Sosioloq bildirib ki, bir şəxs hələ özü öz dilini sevmirsə, bu adam bu dili necə digərlərinə sevdirə bilər: "Bəzi millət vəkillərimiz öz dillimizdə düzgün danışa bilmirlər, təəssüf.
İnsanlar öz vətənini, millətini sevməlidir, belə olanda dilini başqalarına da sevdirə bilər. Bir şəxs hələ özü öz dilini sevmirsə, bu adam bu dili digər insanlara sevdirə bilməz. Bəzi millət vəkillərimiz, təəssüf ki, dilimizdə danışa bilmirlər. Niyə? Çünki öz dilini sevmir. Sevsəydi öyrənərdi.
Dünyaya yayılan dillər inkişaf etmiş xalqlara məxsusdur. Belə dillər beynəlxalq dillər sırasına daxildir. Biz də dilimizi sevdirmək istəyiriksə, inkişaf etməyimiz şərtdir. İnkişaf etsək, dilimizi də daha çox sevəcəyik və sevdirə biləcəyik. Elmi, iqtisadi inkişaf hər bir dövlətə və xalqa yüksək özgüvən verir. Bu özgüvənlə insan öz mədəniyyətini, dilini sevməyə başlayır".