Elşad Məmmədli sözlərinə belə davam edib: “Lideri dediyi mərhum Elçibəyin səhhətinin ən ağır vaxtlarında onun haqqında ən iyrənc yazıları yazdıran, yaxın dostlarının, silahdaşlarının, hətta yaxın qohumlarının həbsi, faciəsi üzərindən özünə gün ağlayan, qrantlar alıb kef edən adamda hansısa dövlətçi, milli şüur, təfəkkür olması mümkün deyil. İnsanın şəxsi keyfiyyətləri nədirsə, siyasi mahiyyəti də məhz o olur.
Hazırda Azərbaycan COP29 kimi mötəbər tədbirə hazırlaşır. Belə bir ərəfədə Qərbin anti-Azərbaycan qüvvələr dövlətimizə qarşı hərəkətləniblər. Eyni zamanda Aİ-ABŞ-İrəvan müttəfiqliyinin məqsədi məhz Azərbaycana təzyiqlər göstərməyə hesablanıb. Digər tərəfdən isə İranın hər an müharibəyə cəlb olunması gözlənilir ki, bunun da bütün regiona təsirləri olacaq, kimlərsə Bakıya qarşı təxribatlar da törətməyə çalışacaq. Belə bir dönəmdə Əli Kərimli mahiyyəti üzrə dövlətimizə qarşı kəmfürsət davranışlara başlamağa çalışır, bununla Qərbin əsas əlaltısı funksiyasını üzərinə götürməyə, bu məkrli planlar üçün ayrılacaq pullara sahiblənməyə çalışır. Yəni radikallar arasında bu qrantlara əl atanlar çoxdur, Əli Kərimli qabağa düşmək istəyir. Ancaq heç bir halda vətəndaşları bu eybəcər plana alət edə bilməyəcəklər. Cəmiyyətimiz kifayət qədər praqmatikdir, kimin nə məqsəd güddüyünü dərhal anlayır.
Əgər onlar Bakıda öz 15-20 siyasi qrantyeyən dəstəsi ilə mitinq görüntüsü yaratmağa cəhd edəcəklərsə, rüsvay olacaqlar. Məncə, bu təxribat hərəkətləri zamanı onları asayişi qoruyan hüquq mühafizə orqanlarından əvvəl rahatlıqlarını pozduqları vətəndaşlar özləri cəzalandıracaq”.