Şərab bazarı uğrunda böyük savaş: Azərbaycana şans yaranır - GƏLİŞMƏRusiya Dövlət Duması Şurasının iclasında Gürcüstan şərab və sularının ölkəyə idxalına qadağa qoyulması məsələsi müzakirə edilib.

Duma hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılmasını və müvafiq təklifin Prezidentə təqdim edilməsini tövsiyə edib.
Dövlət Dumasının bununla bağlı qəbul etdiyi bəyanatda Gürcüstana tətbiq ediləcək iqtisadi sanksiyaların şərab və qazlı suların idxalına, maliyyə və xarici iqtisadiyyat əməliyyatlarına, turizm fəaliyyətinə və gömrük rüsumlarına aid ola biləcəyi bildirilib.

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə deyib ki, Rusiyaya hörmətli münasibət naminə şərabdan vaz keçmək olar: “Gürcü şərabını dadmaq imkanım olanda, imtina etmirəm. Lakin, mən, mənim yaxınlarım gürcü şərabı və suları olmadan da keçinə bilərik. Bizim möhtəşəm Rusiya şərablarımız var, sizə tövsiyə edirəm”.

Xatırladaq ki, Dumada məsələ “Vahid Rusiya” fraksiyası tərəfindən qaldırılıb. Prezident Vladimir Putinin bu məsələdə mövqeyinin üst-üstə düşəcəyi təqdirdə, Gürcüstanı ciddi sanksiyalar gözləyə bilər. Qeyd edək ki, bir qədər əvvəl isə Rusiyada ticarət şəbəkələrindən Gürcüstan şərabının piştaxtalardakı payı haqqında məlumat toplanılmasına başlanıldığı haqda xəbərlər mətbuatda yer almışdı. Hazırda gürcü şərabı Rusiya idxalının 17%-ni təşkil edir. Ümumiyyətlə, ötən il Gürcüstanda ixracın səviyyəsi son 30 ildə rekord səviyyəyə çatıb. Dünyanın 53 ölkəsinə 86,2 milyon şüşə şərab ixrac edilib. İxrac edilən şərabın dəyəri 203 milyon dollar olub və bu, 2017-ci ildəki göstəricidən 20% çox olub. Gürcü şərabının ən böyük bazarı Rusiyadır. Sonrakı yerlərdə Ukrayna, Çin, Qazaxıstan, Polşa, Latviya, Belarus, Estoniya, Litva və Almaniya dayanır. Ötən il Azərbaycana da ixrac edilən gürcü şərabının həcmi 40% artıb.

Ekspertlər ehtimal edirlər ki, məhdudiyyət qoyularsa, bu qanunsuz idxalın artması və Gürcüstan şərab müəssisələrinin bir qisminin bağlanması ilə nəticələnə bilər.

Bəs, Gürcüstandan idxalın qadağan olunması Rusiya bazarında Azərbaycan məhsullarına yol aça bilərmi? 

İqtisadçı ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə açıqlamasında öncə Rusiyanın Gürcüstana tətbiq etdiyi sanksiyanın siyasi məsələ olduğunu xatırladıb: “Azərbaycan Rusiyaya müəyyən şərab məhsulları ixrac edir. Gürcüstanın bazardan çıxarılan payı uğrunda mübarizəyə şübhəsiz ki, digər ölkələr də qoşulacaq. Amma gürcü şərabının brendi var. Bu brend Rusiya bazarında özünə alıcı tapıb. Gürcü şərabı seqmentinin Azərbaycan və ya digər ölkələr tərəfindən doldurulması bir qədər mücərrəd məsələdir. Gürcü şərabının Rusiyaya ixracı o qədər də böyük həcmdə deyil. Düşünürəm ki, gürcü şərabının başqa yollarla Rusiyaya ayaq açması prosesi baş verəcək”.

