Son xəbərlər

İspaniya superkubokunun finalında "Atletik"in oyunçusunun başına zərbə vuran "Barselona"nın kapitanı Lionel Messi ilə bağlı İntizam Komitəsinin qərarı sabah veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu La Liqanın nümayəndəsi Karmen Peres "RAC 1"ə açıqlamasında deyib. Onun sözlərinə görə, qərar gözləniləndən daha tez açıqlanacaq.

Xatırladaq ki, rəqibi vurduğu üçün qırmızı vərəqə ilə meydandan qovulan Mesii Əsasnaməyə görə 4 oyundan 12 oyuna qədər cəzalandırıla bilər.