Son xəbərlər

Almaniya Bundesliqasının XVII turunda "Auqsburq"la qarşılaşan "Bavariya" 1:0 hesablı qələbə qazanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, qarşılaşma münhenlilərin qapıçısı Manuel Noyer üçün əlamətdar olub.

13-cü dəqiqədə Robert Levandovskinin penaltidən vurduğu yeganə qolla qalib gələn "Bavariya"da kapitan qapısını toxunulmaz saxlamağı bacarıb. Bu, Noyerin Bundesliqa tarixində 196-cı "quru" oyunu olub. O, komandanın əfsanəvi qolkiperi Oliver Kana məxsus rekordu təkrarlayıb.

Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən "Bavariya"da çıxış edir.