İqtisadçı bildirir ki, bu prosesin Ermənistan tərəfindən həyata keçirilməsi ehtimalı daha böyükdür: “Əvvəl də Rusiya ilə Gürcüstan arasında bir neçə günlük müharibə baş verən zaman şərabın idxalı qadağan edilmişdi. Lakin erməni sahibkarlar “erməni brendi” adı altında bu şərabın ixracına başladılar. Azərbaycan sahibkarları bazarın o seqmentinə təsir edə bilmədilər, yəni həmin seqmenti doldurmaq üçün hər hansı məhsul təqdim edə bilmədilər. Hesab edirəm ki, indi də şərait dəyişməyəcək. Burada yalnız ermənilərin istifadə etdiyi üsuldan istifadə etməklə uğur qazanmaq mümkündür. Gürcü şərabını “Azərbaycan şərabı” adı altında təqdim etməklə həmin seqmentin bir hissəsini ələ keçirmək mümkündür”.

Bəs, ümumiyyətlə Azərbaycan şərabının ixrac potensialı nə qədərdir?

Ekspert bu sahədə ölkəmizin böyük potensiala malik olduğunu bildirir: “Sovet dönəmində bizim böyük üzüm plantasiyalarımız, onlarla şərab zavodumuz var idi. Lakin, o infrasturuktur məhv edildi. İndi həmin təsərrüfatın yenidən qurulması üçün geniş investitsiyaların qoyuluşuna ehtiyac var. Potensial var, amma bunu realaşdırmaq üçün çoxlu işlər görmək lazımdır”.
06 May 2024 STP Şirkətlər Qrupunda istehsalat göstəriciləri artıb
06 May 2024 Bu şəxslərə 1380 manat ödəniş edilir
04 May 2024 Rusiya şəkərin ixracına qadağa qoydu
03 May 2024 “Kontakt”da 70%-dək endirimli “Super günlər” başladı
01 May 2024 1 milyonu mənimsəyən Bayramova həbs edildi
01 May 2024 “Bank of Baku”dan bütün market, YDM və restoranlarda - 5% KEŞBEK
01 May 2024 “XalqKart”ı pulsuz əldə edin!
01 May 2024 Azərbaycana giriş üçün viza rejimi asanlaşdırılır
01 May 2024 “Birbank” taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanın
01 May 2024 Xarici ticarət dövriyyəsi azaldı: nə baş verir?
30 Aprel 2024 “Araz” supermarketlər şəbəkəsi yerli istehsalçıların inkişafını dəstəkləyir
30 Aprel 2024 “Azeri Light” bu gün neçəyə satılır?
26 Aprel 2024 Maaş artımına hazırlıq gedir: 40% daha çox ayrıldı
19 Aprel 2024 Bu avtomobillərin qiyməti ucuzlaşacaq
16 Aprel 2024 Azərbaycan elektromobil idxalını artırdı
14 Aprel 2024 Sabah 3 rayonun bəzi ərazilərində qaz olmayacaq
13 Aprel 2024 Bu tələbələrin ailəsinə ayda 200 manat ödəniləcək
13 Aprel 2024 Tikinti materialları ucuzlaşdı - Video
12 Aprel 2024 Balın qiyməti bahalaşacaq - Video
09 Aprel 2024 Azərbaycanda illik inflyasiya açıqlandı
08 Aprel 2024 Qazaxıstan bankları da Rusiyadan imtina edir
05 Aprel 2024 Bu valideynlər hər ay 395 manat ala bilər - Video
03 Aprel 2024 Konsulluğa hücum İran pulunu ucuzlaşdırdı
01 Aprel 2024 Prokurorluqdan sosial yardımlarla bağlı müraciət
01 Aprel 2024 Sosial yardım alanlar kəskin azaldı - Səbəb
01 Aprel 2024 Mərkəzi Bank valyuta ehtiyatlarını 27,6% artırdı
01 Aprel 2024 "Unibank"da yeni təyinat - FOTO
27 Mart 2024 Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər - Şad xəbər
27 Mart 2024 AB Azərbaycana neft məhsullarının ixracını artırdı
25 Mart 2024 Ölkəmizdən Rusiyaya nə qədər yumurta ixrac edilib?