Son xəbərlər

 

26 aprel saat 18:30-da Muzey Mərkəzində  Pərviz Abbasovun "Biz kimik, məclis onun məclisidir" adlı fərdi sərgisi açılacaq.

Azərbaycan ədəbiyyatında qəzəl janrının parlaq siması olan Əliağa Vahidə həsr olunub                                                                         

Müasir Azərbaycan incəsənətini öz individual yaradıcılıq  fəaliyyəti ilə təmsil edən istedadlı gənc rəssamlarımızdan biri də Pərviz Abasovdur. Bədii tərzi olduqca maraqlı olan rəssam rəngkarlıq, heykəltəraşlıq və illüstrasiya sahəsində maraqlı əsərlərin müəllifidir.

Pərviz Abasov 1992- ci ildə Bakı şəhərində anadan olub. Onun rəsmə qarşı marağı uşaqlıqdan yaranıb. Belə ki, rəssam uşaqlıq illərində müxtəlif rəsm dərnəklərinə gedərək incəsənət aləminə öz addımlarını atmışdır. Gənc rəssam 6-7 yaşlarından rəsm və heykəltəraşlıqla məşğul olmuşdur. O, ilk öncə rəssamlıq təhsilini 2008- 2012 - ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Kollecində "Heykəltəraşlıq" ixtisası üzrə almışdır. İstedadlı gənc rəssam 2015-2019 - cu illərdə bu ixtisas üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr təhsilini almışdır. Özünü bu ixtisasda daha da təkmilləşmək üçün o, 2021-2022 - ci illərdə həmin Akademiyada heykəltəraşlıq ixtisası  üzrə magistr təhsili almışdır. Pərviz Abasov təhsil aldığı akademiyada Azərbaycan xalq rəssamı, görkəmli heykəltəraş Fuad Salayevdən heykəltəraşlıq üzrə  dərs almışdır. Fuad Salayevin yaradıcılıq emalatxanasında təhsil alması onun gələcəkdə yaxşı rəssam kimi yetişməsində müstəsna rol oynamışdır.

Pərviz Abasov heykəltəraşlıq üzrə təhsil almağına baxmayaraq, o, öz yaradıcılıq yolunu rəngkarlıqda, rənglərdə tapa bilib. Rəssam düşünür ki, özünü rənglərlə daha yaxşı ifadə edə bilir və istədiyini rahatlıqla tamaşaçıya çatdırır. Pozitiv xarakterə malik olan rəssam yaratdığı rəngkarlıq əsərləri daha doğru desək, rənglərlə bu emosional pozitivliyi onu izləyən tamaşaçıya ötürə bilir. Onun əsərləri hər hansı fəlsəfə məzmun daşıyıcısı deyil də, ancaq pozitiv, müsbət enerjini ötürür.

O, 2019- cu ildən  Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Gənc rəssam bir çox sərgi və müsabiqələrdə iştirak etmişdir. Pərviz Abasov 2016- cı ildə 25 Gallery tərəfindən təşkil edilən "Ayaqqabı" adlı sərgidə "Yeni addım" adlı heykəl işi ilə iştirak etmişdir. O, 2018- ci ildə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) 160 illik yubileyi ilə bağlı təşkil edilən  "Gəmiçilik - 160" adlı incəsənət müsabiqəsinin və 2023-cü il Heydər Əliyev mərkəzində keçirilən Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Əsrin 100 çaları" adlı sərginin iştirakçısı olmuşdur.

2019 - cu ildə rəssam böyük türk sərkərdəsi, Osmanlı ordusunun generalı Nuri Paşanın büstünü hazırlamışdır. Hal-hazırda büst Türkiyə Cumhuriyyətinin  Azərbaycandakı səfirliyində qoyulub. Sifarişlə hazırlanan bu büst öz orijinallığı seçilir.

Muzey Mərkəzinin Sərgi Qalereyasında keçirilməsi nəzərdə tutulan sərginin  adı "Biz kimik, məclis onun məclisidir" sərginin adı çağdaş Azərbaycan ədəbiyyatında qəzəl janrının parlaq siması olan Əliağa Vahidin qəzəlindən götürülmüşdür.

Sərginin açılışı öz konsepsiyasına uyğun olaraq, maraqlı şou ilə başlanması nəzərdə tutulur. İlk olaraq, açılış Əliağa Vahidin həyatından bəhs edən "Qəzəlxan" filmindəki fraqmentlə başlayacaq. Həmin fraqmentdə səslənən "Biz kimik, məclis onun məclisidir" misrası sərginin adında da öz əksini tapmışdır. Giriş hissədə 4 və ya 6 aktyor həmin filmdəki musiqi fonunda eyni qaydada "çırtma" vuraraq sərginin açılışı olunacaq. Bu aktyorlar rəssamın obrazlarını yaratdığı  personajları rəngli geyimlərlə canlandıralacaqlar.

Sərginin ideyası köhnə Bakını  və onun ənənələrini yaşatmaqdır. Çəkilmiş bu əsərlərin hər biri özü - özlüyündə qədim Bakının  hər anını ehtiva edərək, tamaşaçını zamanınn səyahətinə çıxarır. Pərviz Abasovun Bakıya və onun keçmiş adət-ənənələrinə olan məhəbbbəti əsərlər üzərində təkcə tematikası baxımından deyil, eyni zamanda çəkilmə tərzi və texnikası baxımından da bir-birini tamamlayır. "Mərdəkan", "Bilgəh", "Ciyər axşamı" kimi əsərlərdə o dövrün toy adət-ənənəsi, məhlədə nərd oynayan Bakı sakinləri, Bakının küçələri təsvir olunmuşdur. Unudulmaqda olan köhnə Bakı adət-ənənələri və ona olan bağlılıq rəssamın bu mövzuda silsilə əsərlər yaratmağa cəlb etmişdir. Bu əsərlər rəssamın dəsti xəttini özündə göstərərək sərginin önəmli bir hissəsini əhatələyir. Gənc rəssam bu rəsmlərdə ənənə və  müasirliyin birləşməsini əks etdirməyə çalışmışdır. Onun milliliyə və ənənəviliyə duyduğu marağı göstərən başlıca amil yaratdığı səmimi təsvirlərdir.

"Kişi salonu", "Back to homeland", "No money, no funny", "Puzzle", "Əziz bakılılar və şəhərimizin qonaqları", "Kubrick","Li homies", "Pul olsaydı gedib gezərdüy arvad","Azneft", "Face of Baku" və.s. əsərləri rəssamın mənəvi və bədii səciyyəyə malik olan kompozisiyalarıdır. Pərviz Abasovun yaradıcılığında ilk diqqəti cəlb edən bərq vuran al-əlvan rənglərdir. Bu al-əlvan rənglər modern forma və cizgilərə çox yaraşır. Demək olar ki, bu əsərlər rəssamın kolorit seçiminin ən gözəl təzahürləridir.

O, əsərlərində sintez etməyi çox sevir. Belə ki, hər hansı Bakı toy axşamında Tupac və Biggienin meyxana deyişməsinin kətan üzərində təsvirini görə bilərik.Bu sintez onu və əsərlərini digər rəssamlardan fərqləndirən xüsusiyyətdir. Rəssamın düşüncəsi belədir ki, hər yerdə həyat eynidir təkcə fərqli olan personajlardır.

Rəssamın toxunduğu mövzular: məkan, şəhər mənzərələri - küçə, körpü, ev, və.s. rəsssamın yaradıcı təxəyyülünün ecazkar rənglər vasitəsilə yaradılıb. Elə bu baxımdan rəssam öz fərqli yaradıcı dünyasını və yaradıcılıq qabiliyyətini göstərməyə, təcəssüm etməyə çalışmışdır.

Rəssamın illüstrasiyaları da mövzu və texnika baxımından diqqəti cəlb edəndir. Onun yaratmış olduğu illüstrasiyalar nümunələrində də müxtəlif mövzulara həmçinin  Bakı mövzusuna rast gəlmək olar. Pərviz Abasovun kompozisiyalarında kollaj və instalyasiya elementləri də aparıcı yer tutur.Kollaj və instalyasiya elementləri daha çox rəssamın rəngkarlıq kompozisiyalarında öz əksini tapmışdır.

Xüsusi vurğulamaq lazımdır ki, Pərviz Abasovun əsərlərində iki fərqli zamanın sintezi, uğurlu vəhdətini görmək mümükündür. Sərgidə "Love is.." seriyalı maraqlı  rəsmləri və dünya musiqi tarixində yer almış məşhur reper Tupak Amaru Şakurun heykəlləri  də yer almaqdadır.Reper Tupac Amaru Şakurun rəngkarlıq kompozisiyalarında rast gələ bilərik.

Ekspozisiya xüsusi olaraq,bu sərgi üçün hazırlanmış video-instalyasiya və şou-proqram ilə müşayiət olunması nəzərdə tutulur. Vernisajda rəssamın  80 ədəd rəngkarlıq, 20 ədəd illüstrasiya və 13 ədəd heykəl işinin nümayiş olunması nəzərdə tutulur.İstedadlı gənc rəssam Pərviz Abasovun yaradıcılıq fəaliyyəti Azərbaycan rəngkarlığının müasir konteksdə inkişafı üçün böyük təkandır.

Ekspozisiyanın iş saatları: 27 - 30 aprel, 10.00-dan  18.00-dək (giriş sərbəstdir)

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 49, Muzey Mərkəzi (4-cü mərtəbə)

Tel.: 99412 493 58 83, +99450 273 21 80

e-mail: museumcenter@mail.ru / www museumcenter.az 

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.world

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto
07 Mart 2024 Azərbaycanda nadir tapıntı misin kəşf tarixini dəyişdi