Son xəbərlər

Dövlət Komissiyasının tərkibi dəyişdi — SİYAHI


Prezident İlham Əliyev “Azərbaycan təbii qazının dünya bazarına Cənub Qaz Dəhlizi vasitəsilə nəqli ilə əlaqədar tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 oktyabr tarixli 15 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Sərəncamla Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyasının tərkibi aşağıdakı redaksiyada verilib:

Komissiyanın sədri

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikasının energetika naziri

Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Azərbaycan Respublikasının maliyyə naziri

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Prezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident İlham Əliyev dekabrın 13-də “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa edilmiş “Laçın” adlı ilk tankerin istismara verilməsi mərasimində iştirak edib.

Dövlət başçısının iştirakı ilə “Azərbaycan” gəmi-bərəsinin suya salınması, yeni alınan “Şahdağ”, “Xocalı”, “Quba”, “Murovdağ” və “Savalan” platforma-təchizat gəmilərinin istifadəyə verilməsi mərasimləri də olub.

Prezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - FotoPrezident tankerin istismara verilməsi mərasimində - Foto
 
Baş nazirdən hərbi qulluqçuların icbari şəxsi sığortası və pensiya təminatı ilə bağlıƏdliyyə Nazirliyi Müdafiə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla Azərbaycan qanunlarının Prezidentin aktlarının “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Baş nazir Əli Əsədov sərəncam imzalayıb.

Sərəncamda bildirilib ki, razılaşma prosesinin iştirakçıları (əsas və birgə icraçılar) bu sərəncamın icrası ilə bağlı normayaratma vəzifələrindən irəli gələn məsələlər üzrə (layihə və təkliflərin baxılması, hazırlanması, razılaşdırılması, təqdim edilməsi və s.) müvafiq tədbirlər görüb icra vəziyyəti tələb etdikdə, məlumatları icra üçün ayrılmış müddətin birinci yarısı başa çatanadək Nazirlər Kabinetinə təqdim etsinlər.

Eyni zamanda, hüquqi aktların layihələrini əsas icraçıya təqdim edən subyektlər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununun müvafiq olaraq 48.2-ci, 48.3-cü və 48.5-ci maddələrinin tələblərinə əməl edilməsini təmin etməlidirlər.

Qeyd olunub ki, mərkəzi icra hakimiyyəti orqanları üç aydan gec olmayaraq öz səlahiyyətləri daxilində normayaratma vəzifələrindən irəli gələn tədbirlər görsün.

Həmçinin normativ hüquqi aktlarını və ya təkliflərinin olmadığı barədə məlumatı Ədliyyə Nazirliyinə təqdim etməli və icra vəziyyəti tələb etdikdə, Nazirlər Kabinetinə məlumat verməlidirlər

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların Qanuna uyğunlaşdırılmasını təmin edib, bu barədə dörd ay müddətində Nazirlər Kabinetinə məlumat verməlidir.

Qeyd edək ki, Baş nazirin sərəncamı Prezidentin “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” və “Əmək pensiyaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” 2019-cu il 12 noyabr tarixli nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə verilib.

Məlumat üçün bildirək ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsinə edilən dəyişikliyə görə, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda)” sözləri ilə əvəz edilib.

Eyni məzmunlu düzəlişlər bu qanunun 7-ci maddəsində və “Əmək pensiyaları haqqında” qanunun 21.2.3-cü maddəsində edilib.

Bununla yanaşı, “hərbi qulluqçular” anlayışının məzmunu yenilənərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslər” kimi verilib.

Qanunlara dəyişikliklər “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə 2018-ci il 12 oktyabr tarixli qanunun icrasını təmin etmək məqsədi daşıyır.

Həmin qanunda hərbi qulluqçuların yalnız Azərbaycan Silahlı Qüvvələrində deyil, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında da (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət keçməsi müəyyən olunub.

Dəyişikliklər belə qurumların hərbi qulluqçularının dövlət icbari şəxsi sığortası və pensiya təminatının əvvəlki qaydada saxlanılmasına xidmət edir.

Vilayət Eyvazov Novruz Məmmədovun oğluna vəzifə verdiDaxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq Baş Nazir Novruz Məmmədovun oğluna vəzifə verib.

"Ölkə.Az"ın unikal.org-a istnadən məlumatına görə, V. Eyvazovun əmri ilə, Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinin rəisi polis polkovnik-leytenantı İsmayıl Məmmədov vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə, o, DİN-nin Baş Cinayət Axtarışı İdarəsinin baş əməliyyatçısı təyin olunub.

2020-ci il fevralın 9-u ölkədə növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq bir çox şəxslər seçkilərə qatılmaqla bağlı qərarını açıqlayıb.

Maraqlıdır, vaxtilə Milli Məclisin üzvü olmuş şəxslər budəfəki seçkilərdə yenidən namizədlik haqda düşünürmü?

Turkustan.info bildirir ki, Modern.az-ın əməkdaşı üç sabiq deputat xanımla əlaqə saxlayıb.

2005-2010-cu illərdə Milli Məclisin bitərəf deputatı olmuş Lalə Abbasova növbəti seçkilərlə bağlı düşünüb qərar verəcəyini deyib:

“Növbəti seçkilərə qatılmaq barədə hələ ki düşünürəm. Tam qərar verməmişəm. Hətta köhnə seçicilərim də deputatlığa namizdəliyimi verməyi çox istəyirlər. Ancaq bu elə məsələdir ki, gərək dərindən düşünüb sonra qərar verim”.


