Azərbaycan xalqının qədim dövlətçilik tarixinə malik olması tarixi qaynaqlarda öz əksini tapır. Qədim tarixi köklərə, zəngin irsə, özünəməxsus adət-ənənələrə, dərin elm və mədəniyyətə sahib olan xalqımızın dövlətçilik tarixinin də qədim dövrdən başladığını təsdiq edən salnamələr dövrümüzə qədər gəlib çıxıb. Həmin salnamələrə əsaslanaraq deyə bilərik ki, Azərbaycan xalqının düz beş min illik dövlətçilik tarixi var. Belə bir qədim dövlətçilik tarixinin, eləcə də adət-ənənələrimizin qorunması, zəngin irsimizin, dərin elm və mədəniyyətimizin təbliğ edilməsi günümüzün ən aktual məsələsi hesab olunur.

Dövrümüzə qədər gəlib çıxan kitabələr Azərbaycan xalqının dövlətçilik tarixinin qədimliyini sübut edir. Bəzi sübut və dəlillər vardır ki, onların sayəsində haqlı olaraq, xalqımızın qədim dövlətçilik tarixinin olması barədə belə bir qənaətə gələ bilirik. Müxtəlif mənbələr belə xalqımızın dövlətçilik tarixinin qədimliyindən xəbər verir. Deməli, bununla bağlı zərrə qədər şəkk, şübhə yeri qalmır və ölkəmizin ərazisində mövcud olmuş bir sıra dövlətçilik ənənələri barədə geniş məlumatlarımız heç də uydurma deyil. Əksinə, bu ənənələr barədə, dövlətçilik ənənələrimi barədə bizə gəlib çatan məlumatlar həqiqəti əks etdirirlər. Biz indi belə bir qədim tarixə malik olan ənənələri nəinki qorumağa, hətta onu təbliğ belə etməyə borcluyuq. Bu vaxta qədər həmin dövlətçilik ənənələrinə, adət-ənənələrə, zəngin mədəni irsimizə sahib çıxmağımız sevindirici haldır, lakin bundan sonra da həmin ənənələrin qorunması, eyni zamanda da təbliğ edilməsi öz aktuallığını qorumaqdadır.

Azərbaycan xalqının hələ eramızdan əvvəlki minilliklərdə belə dövlətçilik ənənələrinə sahib olduğunu sübut edən dəlillər heç də uzaqda deyil. Böyük Qafqaz və Kiçik Qafqaz dağlarının ətəklərində, yəni ölkəmizin ərazilərində çoxlu sayda mağaraların aşkar edildiyini təkcə biz yox, dünya ictimaiyyəti də yaxşı bilir. Yaxşı bilir və buna görə də bizim qədim dövlətçilik tarixinə malik olmağımıza əmindir. Hər bir kəs əmindir ki, mağaraların sayının olduqca çox olması daha qədim zamanlara aid yaşayış məskənlərinin mövcudluğu deməkdir. Talış dağlarında, Naxçıvanda, Zəngilanda, Kəlbəcərdə, Gədəbəydə, Göygöldə, Şamaxıda və digər rayonlarda rast gəlinən mağaralar həmin ərazilərdə yaşayış məskənlərinin olması anlamına gəlir. Yəqin ki, Füzuli rayonu ərazisindı aşkar edilən Azıx mağarası barədə uzun-uzadı qeyd etməyə ehtiyac qalmır, çünki bu barədə bilməyən yoxdur və bu mağara artıq dünyaca məşhurdur. Bu özü də onu deməyə əsas verir ki, ərazilərimizdə qədim yaşayış məskənlərinin olduğunu, eləcə də dövlətçilik ənənələrimizin qədim dövrə təsadüf etdiyi bütün dünyada qəbul edilir.

