Son xəbərlər

Bakıda qeyri-adi yanğın hadisəsi baş verib.

Şəhərin mərkəzində banklardan birinin bankomatı yanıb.

Yanğın FHN-nin yanğınsöndürənləri tərəfindən söndürülüb.

Qeyd edək ki, hadisə şahidləri bankomatın pulla dolu olduğunu bildiriblər. /Redaktor.az/

Koronaviruslu xəstənin

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkələrdə "Semaşko" kimi tanınan xəstəxanaya yerləşdirilən koronaviruslu xəstənin yaydığı videodan danışıb.
Qurum rəsmisi "BakuPost"a 1 saylı Kliniki Tibbi Mərkəzdə çəkilən görüntülər barədə açıqlama verib. O sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı araşdırma aparacaqlarını bildirib.

Xatırladaq ki, ötən gün yayılan görüntülərdə adıçəkilən xəstəxanaya yerləşdirilən xəstələrdən biri həkimlərin virus daşıyıcılarına nəzarət etmədiklərini, qızdırmasının qalxmasına baxmayaraq lazımi dərman və iynə ilə təhciz edilmədiklərini bildirmişdi.
Xəstənin sözlərinə görə, hətta tibb bacıları da xüsusi geyimlərdə xidmət göstərmirlər. Bu isə onların virusu yaymasına yol aça bilər.

Son məlumata görə, Azərbaycanda COVID-19-a yoluxan 12 729 nəfərdən 154-ü həyatını itirib, 6 799-u sağalıb. Ötən gün növbəti antirekord qeydə alınıb və ölkə ərazisində 471 nəfərin testi müsbət nəticə verib.

Abşerondakı məmur həbsləri ilə bağlı Baş Prokurorluqdan

"Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayon İcra Hakimiyyətinin bir sıra vəzifəli şəxslərinin saxlanılması barədə dəqiqləşdirilməmiş informasiyalar yayılıb".
Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
"Bildiririk ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə ətraflı məlumatın verilməsi nəzərdə tutulur.

Cəmiyyətdə çaşqınlığa səbəb ola biləcək informasiyaların yayılmasının qarşısının alınması məqsədilə bu qəbildən olan məlumatların Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirilməsi xahiş olunur", Mətbuat Xidmətindən bildirilib.

Azərbaycanda deputat koronavirusa yoluxdu

“Koronavirus testinin cavabını indilərdə aldım. Təəssüf ki, nəticə pozitivdir”.

Bunu APA-ya açıqlamasında deputat Sahib Alıyev deyib.

Deputat koronavirusa yoluxduğunu bildirib: 

“Təəssüf ki, testin nəticəsi pozitiv çıxıb. Özümdə koronavirus pandemiyasının simptomlarını hiss etdiyim üçün test vermişdim. Nəticə pozitiv çıxdı”.

Tərtərin icra başçısı COVID-19-a yoluxması barədə xəbərlərə aydınlıq gətirdi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bir sıra xəbər portallarında və sosial şəbəkələrdə COVID-19 virusuna yoluxması barədə yayılan xəbərləri təkzib edib.

Bu barədə icra başçısının özü "Report"a bildirib.

M.Məmmədov qeyd edib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Səhhətimlə və sağlamlığımla bağlı heç problemim yoxdur. Hazırda dövlətimə xidmət edir, cənab Prezident İlham Əliyevin mənə verdiyi tapşırıqlara əsasən xalqa xidmət edirəm".

Qeyd edək ki, Tərtər rayonundan olan deputat Sahib Alıyev koronavirusa yoluxub. 

Samux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.

Bu barədə “report”a onun müalicə edildiyi Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Piriyev məlumat verib.

O bildirib ki, icra başçısının müavini gecə saatlarında vəfat edib:“Edilən müalicələrə baxmayaraq gecə saat 01:45-də dünyasını dəyişdi”.

Məşhur bloger Hüseyn Həsənov Moskvada saxlanıldı

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.
Bu barədə gazeta.ru məlumat yayıb.

Bildirilir ki, bloger “Rolls Royse Cullinan” markalı avtomobilində saxlanılıb. Həmin maşının axtarışda olduğu deyilir.
O da qeyd olunur ki, Hüseyn maşına “Lamborghini” markalı digər avtomobilinin nömrə nişanını vurub.

Bloger həmçinin bu ayın 9-da avtomobilinin dövlət nömrə nişanını gizlətdiyinə görə üç aylıq sürücülük hüququndan məhrum edilib.

Xatırladaq ki, Rusiyanın məşhur blogerlərindən olan Hüseynin "İnstagram"da 14 milyondan çox izləyicisi var.oxu.az

Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək

Azərbaycanda şənbə günü, iyunun 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 749 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-65, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycan rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər dağlarda duman olacaq, ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 20-21-də Abşeron yarımadasında xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.

“Goranboy rayon İcra Hakimiyyətinin 40 əməkdaşından koronavirus testi götürülüb”.

Bu barədə Unikal.org-a Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib:

“Daimi olaraq rayon ərazisində olan idarə və təşkilatların əməkdaşlarından koronavirus testləri götürülüb. Hazırda rayon icra hakimiyyətinin əməkdaşlarından da testlər götürülərək, Gəncəyə göndərilib və testin cavablarını gözləyirik. Bundan sonra 40 nəfər işçidən kimdəsə virus aşkarlansa, ictimaiyyətə məlumat verəcəyik”.

Goranboyun icra başçısı Məhərrəm Quliyev koronavirusa yoluxub.
Haqqın.az xəbər verir ki, son günlərdə onunla ünsiyyətdə olanlar həkim nəzarətinə alınıb.
İcra başçısı özü isə xəstəxanaya yerləşdirilib. Təyin olunmuş prosedura əsasən, Goranboy İcra Hakimiyyəti karantinə alınıb.