Son xəbərlər

 
“Böyük dövlət xadimi Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucu lideridir. Heydər Əliyev xalqımızın dünəni, bu günü və gələcəyi üçün böyük bir miras yaratdı və onu gələcək nəsillərə sözün əsl mənasında dövlətçilik mirası kimi qoyub getməyi bacardı. Bu gün inkişaf edən, gün keçdikcə beynəlxalq münasibətlər sistemində nüfuzu daha da artan qüdrətli Azərbaycanın təməlləri məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Onun əbədiyaşar ideyalarını bir daha yada salmalı oluruq. Bu ideyalar indi və gələcək yüzilliklərdə də Azərbaycan xalqının birlik və bərabərliyini təmin, milli kimliyimizi təyin edir”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin ideyaları azərbaycanlı olmaq fəlsəfəsini özündə əks etdirir: “Əgər qısaca olaraq müstəqillik illərindən bugünədək olan tariximizi təhlil etməyə çalışsaq görərik ki, Ulu Öndərin əməyi, uzaqgörənliyi, cəsarəti sayəsində xaosdan, etnik separatçılıqdan qurtulan Azərbaycan inkişaf edərək tarixi zəfər əldə edəcək qədər güclü bir dövlətə çevrilib. 2020-ci il 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin təməlində də məhz böyük dövlət xadimi Heydər Əliyevin yaratdığı dəyərlər, qurduğu dövlət sistemi dururdu”.

”Hesab edirəm ki, ən böyük xidmətlərdən biri də Heydər Əliyevin Azərbaycan xalqı üçün siyasi məktəb yaratmaq olub. Ulu Öndərin siyasi məktəbinin yetirməsi olan Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev dəyərləri və prinsiplərinə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Ona görə də nə qədər ki Azərbaycan var, Heydər Əliyevin ideyaları o qədər yaşayacaq”,- deyə deputat əlavə edib.

19 May 2024 Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?
19 May 2024 İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi
19 May 2024 Baydenin İQ səviyyəsi aşağıdır - Tramp
19 May 2024 Bu, Tanrıya qarşı bir cinayətdir - Papa
19 May 2024 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
19 May 2024 Saxta pullarla insanları aldatma halları artır VİDEO
19 May 2024 Düyü yenidən bahalaşa bilər VİDEO
18 May 2024 İsfəndiyar Axundov və oğlunun polislər tərəfindən saxlanılması xəbərı doğru deyil
17 May 2024 “Usta mənəm”
17 May 2024 Paşinyanı Azərbaycanın əli ilə devirmək istəyirdilər-Yunus Oğuz
17 May 2024 Fitso yaşam mübarizəsi aparır, böyük itkidir - Orban
17 May 2024 “Coffeeshop”larda valideynləri olmayan 14-15 yaşlı uşaqlar çalışır”
17 May 2024 Sürücüdən tələb edilən sənədlərin çoxluğu müzakirə yaratdı - Video
17 May 2024 "Kimsə bizə qadağa qoya bilməz" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
17 May 2024 10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - VİDEO
17 May 2024 Rusiyanı sülhə məcbur etməliyik - Zelenski
16 May 2024 ""Başlıq parası" öz əhəmiyyətini itirib" - MÜNASİBƏT BİLDİRİLDİ
16 May 2024 Türkiyənin Qırğızıstana sement məhsulları ixracının həcmi açıqlandı
16 May 2024 Onlardan bizə gələn səs başlarına dəysin - Tural Abbaslı
16 May 2024 "İstehsal etdiyim məhsullarla bağlı mənfi fikir səsləndiriləcəyini gözləyirdim" -İş adamı Fəxrəddin Fərhadov
15 May 2024 Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO
15 May 2024 Azərbaycanda yeni zeytun yağı emalı zavodu inşa ediləcək
15 May 2024 Bölgəmiz seçim qarşısında: Kənar güclər çox fəallaşıb
15 May 2024 Ərdoğan Hitlerdən danışdı: Onu da eyni aqibət gözləyir
15 May 2024 Kiberfırıldqqçılıqdan qorunmağın yolları NECƏ OLMALIDIR? - MÜTƏXƏSSİS AÇIQLADI
15 May 2024 "Faktiki olaraq minalanmış xəritələr Azərbaycana verilməyib" - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
15 May 2024 Danimarkada Nikola etiraz edən ermənilərin sayı - Video
15 May 2024 Ərdoğana qarşı oyun qurmağa çalışanlar... - Yerliqaya
15 May 2024 Ət niyə ucuzlaşmır? VİDEO
14 May 2024 Hayları fəlakətə sürükləyən MARİONET – TƏHLİL