2010-2015-ci illərdə Milli Məclisin YAP-çı deputatı olmuş Leyla Abdullayeva namizəd olmaq istəmədiyini bildirib:

“Hazırda seçkilərlə bağlı məntəqə sədriyəm. İşlərimiz çoxdur. Ancaq deputatlığa  namizəd olmaq fikrim yoxdur. Düşünürəm ki, bir məktəb direktoru, pedaqoq olaraq dövlətimizə daha çox fayda verə bilərəm”.


Milli Məclisin I və II çağırış deputatı olmuş Asya Manafova növbəti parlament seçkilərinə qatılmayacağını vurğulayıb:

“Mənim yenidən deputat olmaq fikrim yoxdur. Bizim deputat olmaq vaxtımız keçib. Gənclərə yol vermək lazımdır. Qoy parlamentə savadlı gənclər gəlsin. Sizə uğurlar”.

ABŞ Senatı ABŞ Senatı qondarma erməni soyqırımı adlı qətnamə layihəsini qəbul edib.

"Ölkə.Az" baku.ws-ə xəbər verir ki, qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim ediblər.

Qanun layihəsi ilə bağlı Senatın Baş Məclisində keçirilən iclasda iştirak edən senatorlardan etiraz edən olmayıb.

Qeyd edək ki, bundan əvvəl respublikaçı senatorlar Lindsey Graham və daha sonra David Perdue səsvermənin qarşısını almışdılar.

Oktyabrın 29-da isə Nümayəndələr Palatasının Baş Məclisi 11 senator əleyhinə, 405-i isə lehinə səs verməklə 1915-ci il hadisələrini “soyqırımı” kimi tanıyan qətnamə qəbul etmişdi.

Bildirilib ki, bütün bunlardan sonra qətnamə layihəsi ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.

Onu da xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtona səfəri zamanı Nümayəndələr Palatası tərəfindən Osmanlı İmperiyasındakı "erməni soyqırımı"nın tanınmasının Türkiyə-Amerika münasibətlərinə kölgə saldığını bildirmişdi.

Xəbər verildiyi kimi, ölkə başçısı dekabrın 5-də “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, ali qanunverici orqana son çağırış seçkilərdə (2015-ci il) mandat qazanan bir xeyli deputatın növbədənkənar seçkilərdə iştirak etməyəcəyi artıq dəqiqləşib. Onların arasında 83 yaşlı Zeynəb Xanlarovanın, 82 yaşlı Ağacan Abıyevin, 80 yaşlı Yaqub Mahmudovun adları var.
Bundan başqa, sırf yaş faktoruna görə, Elxan Süleymanovun (79 yaş), Xanhüseyn Kazımlının (77 yaş), Rafiq Məmmədhəsənovun (74 yaş), Hüseynbala Mirələmovun (74 yaş) deputat olmayacağı da qətiləşib.

Növbədənkənar parlament seçkilərində Milli Məclisin son çağırış üzvlərindən Əliağa Hüseynovun, Flora Qasımovanın, Mirkazım Kazımovun, Mirzəcan Xəlilovun da namizəd olmayacağı gözlənilir.

Bundan başqa, deputat mandatını girov qoyduğu üçün böyük qalmaqala səbəb olan və noyabrda millət vəkilliyindən istefa verən Rafael Cəbrayılovun, Lerikdəki “Relax” istirahət mərkəzində vergi əməkdaşlarını döydüyü üçün oğlu və bir neçə qohumu həbs olunan İqbal Məmmədovun, həmçinin oğlu Həbib Axundovun adı yüz minlərlə manatlıq borc skandalında hallanan Elmira Axundovanın, davamlı şəkildə qalmqallı xəbərlərlə gündəmə gələn Əsabil Qasımovun da namizədliklərini irəli sürməyəcəyi bildirilir.

Namizəd olmayacaq deputatlar arasında İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri olmuş Kərəm Həsənovun qardaşı Malik Həsənovun, biznes fəaliyyətilə məşğul olan Mahir Aslanovun, Milli Məclisin buraxılmasının əleyhinə səs verdiyi deyilən Arif Rəhimzadənin, sabiq müsavatçı və tarixçi Musa Qasımlının, Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun da adları çəkilir.

Bundan başqa, Milli Məclisin son tərkibində gənc millət vəkili olanlardan bəzilərinin də namizədliyini irəli sürməyəcəyi deyilir.

Xatırladaq ki, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılov ən cavan deputat idi. Onun mandat alarkən (2005-ci il) cəmi 29 yaşı vardı.

Milli Məclisin ikinci ən gənc üzvü isə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyev sayılır. Hazırda 36 yaşındadır.

Üçüncü ən gənc millət vəkili 1982-ci il il təvəllüdlü Ülviyyə Həmzəyevadır.

Milli Məclisin digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri isə 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.

Əldə etdiyimiz məlumata görə, cavan deputatlardan N.Həmzəyevin növbədənkənar parlament seçkisində namizəd olması şübhə altındadır.

Prezident Heydər Əliyevin məzarını ziyarət etdi
Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Dövlət başçısı Ulu Öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib.

Prezident və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib.

Qeyd edək ki, bu gün Azərbaycanın ümummilli lideri, görkəmli dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin vəfatından 16 il keçir.

Heydər Əliyevin vəfatından 16 il ötürAzərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 16 il keçir.

Ölkə.Az-ın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda ümummilli lider Heydər Əliyevin anım mərasimləri təşkil olunur.

Dövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.

Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub.

Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyunun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 10-da keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. 2003-cü il oktyabrın 15-də keçiriləcək prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirak etməkdən imtina edib.

Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.