Son xəbərlər

Şamaxıda çobanı arvadının gözü qarşısında güllələdilərŞamaxı rayonunda həmyerlisini güllələyərək qətlə yetirməkdə təqsirli bilinən Natiq Bünyatovun cinayət işi.

"Ölkə.Az" xəbər verir ki, hadisı Şamaxı rayonu Acıdərə qəsəbəsi ərazisindəki fermada qeydə alınıb.  Şamaxı rayonunun Sabir qəsəbə sakini, 1996-cı il təvəllüdlü Bünyatov Natiq Şirinbala oğlu rayon sakini Hacıyev Zaur Seyidağa oğlu ilə şəxsi münasibətlər zəminində ov tüfəngidən atəş açaraq qətlə yetirib.

Cinayəti törətməkdə şübhəli bilinən Natiq Bünyatov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar nəticəsində məlum olub ki, “Acıdərə” adlanan qışlaq sahəsindəki fermer təsərrüfatında ailə üzvləri ilə birlikdə yaşayan və həmin fermada çobanlıq edən Natiq Bunyatovun qardaşı Vəli həmin ərazidə heyvandarlıqla məşğul olan Zaur Hacıyevə məxsus itləri daşla vuraraq öz ərazilərindən qovub.

Bu səbəbdən 18 yanvar 2018-ci il tarixdə, saat 20 radələrində Zaur Hacıyev sərxoş vəziyyətdə həmin fermer təsərrüfatındakı yaşayış evinin qarşısına gəlib və Vəli Bunyatovla mübahisə edib.

Zaur Hacıyev Natiq Bunyatovun atası Şirinbala və həmin vaxt fermada olan Zaur Hacıyevin tanışı Şahlar Həşimov tərəfindən sakitləşdirilib. Qonşuluqdakı evinə yola salınsa da, Zaur Hacıyev təxminən 10 dəqiqədən sonra əlində ağacla bir neçə dəfə yenidən onların evinin qarşısına gəlib.

Zaur Hacıyev Natiq Bunyatovun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, qarşısına çıxmalarını tələb edib.

Bundan qəzəblənən Natiq Bunyatov evdə saxladığı ov silahını götürüb və eyvana çıxıb.

Bu vaxt Natiq Bunyatov Zaur Hacıyevin arxasınca gəlmiş arvadı Durdanə Hacıyevanın orada olmasına baxmayıb, qadının gözü qarşısında Zaur Hacıyevə atəş açıb. Sonuncu aldığı xəsarətdən hadisə yerində ölüb.

Hadisə barədə daha ətraflı videonu təqdim edirik:

Rəsulzadənin fotosu olan maskanı taxdığı üçün saxlanılıb?

Daxili İşlər Nazirliyi dünən Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığı bildirilən şəxslə bağlı açıqlama verib.

Qafqazinfo xəbər verir ki, Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov vətəndaşın yalan danışdığını bildirib:

"Cavid Məmmədzadənin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması yalan məlumatdır. Birincisi, hörmətli bir şəxsiyyətin fotosunun mikroblarla dolu parçanın üzərinə vurulması Rəsulzadəyə hörmətsizlikdir. Çünki gigiyenik qaydalara uyğun olaraq, bir neçə saatdan sonra o maskanı çıxarıb zibil qabına atmalıdır. Məgər bu, Rəsulzadəyə hörmət əlamətidir?

Azərbaycanda daha bir vəzifəli şəxs vəfat etdi

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin daha bir əməkdaşı vəfat edib.

Oxu.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, “Xalqlar Dostluğu”stansiyasının rəisi İlqar Əliyev vəfat edib.

Onun hansı səbəbdən ölməsi barədə tam məlumat yoxdur.

Qeyd edək ki, iyunun 17-də QSC-nin hərəkət xidmətinin rəisi Etibar İsayev ürəktutmadan ölüb.

Zərdabda toy edənlər saxlanıldı

Zərdab rayonunda elan edilən xüsusi karantin rejimini pozaraq toy edən şəxslər saxlanılıblar.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinir.

Belə ki, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 14 nəfər saxlanılıb.

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.

 

BMT-nin Azərbaycandakı nümayəndəsi

“Virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq”.
Bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.
Qulam İshaqzai qeyd edib ki, pandemiya ilə mübarizə fonunda lazımi yardımlar göstərilir və sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün Azərbaycan hökuməti ilə müvafiq müzakirələr aparılır:

“Azərbaycanda və bütün dünyada məlum təcrid prosesinə görə yorğunluq müşahidə olunur. Pandemiyaya görə kifayət qədər iqtisadi problemlər yaşanıb. Lakin biz virusa qalib gəlməsək, ölkələrdə iqtisadiyyat bərpa olunmayacaq. Pandemiyaya qarşı mübarizədə həyata keçirilən tədbirlərə hər birimiz kiçik addımlarla töhfə verə bilərik ”. yenicağ.az

AzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də 50-dən çox əməkdaş koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, yoluxanlar arasında sədr müavini Rafiq Həşimov, AzTV-nin Televiziya və Radio Akademiyasının prorektorları Almaz Mahmud, Ülfət Rəhimova da var.

Vəzifəli şəxlərlə yanaşı AzTV-də 50-dən çox şəxsin koronavirusa yoluxduğu deyilir. Rəsmi məlumatlarda isə cəmi altı nəfərin yoluxduğu göstərilir.
Yoluxmanın geniş yayılmasına səbəb isə AzTV-nin operatorlarından birinin koronavirusa yoluxduqdan sonra karantinə alınması, onunla ünsiyyətdə olan şəxslərin isə təcrid edilməməsidir.

AzTV-də hazırda vəziyyətin çox acınacaqlı olduğu bildirilir.