“Polislərlə bağlı sonuncu baş verən hadisə keçən il baş verən hadisələrin təxminən ildönümündə baş verir. Keçən ilin də bu zamanları polislərlə bağlı diskusiyalar gedirdi. Bəzi qruplar var ki, polis üzərindən bütövlükdə Azərbaycan dövlətinə qarşı “qara piar” kampaniyası qururlar. Bu qruplar sosial şəbəkələrdə də ciddi şəkildə təşkilatlanırlar”. Bu sözləri SİA-ya açıqlamasında “Qlobal Media və Siyasət Araşdırmaları” ictimai birliyinin sədri Azər Ayxan deyib.

O bildirib ki, sözügedən qrupların sosial şəbəkələrdə özlərinə “barikada” qurduqları məlumdur: “Onlar müxtəlif vasitələrlə ümumi rəyi polisin, bütövlükdə dövlətin əleyhinə çevirməyə çalışırlar. Təbii ki, Azərbaycan xalqı polisin üzərinə edilən bu hücumun arxasında nələrin dayandığını yaxşı bilir. Bu cür təxribatlara aldanaraq Azərbaycan xalqı dövlətə qarşı çıxmır. İllərdir ki, buna cəhd olunur. Amma müəyyən mərhələdə cəmiyyət emosional reaksiya versə belə, doğru və yanlış anlaşılır. Bu da Azərbaycan cəmiyyətinin ən böyük özünü qoruma mexanizmidir. Cəmiyyətimiz özünü dost kimi göstərən qrupların mahiyyətini tezliklə aşkar edə bilir.

 

Sonuncu baş verən hadisə də olduqca üzücüdür. Polislərimiz cinayətkar tərəfindən qətlə yetirildi. Hər bir vətəndaş üçün bu hadisə çox kədərlidir. Bizim gənclərimizi cəbhədə itirdikdə canımız yanırdı. Amma daxili, cinayətkarlara qarşı olan qarşıdurmalarda şəhid olan polislərimizlə bağlı kimlərinsə mənfi rəyi təcili şəkildə dəyişdirilməlidir.
Ölkəmizdə sabitlik pozularsa bunu yenidən bərpa etmək və əvvəlki vəziyyətinə qaytarmaq çox çətin olacaq. Bunu ən müxtəlif ölkələrdə də gördük. Azərbaycan cəmiyyəti bu travmanı 1990-cı illərin əvvəlində yaşayıb. Bu hadisələri bir daha yaşamamaq üçün cəmiyyət hər zaman dövlətin və polisin yanındadır”.

30 İyun 2024 İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür
30 İyun 2024 Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
29 İyun 2024 “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”
28 İyun 2024 Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL
28 İyun 2024 Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 Dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ən aktual məsələdir - TƏHLİL
28 İyun 2024 “İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi
28 İyun 2024 Sayı 7000- qədər azalan taksilərdə qiymətlər artacaq - Ekspert AÇIQLADI VİDEO
28 İyun 2024 Azərbaycanda kərə yağının qiyməti BAHALAŞDI VİDEO
27 İyun 2024 Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir
27 İyun 2024 MEK-də “Açıq qapı” keçiriləcək
26 İyun 2024 Kamaləddin Qafarov: “Ordumuz çox böyük tarix yazıb”
26 İyun 2024 Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
25 İyun 2024 Medvedyev Qərbi hədələdi: Cavabsız qoymayacağıq
24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi