Son xəbərlər

 

Xəbər verildiyi kimi, ölkə başçısı dekabrın 5-də “Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, ali qanunverici orqana son çağırış seçkilərdə (2015-ci il) mandat qazanan bir xeyli deputatın növbədənkənar seçkilərdə iştirak etməyəcəyi artıq dəqiqləşib. Onların arasında 83 yaşlı Zeynəb Xanlarovanın, 82 yaşlı Ağacan Abıyevin, 80 yaşlı Yaqub Mahmudovun adları var.
Bundan başqa, sırf yaş faktoruna görə, Elxan Süleymanovun (79 yaş), Xanhüseyn Kazımlının (77 yaş), Rafiq Məmmədhəsənovun (74 yaş), Hüseynbala Mirələmovun (74 yaş) deputat olmayacağı da qətiləşib.

Növbədənkənar parlament seçkilərində Milli Məclisin son çağırış üzvlərindən Əliağa Hüseynovun, Flora Qasımovanın, Mirkazım Kazımovun, Mirzəcan Xəlilovun da namizəd olmayacağı gözlənilir.

Bundan başqa, deputat mandatını girov qoyduğu üçün böyük qalmaqala səbəb olan və noyabrda millət vəkilliyindən istefa verən Rafael Cəbrayılovun, Lerikdəki “Relax” istirahət mərkəzində vergi əməkdaşlarını döydüyü üçün oğlu və bir neçə qohumu həbs olunan İqbal Məmmədovun, həmçinin oğlu Həbib Axundovun adı yüz minlərlə manatlıq borc skandalında hallanan Elmira Axundovanın, davamlı şəkildə qalmqallı xəbərlərlə gündəmə gələn Əsabil Qasımovun da namizədliklərini irəli sürməyəcəyi bildirilir.

Namizəd olmayacaq deputatlar arasında İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri olmuş Kərəm Həsənovun qardaşı Malik Həsənovun, biznes fəaliyyətilə məşğul olan Mahir Aslanovun, Milli Məclisin buraxılmasının əleyhinə səs verdiyi deyilən Arif Rəhimzadənin, sabiq müsavatçı və tarixçi Musa Qasımlının, Tibb Universitetinin keçmiş rektoru Əhliman Əmiraslanovun da adları çəkilir.

Bundan başqa, Milli Məclisin son tərkibində gənc millət vəkili olanlardan bəzilərinin də namizədliyini irəli sürməyəcəyi deyilir.

Xatırladaq ki, 81 saylı Beyləqan seçki dairəsindən seçilən millət vəkili Şahin İsmayılov ən cavan deputat idi. Onun mandat alarkən (2005-ci il) cəmi 29 yaşı vardı.

Milli Məclisin ikinci ən gənc üzvü isə 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsini təmsil edən Naqif Həmzəyev sayılır. Hazırda 36 yaşındadır.

Üçüncü ən gənc millət vəkili 1982-ci il il təvəllüdlü Ülviyyə Həmzəyevadır.

Milli Məclisin digər gənc üzvləri arasında dördüncü və beşinci yerləri isə 1980-ci il doğumlu millət vəkilləri Müslüm Məmmədovla Cavid Osmanov tutur.

Əldə etdiyimiz məlumata görə, cavan deputatlardan N.Həmzəyevin növbədənkənar parlament seçkisində namizəd olması şübhə altındadır.

15 Aprel 2024 Markov: İran və İsrail bu iki ölkədə vuruşacaq - Xəritə
14 Aprel 2024 İranın İsrailə hücumunu pisləyirik - AB
14 Aprel 2024 Sunak açıqladı: İran PUA-larını məhv etdik!
14 Aprel 2024 Zaxarovadan İsrailə sərt cavab
14 Aprel 2024 İsrail hava məkanını açdı
06 Aprel 2024 İsrailə cavab zərbəsi necə və nə vaxt olacaq? - Bagiri
04 Aprel 2024 Çavuşoğludan Zəngəzur dəhlizi ilə bağlı açıqlama
01 Aprel 2024 Mirzoyanın bu bəyanatı çox təhlükəlidir - Rusiya
01 Aprel 2024 İran Ermənistana xəbərdarlıq etdi: gərginlik artır
01 Aprel 2024 İrəvan “yola görə” kəndləri vermir: onda Naxçıvana yol açaq!
28 Mart 2024 Ruslar bu tarixdə böyük hücuma başlayacaq - Zelenski
28 Mart 2024 İrəvan teraktı pisləmədi – Markovdan çağırış
25 Mart 2024 Ukraynaya ordu göndərməyəcəyik - Siyarto
25 Mart 2024 Azərbaycan XİN Yunanıstanı təbrik etdi
24 Mart 2024 Serbiya ruhən bizə yaxındır - Putin
24 Mart 2024 Böyük faciə idi. Qərbin etdiyi isə... - Putin
24 Mart 2024 Rusiyada millətçi çağırışlar – Kadırovdan etiraz gəldi
24 Mart 2024 Zelenskidən terakt açıqlaması: Putin bir sutka susdu…
23 Mart 2024 Terrorçunun qulağını kəsib, ağzına qoydular - Video/23+
23 Mart 2024 Netanyahu bunu başa düşmür, başa düşəndə gec olacaq
22 Mart 2024 AB-nin 4 ölkəsi Fələstini tanımağa hazırdır
22 Mart 2024 Blinken atəşkəs üçün İsrailə gəldi
22 Mart 2024 Nazirlikdən çağırış: Bunu uşaqlara qadağan edin – Video
22 Mart 2024 De-fakto müharibə şəraitindəyik - Peskov
21 Mart 2024 İnsanları qorxutmayın, Donbasa görə ölməyəcəyik!
21 Mart 2024 Ukraynaya silah tədarükündə belə dəstək verəcəyik - Polşa
21 Mart 2024 Ukraynanın uduzmasına imkan verməyəcəyik - Ostin
19 Mart 2024 Əliyev güclü liderdir, sözünün ağasıdır - Solonnikov
18 Mart 2024 1990-cı illərdə Bakıya gələndə... - Yens Stoltenberq
16 Mart 2024 Kobaxidzenin Azərbaycana səfəri başa çatdı