Son xəbərlər

 

Bu ilin birinci yarısında Azərbaycanın idxal etdiyi məhsulların dəyərində kəskin artım müşahidə olunub.

Belə ki, bu müddətdə 14 milyard 755 milyon dollarlıq ticarət dövriyyəsinin 35.7 faizini idxal təşkil edib. Bu 2023-cü ilin ilk yarısında 8 milyard 198 milyon dollarlıq idxal deməkdir. 2022-ci ilin ilk yarısında isə ümumi idxalımız 6 milyard 357 milyon dollar olub. Bu isə o deməkdir ki, bu ilin ilk yarısında ötən ilin uyğun dövrü ilə müqayisədə Azərbaycanın idxalı 22.5 faiz artıb.

Axar.az xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov qeyd edib.

İqtisadçının sözlərinə görə, idxalın dəyərinin artmasında işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurulması prosesinin xüsusi payı olsa belə, xaricdən daha çox məhsulun gətirilməsi valyuta axını baxımdan arzuolunan deyil:

“İdxal ölkədən valyutanın çıxması anlamına gəlir. Bu eyni zamanda istehlak bazarında idxal inflyasiyasını da sürətləndirir. Rəsmi qiymətləndirmələrə görə, 12.2 faiz illik inflyasiyanın cəmi 3.0 faiz bəndi daxili tələbdən formalaşır. Digər hissəsi daha çox idxaldan asıllıqla bağlıdır. Bu baxımdan da idxalın optimallaşdırılması sadəcə valyutanın ölkədən çıxışının azaldılması deyil, həmçinin, istehlak bazarındakı qiymətlərə təsirinin minimumlaşdırılması aspektindən də vacibdir.

İdxalın artım strukturuna baxsaq, bir sıra dəyişikliklər diqqəti cəlb edir. Bu müddətdə mal əti idxalı 2.6 dəfə, siqaretlər 34.5 faiz, məişət soyuducuları 68.6 faiz, minik avtomobilləri 38.8 faiz, buğda 23.1 faiz, dərman vasitələri 5.5 faiz, unlu qənnadı məmulatları 5.1 faiz, şokolad və şokolad məhsulları 2.6 faiz artıb. Xüsusən, mal əti idxalının kəskin artımı diqqətdən yayınmamalıdır”.

Millət vəkili bildirib ki, bütövlükdə, idxalın optimallaşdırılması iqtisadi siyasətdə əsas prioritet hədəflərdən biri olaraq qalmalıdır:

“Son qlobal və regional dəyişikliklər bir daha təsdiq edir ki, istehlak bazarında idxaldan asıllığın minimumlaşdırılması ərzaq təminatı və təhlükəsizliyi baxımdan da vacibdir”.

26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?
21 Mart 2024 Türkiyə MB uçot dərəcəsini 50%-ə qaldırdı
20 Mart 2024 Azərbaycan buğda idxalını kəskin azaldıb
19 Mart 2024 Tarixi paytaxtımızda çörək bahalaşdı
19 Mart 2024 Qiymətləri süni qaldıranlara xəbərdarlıq
18 Mart 2024 Qaxda 100 minlik dələduzluq: saxlanılan var
15 Mart 2024 Azərbaycan çox vacib iqtisadi partnyorumuzdur - Çin
15 Mart 2024 Əmək pensiyalarının minimum məbləği artırılsın!
12 Mart 2024 Paytaxt restoranlarında iftar menyuları neçəyədir? - VİDEO
12 Mart 2024 Bu məhsullar bahalaşdı
09 Mart 2024 Kakaonun qiyməti rekord vurur
07 Mart 2024 Nazirlik 586,9 milyonluq əsassız ödənişlər aşkarladı
07 Mart 2024 Dünya Bankı ilə tərəfdaşlıq məsələləri müzakirə olundu