Hələ 5 min il əvvəl, yəni, eramızdan əvvəl üçüncü minillikdə Azərbaycanın cənubunda ilk tayfa birlikləri və erkən dövlət qurumlarının meydana gəldiyinə dair tarixi faktlar, dəlillər, sübutlar var. Urmiya gölünün qərbində və cənub-qərbində kuti, cənubunda lullubi, turukki tayfaları eramızdan əvvəl üçüncü və ikinci minilliklərdə məskunlaşdığını təsdiq edən faktlara və qədim Azərbaycan tayfaları haqqında ilk yazılı məlumatlara şumer dastanlarında və mixi yazılarında rast gəlinir. Bəlli olur ki, eramızdan əvvəl üçüncü minilliyin ikinci yarısında Azərbaycanın cənubunda Lullubi tayfa ittifaqı yaranmışdı. Sevindirici haldır ki, belə tarixi faklar və kitabələr dövrümüzə qədər gəlib çıxıb. Onlar kifayət qədər çoxdur və hələ bundan sonra da həmin faktların, kitabələrin daha dərindən araşdırılması, ələlxüsus da təbliğ edilməsi gərəkir. Daha doğrusu, həmin faktların, dəlil və sübutların araşdırılması, təbliğ edilməsi olduqca vacibdir. Ona görə vacibdir ki, bizə məxsus olan maddi, mədəni nə varsa hamısını özününküləşdirmək, oğurlamaq istəyən, bu məqsədlə də xalqımızın tarixi kökləri, dövlətçilik ənənələri barədə yalan məlumatlar yaymağa çalışan ermənilər kimi mənfur qonşularımız var. Bizə məxsus olan hər nə varsa, hamısına sahib çıxmaq niyyətində olan hayların bütün çirkin əməllərə əl atdığı məqamda, saxtakarlıqlarının genişləndiyi bir zamanda sözüs ki, bu məsələ öz aktuallığını qoruyur və daha vacib hesab olunur. Yəni, dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mdəniyyətimizin dərindən araşdırılması, ələlxüsus da təbliğ edilməsi ən aktual məsələ hesab olunmalıdır və olunur da.

Oğuz tayfaları üçün xarakterik olan xanlıq idarə üsulunun olmasını təsdiq edən “Kitabi Dədə-Qorqud” dastanı bu günümüzə qədər gəlib çıxıb və bu, xalqımıza məxsus olan xanlıq idarə üsulunun eramızın birinci minilliyinin əvvəllərində mövcud olduğunu göstərir. Bir çox xalqlar dövlətçiliyin nə demək olduğu haqda təsəvvürə belə malik olmadığı halda, yəni həmin o dövrdə, eramızın birinci minilliyində Oğuzların xan sarayı, məhkəmə divanı, ordusu belə olduğu dastanda öz əksini tapır. Təkcə Oğuz elinin deyil, bir-birinin ardınca yaranan digər dövlətlərin də yadellilərin hücumundan qorunmaq üçün istehkam qalalarının olmasını təsdiq edən dəlillər indiyə qədər qalır. Diqqətə çatdıraq ki, Girdman dövlətinin hökmdarı olan Cavanşirin tikdirdiyi istehkam qalasının qalıqları hələ də İsmayıllı rayonunun Talıstan kəndi ərazisində, yüksək dağ yamacında qalmaqdadır. Həmin qalanın məhz eramızın yeddinci əsrində tikildiyi heç də sirr deyil. Çünki Varaz Qriqorun oğlu Cavanşirin Girdman dövlətinin hökmdarı olduğu dövr məhz eramızın yeddinci əsrinə təsadüf edir. Qala divarlarında olan bürclər, müşahidə məntəqələri, izləmə yerləri, oxçulara aid olan xüsusi yerlərin olması və qalanın əlçatmaz yüksəklikdə, hər tərəfdən qayalarla əhatə olunan bir zirvədə inşa edilməsi təsdiq edir ki, həmin qala Girdman hökmdarı tərəfindən məhz müdafiə istehkamı olaraq tikdirilmişdir. Deməli, hələ eramızın yeddinci əsrində Azərbaycan ərazisində formalaşan və xalqımıza məxsus olan dövlətlər özlərinin müdafiəsini də mühafizəsini də təşkil edə bilirdilər və öz dövlətçiliklərini qorumaq iqtidarında idilər. Yəni, elə o zamanda da dövlətçilik ənənələrimiz olub və günümüzə qədər bu ənənələri sübut edən dəlillər qalmaqdadır. Bu kimi faktları, dəlilləri saymaqla qurtaran deyil və ölkəmizin ərazisində xalqımıza məxsus dövlətçilik ənənələrini, şəxsən bizə məxsus olan adət-ənənələrin varlığını sübut edən faktlar yetərincədir. Vahid, birləşmiş Azərbaycan dövlətini yaratmaq üçün mücadilə edən Şah İsmayıl Xətai, öz hökmdarlığı ilə yadda qalan Nadir Şah, islahatları ilə tarixə yazılan Şah Abbas və digərləri təkcə tarixi kitabələrdə, tarixi yazılarda deyil, eyni zamanda, xalqımızın yaddaşında da yaşayırlar.

Məsələ burasındadır ki, heç bir dövlətçilik ənənəsi olmayan, heç bir irsə sahib olmayan, buna görə də xüsusi kömpleksə malik olan köçəri hay tayfaları bizim dövlətçilik tariximizin olmasından qısqanclıq hissi keçririblər və yenə də qısqanclıqla yanaşırlar. Bu zamana qədər Azərbaycan xalqına məxsus dövlətçilik tarixini də, adət-ənənələrini də silməyə, ən azından saxtalaşdırmağa çalışan hayların məqsədi bəllidir. Bəlli olan odur ki, Azərbaycan xalqına məxsus mədəniyyət abidələrini, dövlətçilik ənənələrini sübut edən tikililəri dağıdan, yerində də saxtakarcasına özlərinə aid olan tikili quraşdıran haylar bizə məxsus olan hər nəyə desən, sahib olmağa, onları özününküləşdirməyə can atıblar. Xalqımıza məxsus olan Alban Kilsələrini, Müsəlman Məscidlərini sökərək yerlə-yeksan etməklə bizi öz tariximizdən məhrum etməyə fokuslanan haylar ən alçaq, ən çirkin niyyətlərini gerçəkləşdirmək üçün hər vasitəyə əl atıb sonda bütün bu ərazilərə də, dövlətçilik tariximizə də, adət-ənənələrimizə də özləri çahib çıxamağa çalışıblar. Çalışıblar ki, əraziləri öz əraziləri kimi bütün dünyaya tanıtdırsınlar və həmin bu ərazilərdə özlərinin mifləşdirdikləri hansısa qondarma bir dövlətin olduğunu saxtakarcasına göstərə bilsinlər. Məhz hayların bu saxtakarlıqlarının, iyrənc niyyətlərinin qarşısını almaq, buna imka verməmək üçün ilk növbədə biz öz tariximizə, qədim dövlətçilik ənənələrimizə, zəngin irsimizə, bütün milli adət-ənənələrimizə, elm və mədəniyyətimizə sahib çıxmalıyıq. Ona görə sahib çıxmalıyıq ki, bundan sonra da hayların belə çirkin niyyətdə olmayacağı heç də sığortalana bilməz. Mənfur qonşularımızın xisləti məhz bundan sonra bizə məxsus olanı daha ciddi şəkildə qorumağın, bütün adət-ənənələrimizə, ələlxüsus da dövlətçilik ənənələrimizə sahib çıxmağımızın vacibliyini göstərir. Bilmək lazımdır ki, cəbhə xəttində döyüş başa çatsa da informasiya cəbhəsində hələ də müharibə davam edir və haylar hələ də öz niyyətlərini, saxtakarlıqlarını həyata keçirməyə çalışaraq, bizə məxsus olanı mənimsəmək istəyirlər. Ona görə də öz tariximizi, dövlətçilik ənənələrimizin tarixini də, özünü də araşdırmalı, ona sahib çıxmalı və davamlı şəkildə təbliö etməliyik. Çünki hazırki məqamda bu daha vacib, daha aktual hesab olunur.

30 İyun 2024 İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür
30 İyun 2024 Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
29 İyun 2024 “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”
28 İyun 2024 Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL
28 İyun 2024 Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 “İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 “Cəmiyyət dövlətin və polisin yanındadır” - ŞƏRH OLUNDU
28 İyun 2024 İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi
28 İyun 2024 Sayı 7000- qədər azalan taksilərdə qiymətlər artacaq - Ekspert AÇIQLADI VİDEO
28 İyun 2024 Azərbaycanda kərə yağının qiyməti BAHALAŞDI VİDEO
27 İyun 2024 Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir
27 İyun 2024 MEK-də “Açıq qapı” keçiriləcək
26 İyun 2024 Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”
26 İyun 2024 Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
25 İyun 2024 Medvedyev Qərbi hədələdi: Cavabsız qoymayacağıq
24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi