paşinyan Putinə yardım edir – Avropa mediası
28 Aprel 2024 Ermənilər İrana gedən yolu bağladılar
28 Aprel 2024 Bunu etsəniz, İsrail hakimiyyəti dağılacaq - Nazir
28 Aprel 2024 Ukrayna müharibəsi tezliklə bitməyəcək - Borrell
28 Aprel 2024 Qalant: İsrail bunu etməyə borcludur!
24 Aprel 2024 Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...
24 Aprel 2024 Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı
24 Aprel 2024 Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir
23 Aprel 2024 Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq - Prezident
23 Aprel 2024 İrəvanla bu məsələdə razılığa gəlmək tam real görünür
23 Aprel 2024 Ermənistanla sülh sazişini imzalasaq… - Prezident
23 Aprel 2024 Sülhməramlıların bu hərəkətindən şoka düşdüm - Brayza
23 Aprel 2024 Bilirlər ki, biz tərəfdən sürprizlər olmayacaq - Əliyev
23 Aprel 2024 Quru sərhədlərin bağlı qalmasından sonra... - Prezident
23 Aprel 2024 Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı
15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin