Son xəbərlər

 

"Dondurma süd məhsuludur. Bildiyimiz kimi süd məhsulu heyvan mənşəli qidadır. Ona görə mütləq şəkildə burada istifadə olunan süd keyfiyyətli, sağlam heyvandan əldə olunmalıdır, mütləq də baytar nəzarətindən keçən heyvanlardan əldə olunan südün həm sağılması prosesi, həm saxlanılması, daşınması kimi bütün proseslərdə sanitariya-gigiyena normalarına əməl olunmalıdır. Əks halda zülal mənşəli olduğu üçün daha tez xarab olmağa meyillidir". Bu sözləri SİA açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, tərkibində mikroorqanizmlərin çoxalması, insan sağlamlığında bir çox fəsadlara yol açması gələcəkdə qarşısı alınmaz problemlərlə nəticələnə bilər: "Xüsusilə də, digər məhsullar, qaymaq, yağ və əlavə məhsullar da heyvan mənşəlidir. Ona görə mütləq keyfiyyətli məhsuldan istifadə olunmalıdır. Bəzən süd əvəzinə quru süddən istifadə olunur, yaxud da sənaye üsulu hazırlanmış süd yağı əvəzedicilərdən istifadə olunur ki, bunlar da bir çox sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə həssas, xroniki xəstəliyi olan, allergiyası olan insanlarda həzm sisteminin pozulması, bağırsaq mikroflorasının dəyişməsi, nəticədə immun sisteminin aşağı düşməsi ilə nəticələnə bilər. Ancaq son aparılan monitorinqlərin nəticəsi göstərdi ki, 26 istehsalçıya məxsus 69 dondurmadan götürülən nümunələrin nəticəsi olaraq 10 məhsulda qüsurların aşkar olunması ilə yanaşı həm də insan sağlamlığına təhlükəli olan bakteriyalar aşkarlanıb. Enterobakteriyaların 50-yə yaxın növü var. Hər bir növü də insan sağlamlığında bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu xəstəliklər, əsasən, iltihabi xəstəliklər, xüsusilə də, bağırsaq mikroflorasının dəyişməsinə, tənəffüs yolları xəstəliklərinə, böyrək xəstəliklərinin digər orqanlarda problemlərə səbəb olduğunu göstərir. Bəzən olur ki, insanlar bu bakteriyalar olan məhsulları qəbul etdikdən sonra bağırsaq mikroflorası dəyişdiyi üçün ishala səbəb olur. Bəzən isə ishalla qəbizlik növbəli şəkildə bir-birini əvəz edərək orqanizmin immun sisteminin aşağı düşməsinə gətirib çıxarır. Xüsusilə də, bağırsaqlarda faydalı mikroorqanizmlərin yox olmasına səbəb olur. Ona görə yaxşı olar ki, keyfiyyətli, mənşəyi bəlli olan dondurmadan istifadə etsinlər. Eyni zamanda bu kimi monitorinqlərin aparılması yüksək qiymətləndirilir. Nəticəsinin də ictimaiyyətə açıqlanması bu işin daha məsuliyyətli olduğunu bir daha göstərir".

Onun sözlərinə görə, yaxşı olar ki, həmin partiyadakı bakteriyalar aşkarlanıb onların satışdan geri çağırılması, eyni zamanda da həmin məhsulların məhv olunması da ictimaiyyətə çatdırılsın: "Çünki əks halda insanlar arasında sual yaranır ki, bu məhsullar hələ də satışda var?, yaxud da, hansı partiyada olduqları, həqiqətən də, satışdadırmı? kimi sualların olmaması üçün yaxşı olar ki, bu haqda da ictimaiyyət geniş şəkildə məlumatlandırılsın. Eyni zamanda da cərimə tədbirlərinin sərtləşməsi də daha məqsədəuyğun olardı. Çünki müəssisənin inkişafı üçün daha keyfiyyətli məhsulları istehlakçılara təqdim edə bilməsi üçün bu kimi qaydalara daha ciddi əməl olunması vacibdir. Çünki bir çox insanlarda, xüsusilə azyaşlılarda, yüksək risk qrupuna aid yaşlı insanlarda bu məhsulları istifadə etmək nəinki sağlamlıq problemlərinə, bir çox hallarda immun sistemi zəif olanlarda hətta ölümlə nəticələnə bilər. Ona görə də diqqət etmək lazımdır.

 

Digərlərində isə dondurmanın tərkibində istifadə olunduğu kərə yağı qeyd olunsa da, tərkibində bitki yağı aşkarlanıb. Bəzən də bitki yağı yazılsa da, dəqiq olaraq hansı bitki yağından istifadə olunduğu göstərilmir. Bunlar da məhsul üçün onun keyfiyyətində şübhə doğuran məqamlardır. Bunlara da diqqət etmək lazımdır. Ümumiyyətlə, keyfiyyətli dondurma süd, yağ, qaymaqdan ibarət olmalıdır. Əlavə olaraq dadlandırıcı kimi şəkərdən, baldan, bəzən isə çərəzlərdən istifadə olunmalıdır. Yaxşı olar ki, müddəti az olan dondurmalardan istifadə olunsun. Paketlənmiş dondurmalardan istifadə edəcəklərsə, mütləq paketin tamlığı pozulmamalı, üzərində yazılar aydın şəkildə qeyd olunmalıdır.

Etiket məlumatlarında istehsalçı şirkət haqqında ətraflı məlumat olmalıdır. Məhsulun 70%-ə yaxını əsas olan süd, qaymaq, yağdan ibarət olsun. Əgər süd yağı əvəzedicisi, yaxud da, mənşəyi bəlli olmayan, eyni zamanda daha çox konservantlardan, dadlandırıcılardan istifadə olunursa, rəf ömrü uzundursa, bu zaman həmin məhsulları keyfiyyətli dondurma hesab etmək olmaz. Ağızda əridikdə qaymaq dadı varsa, bu, keyfiyyətli süd, yağdan istifadə olunduğunu göstərir. Əgər acı dad qalırsa, burada bitki yağı, digər kimyəvi maddələrdən daha çox istifadə olunduğunun göstəricisidir".

07 İyul 2024 Bölgələrdə 1 manata satılan gilas paytaxt bazarlarında 9-a satılır - Səbəb nədir? VİDEO
07 İyul 2024 Paşinyan Pezeşkianı təbrik etdi: Nələr yazdı?
06 İyul 2024 Paşinyanın Konstitusiya oyunu: söz ayrı, əməl ayrı
06 İyul 2024 XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır - Əliyev
05 İyul 2024 Fransa bəşəriyyətin varlığına təhlükədir TƏHLİL
05 İyul 2024 Ermənistandan “nala-mıxa” döymə siyasəti - RAKURS
05 İyul 2024 "Bu halda ciddi risklərlə üzləşmiş olarsınız" - MÜNASİBƏT BİLDİRİLDİ
05 İyul 2024 "Dünyada münaqişələr bitən deyil" - MÜNASİBƏT BİLDİRİLDİ
05 İyul 2024 “Halal otel” bizə lazımdırmı? - İlahiyyatçı
04 İyul 2024 "Allah insana bacarmadığı işi qanun kimi göndərmir" - MÜNASİBƏT BİLDİRİLDİ
04 İyul 2024 Leyla Əliyeva təbriklərə görə təşəkkür etdi
03 İyul 2024 Hansı nəqliyyat vasitələri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək? - AYDINLIQ GƏTİRİLDİ
03 İyul 2024 Elektrik mühərrikli maşınlara tələb artacaq VİDEO
02 İyul 2024 “Planetə düşən yağıntı ilə buxarlanma balansı pozulmayıb” - EKOLOQ DANIŞDI
02 İyul 2024 “Azərbaycan polisi qonşu ölkələrlə müqayisədə yüksək peşəkarlığı ilə fərqlənir” - EKSPERT BİLDİRDİ
02 İyul 2024 “Qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiya tətbiq olunmayacaq” - EKSPERT DANIŞDI
02 İyul 2024 “Azərbaycan polisi ən böyük hörmətə, etimada layiqdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
01 İyul 2024 Ədalətin və milli iradənin təntənəsi - TƏHLİL
01 İyul 2024 “Dizelin qiymətinin benzinə yaxınlaşması fəlsəfi məna daşıyır” - AYDINLIQ GƏTİRİLDİ
30 İyun 2024 İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür
30 İyun 2024 Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
29 İyun 2024 “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”
28 İyun 2024 Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL
28 İyun 2024 Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 Dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ən aktual məsələdir - TƏHLİL
28 İyun 2024 “İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 “Cəmiyyət dövlətin və polisin yanındadır” - ŞƏRH OLUNDU
28 İyun 2024 İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi
28 İyun 2024 Sayı 7000- qədər azalan taksilərdə qiymətlər artacaq - Ekspert AÇIQLADI VİDEO