Bu tarixdən Azərbaycan Respublikası Ali Sovetinin Sədri Heydər Əliyevin Prezident səlahiyyətlərini icra etməyə başlaması vətəndaş arzusunun, xalq inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi.

Tarixin daha bir əlamətdar günü - 1993-cü il 24 iyun. Bu tarix Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin Prezident səlahiyyətlərini icra etməyə başlaması ilə əlamətdardır. Bu, vətəndaş arzusunun, xalq inamının, müstəqil dövlətçiliyin qorunması üçün siyasi iradənin təntənəsi idi. Bəlli olduğu kimi, 1993-cü ilin may-iyun aylarında ölkəmizdə müstəqilliyin ciddi zərbə altına düşməsi, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Buna görə müdrik xalqımız Heydər Əliyevin ali hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və o vaxtkı ölkə rəhbərliyi onu paytaxt Bakıya dəvət etməyə məcbur qaldı. O məsuliyyətli günlərdə - 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. "Azərbaycan Respublikasının bugünkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm. Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün əsas vəzifələrdən biri hesab edirəm. Azərbaycan Respublikasının dövlət müstəqilliyi 1918-ci ildə yaranmış ilk Azərbaycan Demokratik Respublikasının ənənələri əsasında, müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm. Bununla əlaqədar olaraq bildirmək istəyirəm ki, mənim fikrimcə, Azərbaycan Respublikası, bundan sonra onun başına nə gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına düşməyəcək" – Bu sözlər Heydər Əliyevin 15 iyun 1993-cü il tarixində parlamentdəki tarixi nitqindəndir.

15 İYUN 1993-CÜ İL - SİYASİ QAYIDIŞ, SÖZÜN HƏQİQİ MƏNASINDA AZƏRBAYCANI AZƏRBAYCANLILARA, MİLLƏTİ ÖZÜNƏ QAYIDIŞI

Ulu öndər Heydər Əliyevin ölkənin Ali Qanunvericilik orqanına sədr seçilməsi respublika həyatında çox mühüm bir hadisə oldu. Bu siyasi qayıdış, sözün həqiqi mənasında Azərbaycanı azərbaycanlılara, milləti özünə qaytardı. Hadisələrin sonrakı gedişi göstərdi ki, 15 iyun Azərbaycanın müstəqillik tarixində yeni siyasi eranın başlanğıcı oldu. Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə aldı. Ordu quruculuği sahəsində mühüm qərarlar qəbul edildi. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Konstitusiyada və müxtəlif hüquqi sənədlərdə dəyişikliklər edildi.
Heydər Əliyev bu dövrdə əhalini döyüş ruhunu qaldırmaq, müharibə dövrünə uyğun təbliğat aparmaq, qanunsuz silahlı dəstələri zərərsizləşdirmək üçün lazımi tədbirlər görür, ölkədəki vəziyyət barədə fikirlərini tez-tez xalqla bölüşürdü. 1993-cü il avqustun 29-da Milli Məclisin qərarı ilə Əbülfəz Elçibəyə etimadsızlıqla bağlı referendum keçirildi. Referendumun nəticələri AXC–Müsavat cütlüyünün xalq arasında heç bir dəstəyə malik olmadığını bir daha sübut etdi. Heydər Əliyev parlamentin sədri kimi Azərbaycanın strateji maraqları əsasında ölkənin yeni xarici siyasət konsepsiyasını, onun beynəlxalq münasibətlər sistemində yerini müəyyənləşdirdi. İlk növbədə AXC hakimiyyətinin bu sahədə buraxdığı kobud səhvlər tezliklə aradan qaldırıldı. Parlamentin sədri vəzifəsində fəaliyyət göstərən ulu öndər Heydər Əliyev qanunun aliliyi, azad vətəndaş cəmiyyəti prinsiplərinin bərqərar olması zəruriliyini dəfələrlə vurğulayırdı: "Azərbaycan Respublikası demokratik yolla getməlidir, Azərbaycanda həqiqi demokratiya prinsipləri yaranmalıdır, inkişaf etməlidir, Azərbaycanda siyasi plüralizmə imkan yaradılmalıdır. Azərbaycan çoxpartiyalı bir cəmiyyət kimi yaranmalıdır, partiyaların fəaliyyətinə şərait yaradılmalıdır, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə, sərbəst iqtisadiyyat yolu ilə getməlidir. Azərbaycanda milli həmrəylik, insanlar, siyasi partiyalar, qurumlar arasında sülh və sağlam rəqabət əhval-ruhiyyəsi yaranmalıdır".

24 İYUN TARİXİ DÖVLƏTÇİLİYİN, MÜSTƏQİL SİYASƏT YÜRÜDƏN DÖVLƏTİN 15 İYUNDAN BAŞLAYAN NİCAT DÖNƏMİNİN MÜHÜM HƏLQƏSİ OLDU

 

Milli Məclisin iyulun 3-də keçirilən iclasında Heydər Əliyev bildirdi ki, o, AXC hökuməti zamanı neft sahəsindəki bütün danışıqları müvəqqəti olaraq dayandırır və hesab edir ki, bu məsələ mütəxəssislər tərəfindən ətraflı öyrənilməli və yalnız onların rəyindən sonra hər hansı bir qərar qəbul edilməlidir və bu zaman Azərbaycan xalqının mənafeyi əsas götürülməlidir. Zaman bu görkəmli dövlət xadiminin haqlı olduğunu bir daha sübut etdi. Cəmi 4 ay Ali Sovetin sədri vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən dəyişdi, Milli Məclisə siyasi mədəniyyət gətirdi. Onun iclası aparmaq tərzi, fikirlərini dəqiq əsaslandırması, çıxışların məğzini tutmaq bacarığı, qiymətli fikirləri ümumiləşdirmək qabiliyyəti özlüyündə parlamentin üzvləri üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Mübaliğəsiz demək olar ki, Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsində çalışdığı qısa zaman kəsiyində Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi gələcək inkişafının təməli qoyuldu. Heç də təsadüfi deyildir ki, 1993-cü il 3 oktyabr prezident seçkilərində seçicilərin 98,8 faizi Heydər Əliyevə səs verərək ölkənin taleyini bu görkəmli dövlət xadiminə həvalə etmək niyyətində olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Ulu öndər Heydər Əliyev iqtisadi, siyasi, sosial, hüquqi islahatların həyata həyata keçirilməsini, demokratik dəyərlərin cəmiyyətdə bərqərar olunmasını çox önəmli hesab edirdi. Bu məqsədlə o ölkənin yeni Konstitusiya layihəsinin hazırlanmasına böyük əhəmiyyət verir, bu işə şəxsən özü rəhbərlik edirdi. Uzun müzakirələrdən sonra 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası qəbul olundu. Həmin gün müstəqillik dövründə ilk dəfə parlamentə seçkilər keçirildi və I çağırış Milli Məclis tezliklə işə başladı. Ölkənin Əsas sənədinin qəbulu dövlət quruculuğu, cəmiyyətin gələcək inkişaf modeli üçün hüquqi əsas yaratdı. Bununla Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması baxımından tariximizin ən məhsuldar dövrünün təməli qoyuldu. Tezliklə ölkə başçısının 21 fevral 1996-cı il tarixli sərəncamı ilə Hüquq islahatları Komissiyası yaradıldı. Komissiyada qısa müddətdə ölkə həyatının müxtəlif sahələri üzrə yeni qanun layihələri işlənib hazırlandı. Ümummilli lider Heydər Əliyev o məsuliyyətli, mürəkkəb günlərdə Ali Sovetin sədri olaraq, məhz parlamentarizm ənənələrinə sadiq qaldı, aşkarlıq prinsipinə üstünlük verdi.

