Son xəbərlər

 

Rubl “çökməkdə” davam edir.

Bu gün Rusiya rublunun dollara nisbətən məzənnəsi psixoloji həddən aşağı düşüb. Artıq 1 dollar almaq üçün 100 rubldan çox vəsait ödəmək lazımdır. Son 2 ayda 22 faiz dəyər itirən rubl 2023-cü ildə 35 faizə yaxın ucuzlaşıb. Bu o deməkdir ki, bu il rubl ilə yığım edənlərin pulu real ifadədə dəyərinin 1/3-dən çoxunu itirib.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı-alim,deputat Vüqar Bayramov qeyd edib.

O bildirib ki, Rusiyanın enerji gəlirlərində də kəskin azalmalar qeydə alınmaqdadır:

"Beynəlxalq Enerji Akademiyasının məlumatına görə, bu ilin birinci yarısında Rusiyanın neft ixracatı 120.4 milyard dollardan 77.4 milyard dollaradək azalıb. Bu o deməkdir ki, Rusiyanın neft gəlirlərində 65.0 faiz azalma var. Ümumi ixracatdakı azalmalar rubla təzyiqi daha da artırıb.

Rublun kəskin ucuzlaşmasının Azərbaycana təsirlərinə gəldikdə isə bu ilin ilk yarısında ölkəmizin 14 milyard 755 milyon dollarlıq ixracatının cəmi 3.5 faizi Rusiyanın payına düşüb. Deməli, ixrac yolu ilə ölkəyə daxil olan valyutanın strukturunda Rusiyanın payı olduqca azdır. Azərbaycanın 22 milyard 953 milyon dollarlıq ticarət dövriyyəsinin isə cəmi 8.3 faizini Rusiya formalaşdırıb.

Bu baxımdan, rublun ucuzlaşmasının Azərbaycana daxil olan valyutanın həcmi xüsusi təsirləri olmasa da belə Rusiyadan ölkəmizə göndərilən remitensinin (bir ölkədən digərinə göndərilən vəsait) həcminə təsirsiz ötüşməyəcək. Rusiyada iqtisadi çətinliklər Azərbaycana göndərilən remitensilərin həcminin azalda bilər. Digər tərəfdən, rublun ucuzlaşmasının valyuta bazarımıza psixoloji təsirlərini də diqqətdən qaçırmaq olmaz. Bununla belə, rubl daxil olmaqla bir sıra tərəfdaş ölkə valyutalarının zəifləməsi manatın nominal effektiv məzənnəsini daha da möhkəmləndirir. Bu da qeyri-neft ixracatımıza təsirsiz ötüşməyə bilər. Rusiyada fəaliyyətini davam etdirən Azərbaycanlı iş adamlarının da həm yığımlarını, həm də sərmayə qoyluşlarını şaxələndirmələri çox vacibdir. Rusiya iqtisadiyyatı artıq yeni mərhələyə qədəm qoyub. Bu onun bütün qonşularından daha yaxşı hazırlıqlar tələb edir".

26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu