Son xəbərlər

 

Bizdə peşəkarlıq hər zaman səhv başa düşülüb. Əksəriyyət heç bunun nə olduğunu bilmir.

Kütlə bəzən elə bilir ki, söz oynatmaq, sözlə “sancmaq”, qışqıra-qışqıra danışmaq şərhçiliyin əsas qaydalarından biridir.

Dünən Avro-2024-ün 1/8 finalı çərçivəsində keçirilən Avstriya-Türkiyə oyununda şərhçimiz sosial şəbəkələrdə xeyli müzakirə olundu, hələ də olunmaqdadır. Bəziləri onun işini müsbət qiymətləndirir, hətta türkiyəli idman mütəxəssisləri də onun şərhinə heyran qaldıqlarını bildiriblər.

Futbol mütəxəssisi deyiləm, adicə azarkeşəm. Bu sahədə düz 30 illik təcrübəm var. Müxtəlif şərhçilərin şərh etdiyi saysız-hesabsız oyunlara baxmışam. Amma vallah, şərhçilik söz soxmaq, söz oyunu etmək, qışqıra-qışqıra danışmaq deyil. Hələ şərhçimizi intellektual adlandıranlar da var. İntellektuallığın şərhçilikdə nə əlaqəsi var, anlamıram. İntellektual şərhçi axtarırıqsa, o zaman futbol oyunlarını Şəhriyar, Teymur şərh etsin.

Ümumiyyətlə, Azərbaycanda şərhçilik ənənəsi iki yerə bölünür: Sovet (rus) və Türkiyə. İllərdir Azərbaycan futbol şərhçliyində Türkiyənin təsiri açıq-aşkar üstünlük təşkil edir. Elə qışqıra-qışqıra şərh etmək də ordan gəlib. Demirəm ha, əvvəllər də yaxşı idi. Köhnə nəslin məlum şərhçilərini futbol ictimaiyyəti yaxşı tanıyır. Ala-yarımçıq cümlələr, yastı-yastı danışmaq, qoldan bir dəqiqə sonra qol məlumatı vermək, futbolu qoyub filan ölkədə filan yarış barədə danışmaq... Adamı yuxu basırdı. Oyunun qurtarmağından da xəbərin olmurdu, elə yatıb qalırdın.

Amma qışqırmaq da şərhçilik deyil.

Rusiya və digər ölkələrdə şərh edilən futbola baxmaq xoş deyil, xüsusən də mənim üçün. Hər zaman öz futbolumuz, öz şərhmizdən zövq almaq istəmişik. İllərdir bunları bizə verməmisizsə, Allah canınızı sağ eləsin. Heç olmasa, imkan verin, başqa oyundan və başqa şərhdən zövq alaq.

Çempionat öncəsi yayım hüququ ilə bağlı mübahisələr başlamışdı. Digər xarici kanalların futbol yayımı dayandırılanda haqlı olaraq narazılığımızı bildirdik. Çünki müştəriyik və futbola hansı kanaldan baxacağımıza özümüz qərar verməliyik. O zaman da səsimizi çıxaranda nadan kütlə az qala bizi daşa bassın ki, niyə öz kanalımızdan baxmırsız.

İndi də dünənki şərhçiliklə bağlı tənqid yazanları az qalıb vətən xaini çıxarsınlar, basıb öldürsünlər.

07 İyul 2024 Türkiyənin buraxdığı ikinci qol birabırçı idi - Ekspert
07 İyul 2024 Ərdoğanın qol sevinci - Video
03 İyul 2024 “Şerif”-“Zirə" matçının biletləri satışda
02 İyul 2024 Taysondan Türkiyə yığmasına xüsusi hədiyyə - Foto
02 İyul 2024 “Qarabağ”ın yeni mövsüm üçün formaları - Video
01 İyul 2024 Çinli badmintonçu yarış zamanı öldü
25 İyun 2024 Türkiyəli funksioner “Neftçi”nin baş icraçı direktoru oldu
22 İyun 2024 “Fehervar”ın futbolçusu: “Sumqayıt”la matçda uğur qazana bilərik”
22 İyun 2024 Avropa futbol tarixinin 10 ən yaxşı hücumçusu
22 İyun 2024 Əfsanəvi futbolçunun anası öldü
15 İyun 2024 Kevin Kempbell vəfat etdi
14 İyun 2024 Bizə əl sallayıb “Gamar joba” deyirlər...
12 İyun 2024 Azərbaycan futbolsevərlərinə süpriz: İlk dəfə...
10 İyun 2024 “Bəli, qapı bağlıdır” - Qvardiola
10 İyun 2024 Federer doktor oldu
10 İyun 2024 Şahmatçımız Fransa çempionu oldu
07 İyun 2024 Millimiz Albaniyaya qarşı: start heyətləri açıqlandı
07 İyun 2024 Şəhriyar "Master" turnirinə heç-heçə ilə başladı
06 İyun 2024 İnyestanın vətənində heykəli qoyuldu
03 İyun 2024 Çempionumuz adam bıçaqladı: həbs olundu
02 İyun 2024 Ronaldo ilə bağlı yayılan xəbərlərə rəsmən nöqtə qoyuldu
01 İyun 2024 Bələzoğlu millimizin baş məşqçisi ola bilər
30 May 2024 Azərbaycan Basketbol Liqasının qalibi bəlli oldu
30 May 2024 Bu da qələbə qolu! - Video
29 May 2024 AFFA bu komandanı liqadan kənarlaşdırdı
29 May 2024 "Barselona"nın yeni baş məşqçisi bəlli oldu
29 May 2024 “Traktor” azarkeşsiz oynadı, qalib gəldi
28 May 2024 “Qalatasaray” gözdağı verdi - Video
25 May 2024 Dünyanın ən bahalı futbol klubu məlum oldu
24 May 2024 Ronaldo Avropaya qayıda bilər!