ÜMUMMİLLİ LİDERİMİZİN SİYASİ XƏTTİNƏ SADİQ QALAN AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV MÜSTƏQİL ÖLKƏMİZİ GƏLƏCƏYƏ DOĞRU İNAMLA APARIR

Bəli, bu gün Ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan etibarlı əllərdədir. Ümummilli Liderimizin siyasi xəttinə sadiq qalan Azərbaycan Prezidenti cənab İlham Əliyev müstəqil ölkəmizi gələcəyə doğru inamla aparır. Sürətlə inkişaf edən və müasirləşən respublikamız qısa müddətdə regionun lider dövlətinə, xüsusilə dünyanın enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi özünün iqtisadi, siyasi və hərbi qüdrəti ilə qarşıya çıxan istənilən problemi həll etməyə qadir olan bir dövlətə çevrilib. Milli maraqlara əsaslanan siyasət, iqtisadi inkişaf və demokratikləşdirmə, hüquqi dövlət quruculuğu, uğurlu diplomatiya istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyəti nəticəsində respublikamız dünya dövlətləri arasında söz sahibi olub. Möhtərəm Prezidentimiz İlham Əliyevin sadiq və nümunəvi silahdaşı kimi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyatımızın bütün sahələrini əhatə edən, ən ali prinsipləri və normaları özündə əks etirən əməli fəaliyyəti ölkəmizin dünya birliyində öz layiqli yerini tutmasında mühüm rol oynayır. Ən mühüm məqam isə Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır. Bir sözlə, 24 iyun 1993-cü ildən başlanan müasir dövlətçilik yolumuz bu gün də Ulu öndər ideyaları ilə davam etdirilir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz qələbə məhz Ulu öndər tərəfindən əsası qoyulan zəfər yolunun uğurla davam etdirilməsi nəticəsində reallaşdı. Möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi, yaşadığımız indiki dövr Azərbaycan üçün uğurludur və bunun da tək səbəbi var. Çünki bu gün Heydər Əliyev siyasəti yaşayır, onun ideyaları yaşayır, onun qurduğu müstəqil dövlət yaşayır və güclənir.

04 İyul 2024 "Allah insana bacarmadığı işi qanun kimi göndərmir" - MÜNASİBƏT BİLDİRİLDİ
04 İyul 2024 Leyla Əliyeva təbriklərə görə təşəkkür etdi
03 İyul 2024 Hansı nəqliyyat vasitələri taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək? - AYDINLIQ GƏTİRİLDİ
03 İyul 2024 Dondurma alarkən diqqət edilməli məqamlar BƏLLİ OLDU - MÜNASİBƏT BİLDİRİLDİ
03 İyul 2024 Elektrik mühərrikli maşınlara tələb artacaq VİDEO
02 İyul 2024 “Planetə düşən yağıntı ilə buxarlanma balansı pozulmayıb” - EKOLOQ DANIŞDI
02 İyul 2024 “Azərbaycan polisi qonşu ölkələrlə müqayisədə yüksək peşəkarlığı ilə fərqlənir” - EKSPERT BİLDİRDİ
02 İyul 2024 “Qadağan olunmuş ərazilərdə tikilən evlərə amnistiya tətbiq olunmayacaq” - EKSPERT DANIŞDI
02 İyul 2024 “Azərbaycan polisi ən böyük hörmətə, etimada layiqdir” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
01 İyul 2024 “Dizelin qiymətinin benzinə yaxınlaşması fəlsəfi məna daşıyır” - AYDINLIQ GƏTİRİLDİ
30 İyun 2024 İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür
30 İyun 2024 Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
29 İyun 2024 “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”
28 İyun 2024 Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL
28 İyun 2024 Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 Dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ən aktual məsələdir - TƏHLİL
28 İyun 2024 “İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 “Cəmiyyət dövlətin və polisin yanındadır” - ŞƏRH OLUNDU
28 İyun 2024 İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi
28 İyun 2024 Sayı 7000- qədər azalan taksilərdə qiymətlər artacaq - Ekspert AÇIQLADI VİDEO
28 İyun 2024 Azərbaycanda kərə yağının qiyməti BAHALAŞDI VİDEO
27 İyun 2024 Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir
27 İyun 2024 MEK-də “Açıq qapı” keçiriləcək
26 İyun 2024 Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”
26 İyun 2024 Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
25 İyun 2024 Medvedyev Qərbi hədələdi: Cavabsız qoymayacağıq
24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO