Son xəbərlər

 
“Azərbaycan elə bir coğrafiyada yerləşir ki, burada abidələr həddindən artıq çoxdur. Qədim türk dövrünün abidələri, xristianlıq abidələri, din təyinatı üzrə müsəlman və başqa dinlərə, xalqlara məxsus abidələr mövcuddur. Yəni ölkəmizdə həm etnik, həm də dini mənsubiyyət etibarilə fərqlənən abidələrlə zəngindir. Bu məsələdə etnosla, xalqla yanaşı dini də xüsusi vurğulamaq lazımdır. Çünki din mədəniyyət yaratmaqda, torpağın köksünə öz nişanəsini qoymaqda maraqlıdır. Bu abidələrin qorunması, qeydiyyata alınması sahəsində Azərbaycanda təcrübə o qədər də zəngin deyil. Bu proses tədricən Sovet dövründə başlamış və intensiv şəkildə irəliləmişdi. Azərbaycanda mövcud olan Qobustan kimi nəhəng mədəniyyət abidəsinin mövcudluğu barədə təsəvvür Sovet dövründə yaranıb. Ona görə də daha çox iş görməyə ehtiyac var”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Nizami Cəfərov deyib.


Deputat vurğulayıb ki, xüsusilə müstəqillik dövründə bu sahədə Heydər Əliyev Fondunun xidmətləri müstəsna əhəmiyyətə malikdir: “Bu dövrdə bir sıra tarixi mədəniyyət abidələrimiz UNESCO-nun siyahısına daxil edilib, bəzi elmi-tədqiqat işləri aparılıb.

Bu gün də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrin aşkarlanması, qorunması, bu sahədə tədqiqatların aparılması istiqamətində xeyli işlər görülür, ciddi forumlar, konfranslar keçirilir, abidələrimiz beynəlxalq miqyasda tanıdılır. Amma yenə də yerli əhəmiyyətli abidələrimizin aşkar edilməsi və qorunmasında müəyyən problemlər var. Lakin bu problemlər ardıcıl olaraq həll olunur. Doğrudur, bəzən hansısa abidənin dağıdılması xəbərləri ortaya çıxır. Amma bunlar təsadüfi faktlardır. Əminəm ki, getdikcə bu istiqamətdə görülən işlər daha da intensivləşəcək”.

N.Cəfərov bildirib ki, bizim əsas problemlərimizdən biri isə bu abidələrdən yararlanma sahəsindədir: “Bu istiqamətdə təcrübəmiz azdır. Dünyada da bu baxımdan ciddi problemlər olsa da, yaxşı təcrübələr də var. Məsələn, abidələr elə bir vəziyyətə gətirilməlidir ki, cəmiyyət onlarla daim kontaktda olsun. Bunun üçün həmin abidələr həm xalqın tarixini nümayiş etdirən bir hadisə kimi qorunur, həm də mədəni baxımdan istehlak olunur. Eyni zamanda, bu abidələr gəlir gətirir. Əldə olunan gəlir bu abidələrin yaşaması üçün bir təminatdır”.

29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı