"1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti ölkədə milli silahlı qüvvələrin formalaşması üçün əhəmiyyətli addımlar atmışdı. Müstəqilliyin bəyan olunmasından bir aydan da az müddət sonra, 1918-ci il iyunun 26-da milli hökumətin qərarı ilə ilk nizami hərbi hissə olan Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Bu, həqiqətən də ölkədə ordu quruculuğu istiqamətində atılmış ən vacib addımlardan biri idi. Təsadüfi deyil ki, Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə həmin tarixi gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və artıq uzun illərdir ki, bu tarix ölkəmizdə hər il rəsmi dövlət bayramı kimi qeyd edilir." Bu sözləri mətbuata    açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Ölkəmizdə müasir ordu quruculuğunun Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan deputat bildirib ki, bu istiqamətdə hələ sovet dönəmində atılan addımlarla bugünkü silahlı qüvvələrimizin əsası qoyulub: "Azərbaycanın 70 il ərzində tərkibində olduğu keçmiş SSRİ-nin siyasi rəhbərliyi respublikamızda milli hərbi kadrların yetişməsində maraqlı deyildilər. Buna görə də 1920-1970-ci illəri əhatə edən dövrdə hərbi sahədə Azərbaycanın demək olar ki, heç bir nailiyyəti yox idi. Yalnız 1969-cu ildə, Ulu Öndər Heydər Əliyevin respublikada hakimiyyətə gəlişindən sonra Azərbaycanda hərbi kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməyə başlandı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə öz xalqına misilsiz xidmətlər göstərmiş Ümummilli Liderimiz qarşıya çıxan bütün çətinlik və maneələrə rəğmən 1971-ci ildə Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olmaqla, bugünkü qüdrətli ordumuzun formalaşmasına əvəzsiz töhfə vermiş oldu. Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Məhz Ulu Öndərin səyləri nəticəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə qəbulu, eləcə də keçmiş SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu. Təəssüflər olsun ki, 1991-ci ildən sonra, müstəqilliyimizin ilk illərində o dövrdə ölkəyə rəhbərlik edən şəxslərin yol verdikləri ciddi nöqsanlar Azərbaycanda ordu quruculuğu işini də dərin böhrana saldı.  1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması ilə bu sahədə də mühüm irəliləyişlər əldə olundu.  1994-cü ilin may ayının 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs əldə olunduqdan dərhal sonra Azərbaycanda Milli Ordusunun formalaşdırılmasına start verildi."

K.Qafarov  Azərbaycan Silahlı Qüvvələrinin öz missiyasının ən vacib və ən şərəfli vəzifəsini 2020-ci ildə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ savaşında tarixi Qələbə əldə etməklə həyata keçirdiyini diqqət mərkəzinə çəkib: "Bu gün Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi və mənzil təminatlarının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsi kimi məsələlər xüsusi diqqət mərkəzində saxlanılan prioritet istiqamətlərdir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 27 sentyabrda əks-hücum əməliyyatlarına başlayan Azərbaycan Ordusu tarixi Zəfər əldə etdi. Düşmən qısa müddət ərzində və ən əsası bizim tərəfimizdən minimal itki verməklə tamamilə darmadağın edildi və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Keçən ilin sentyabr ayında isə cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi".

30 İyun 2024 İyunun 30-u akademik Cəlal Əliyevin doğum günüdür
30 İyun 2024 Ərdoğan Azərbaycanla bağlı sənədə düzəliş etdi
29 İyun 2024 “Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur”
28 İyun 2024 Dağıstan hadisələri - “Maskirovka doktrinası” - TƏHLİL
28 İyun 2024 Sosial şəbəkələrin yaranma məqsədi nə idi? - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 Dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği ən aktual məsələdir - TƏHLİL
28 İyun 2024 “İctimai işlərdə iştirakdan özünü təcrid etmək dinə uyğun deyil“ - MÜNASİBƏT BİLDİRİLDİ
28 İyun 2024 “Cəmiyyət dövlətin və polisin yanındadır” - ŞƏRH OLUNDU
28 İyun 2024 İranla 7 cəbhədə savaşırıq - Netanyahu
28 İyun 2024 Britaniya Netanyahunu həbsdən müvəqqəti xilas etdi
28 İyun 2024 Sayı 7000- qədər azalan taksilərdə qiymətlər artacaq - Ekspert AÇIQLADI VİDEO
28 İyun 2024 Azərbaycanda kərə yağının qiyməti BAHALAŞDI VİDEO
27 İyun 2024 Mərkəzi Elmi Kitabxana könüllü qəbulunu elan edir
27 İyun 2024 MEK-də “Açıq qapı” keçiriləcək
26 İyun 2024 Azərbaycan Ordusunun yaradılmasından 106 il ötür
25 İyun 2024 Medvedyev Qərbi hədələdi: Cavabsız qoymayacağıq
24 İyun 2024 Ermənistan üçün siçan tələsi - RAKURS
24 İyun 2024 Yeni pulsuz çimərliklər istifadəyə verildi VİDEO
24 İyun 2024 Əfsanəvi "Serafino" ləqəbli həmyerlimizin ev-muzeyi qəzalı vəziyyətdədir VİDEO
24 İyun 2024 Özbəkistanda keçirilən Azərbaycan mədəniyyət günlərində yerli mətbəx ARAŞDIRILIB VİDEO
23 İyun 2024 Bəhanə müxalifəti...
23 İyun 2024 Qamışgöldə tibb zəliləri kütləvi ovlanır – Aidiyyatı qurum HƏRƏKƏTƏ KEÇDİ VİDEO
23 İyun 2024 Tramp 500 dollar bəxşiş qoydu, qəbzə isə yazdı ki…
23 İyun 2024 "Haqqımızı onlardan almayana qədər iki əlimiz yaxalarında olacaq" - Sumqayıtın İcra Başçısından Prezidentə şikayət edən İŞ ADAMLARI
23 İyun 2024 Azərbaycanda toyda kütləvi ZƏHƏRLƏNMƏ - 40 nəfəri ötdü...
20 İyun 2024 Yaxın Şərq yenə qaynayır - MÜHARİBƏ
20 İyun 2024 İsrail hakimiyyətindən sağa doğru daha bir addım - TƏHLİL
20 İyun 2024 Fransa üçün ənənəvi olan SİYASİ ƏXLAQSIZLIQ - TƏHLİL
20 İyun 2024 Tükənmiş və çirkin “qoca qitə” - ANALİTİK
20 İyun 2024 Gecikmə oldu, sərnişinlərə əlavə ödənişsiz avtobuslar və qatarlar təyin edildi