Son xəbərlər

 

"Bəzən mənə sual verirlər ki, "O vaxt çəkildiyiniz filmlər indi çəkilsəydi böyük uğur qazanardı?".

Mən təbii ki, bu sual qarşısında aciz qalıram. Yaxşı ki, o illərdə filmlərə çəkilmişəm, nə çəkilmişəmsə o filmlərdir. Yeni bir iş yoxdur ki, nümunə göstərim! Azərbaycan kinosundakı durğunluq görəsən nə vaxt aradan qalxacaq?! Bunu oturub düşünmək lazımdır. Bir neçə seriala çəkildim, başdan ayağa "xaltura" idi. Sonra özümə söz verdim ki, daha çəkilməyəcəm! Tezbazar çəkib qaçmaqla deyil, az olsun, amma keyfiyyətli olsun. Dövlət pul ayırır, amma ortalıqda heç nə yoxdur. Bir onu bilirəm ki, o vaxt kinostudiyada kinoya vurğun adamlar çoxluq təşkil edirdi, amma indi o adamlar yoxdur".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Rasim Balayev bildirib. O daha sonra aktyorun teatrda çalışmağının vacibliyini bildirib.

"Universiteti bitirəndə Tədris teatrında oynamışam, amma təəssüflər olsun ki, məni teatra götürmədilər. Hər zaman demişəm, indi də deyirəm ki, normal aktyor teatrda çalışmalıdır, imkanı olanda isə filmlərə çəkilməlidir. Çünki  aktyor teatrda baqajını yığır və kinoda xərcləyir. Mehdi Məmmədov mənim müəllimim olub, 1980-ci illərdə "İblis" tamaşasında Arif obrazını mənə verdi və 4-5 tamaşa mən oynadım. Bir də 2000-ci ildə Mikayıl Mirzə "Aydın" tamaşasını hazırladı və mənə Dövlət bəy obrazını verdi. Teatr ayrı bir zövqdür, amma nə edim ki, mən həyatımı kino ilə bağladım", - deyə aktyor bildirib.

Rasim Balayev sonda gənclərə tövsiyə də verib.

"Bu sənətə gərək vurulasan, eşq lazımdır, Məcnun olmaq lazımdır. Bu olmasa mümkün olan şey deyil. Sənətə yaxşı ev, dolanışıq, maşın üçün gəlmək düzgün deyil. Sən yaxşı sənətkar olsan, onlar hamısı mexaniki gələcək. Sən öncə sənətə fikir ver. İndi iki filmə çəkilir, istəyir ki, hündürmərtəbəli binada evi, bahalı maşını olsun. Filmə dəvət gələn kimi soruşur ki, nə qədər qonorar verəcksən?! Belə şeylər məndən tamamilə uzaqdır, heç vaxt soruşmamışam ki, mənə nə qədər pul verəcəksiniz?!", - deyə sənətkar bildirib.

26 Aprel 2024 Komissar Mesut yenidən “Arka sokaklar”da - Video
21 Aprel 2024 Bu verilişlər bu tarixdə bağlanır - Qərar
20 Aprel 2024 Cavanşir Məmmədov dünyasını dəyişdi
18 Aprel 2024 Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olacaq
18 Aprel 2024 Rəqsanənin əmlaklarına həbs qoyuldu
17 Aprel 2024 Hadı Rəcəblinin qızı: “Dünən paltarlarını hazırlamışdı, qismət olmadı...”
16 Aprel 2024 Miyazakinin röyasi. Mystery Ensemble
16 Aprel 2024 Muzey Mərkəzində Pərviz Abbasovun “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi açılacaq
16 Aprel 2024 Anar Vəziroğlu ÖZÜNDƏN ÇIXDI: “Səhnəyə lüt çıxırlar"
10 Aprel 2024 Fizika üzrə Nobel mükafatçısı vəfat etdi
10 Aprel 2024 “Malhun Hatun” “Kuruluş Osman”ı tərk edir
09 Aprel 2024 Mənsum İbrahimov: Şükür bugünə, qayıdırıq - Video
08 Aprel 2024 Oqtaydan sonra ömrüm boyu belə olacaq - Dilarə
07 Aprel 2024 Ahmet Kural ata oldu
07 Aprel 2024 Tanınmış aktyor "Kuruluş Osman"da - Foto
06 Aprel 2024 Rahidə atasından danışıb, ağladı: “Uşaqlığımda əzabdan başqa heç nə olmayıb" - VİDEO
03 Aprel 2024 Məşhur aktyora ağır itki - FOTO
03 Aprel 2024 Məmməd İsmayıl əməliyyat olundu
01 Aprel 2024 "Seçkilərdə uduzdum, evlənirəm" - FOTO
31 Mart 2024 "Mətbəx"in aktyoru vəfat etdi
30 Mart 2024 Nazir onlara vəzifə verdi
28 Mart 2024 Əməkdar artist vəfat etdi - Foto
27 Mart 2024 Bakıda Rusiya Kino Günləri keçiriləcək
27 Mart 2024 Taxta parçası 719 min dollara satıldı
14 Mart 2024 Təbrizdə “Yaşa, Azərbaycan” sədası yüksəldi – Video
10 Mart 2024 “Kim milyoner olmak ister”də Azərbaycan bayrağı ilə bağlı SUAL - VİDEO
10 Mart 2024 Zafer Algözə ağır itki
10 Mart 2024 Kayhan Yıldızoğlu vəfat etdi
08 Mart 2024 Günlərlə ac qalıb fəhlə işlədi, pişiyi üçün elçi getdi, özündən on bir yaş kiçik adamla evləndi
08 Mart 2024 Azərbaycanlı modelə lüks avtomobil hədiyyə edildi - Foto