Son xəbərlər

 

İran günlərdir anonsunu verdiyi “Qisas” əməliyyatını keçirdi.

Belə ki, Tehran gecə saatlarından etibarən dronlarla İsrail ərazisinə hücum etdi. PUA hücumu üç dalğa halında bir neçə saat davam edib. Paralel olaraq İsrailin hava hücumundan müdafiə sistemlərinə də kiberhücumlar olub.

Bununla belə, Tehranın anonsunu verdiyi “Qisas” qısa çəkdi. İranın BMT-dəki nümayəndəliyi məsələnin yekunlaşdığını açıqlayıb.

Əslində, İranın İsrailə müharibə elan etməsi, total savaşa girməsi gözlənilmirdi:

Birincisi, İran ordusu İraqla müharibədən bəri total müharibə görməyib. Ordu istər təcrübə, istər iaşə, istərsə də strateji olaraq buna hazır deyil. İran ordusu müdafiə müharibəsində şərtsiz üstün ola bilər, lakin hücum xarakterli müharibələrdə elə də güclü deyil.

İkincisi, İran iqtisadiyyatı nəinki İsrail, heç bir ölkə ilə uzun müddət müharibə aparmağa yetərli deyil. Uzunmüddətli müharibə İran iqtisadiyyatını çökdürə bilər.

Üçüncüsü, İranın İsrailə total müharibə elan etməsi Təl-Əvivin maraqlarına cavab verir. Belə ki, İsrail bundan istifadə edib, İranın nüvə obyektlərinə, habelə neft-qaz rezervlərinə hücumlar həyata keçirə bilər.

Dördüncüsü, belə bir müharibə İsrailin İran əleyhinə arzuladığı beynəlxalq koalisiyanı formalaşdırmasına gətirib çıxaracaq. Bu isə İranın uzun illərdir çəkindiyi ssenaridir.

Beşincisi, İsrail uzun illərdir İrandakı etnik azlıqlarla işləyir. Yəni İranın İsraillə müharibə etməsi halında bəluclar, ərəblər, kürdlər, güneylilər ayağa qalxa bilər.

İran bunları yaxşı bildiyindən İsrail ilə uzunmüddətli müharibəyə girməyi gözə almaz. Bununla belə, rəsmi Tehran İsrailə hücum etməli idi. Belə ki, Tehran Dəməşqdəki insidentdən sonra artan ictimai və beynəlxalq təzyiqi yatırtmaq üçün təqdimatı böyük, icrası risksiz hücum təşkil etdi. Yəni bu, sadəcə, şou idi.

Bunu bir neçə sadə məqamla izah etmək olar:

Birincisi, İranın BMT-dəki nümayəndəliyi bildirib ki, “BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq həyata keçirdiyi hərbi əməliyyat sionist rejimin Dəməşqdəki diplomatik binalarımıza hücumuna cavab idi”. Göründüyü kimi, Tehran hücumun səbəbini izah edir və BMT-nin özünümüdafiə nizamnaməsinin 51-ci maddəsini əsas gətirir. Bu, İranın əslində genişmiqyaslı müharibə etməyəcəyinin sübutudur. Bundan başqa, rejim ehtimal müdaxilə və koalisiya risklərini bu yolla blokladı.

İkincisi, dron hücumları birbaşa İrandan edilsə də, raket hücumları İraq, Suriya və Livandan edildi. Yəni İran özü yenə ciddi nə isə etmədi, əsas işi proksiləri gördü.

Üçüncüsü, Ağ Ev məlum hücumla bağlı yaydığı məlumatda qeyd edib ki, İranın İsrailə hücumu, çox güman, bir neçə saat davam edəcək. Yəni İran hücumdan əvvəl ABŞ-la məsləhətləşib.

Nəticə: İran günlərdir sosial şəbəkələr vasitəsilə anonsunu verdiyi “Qisas”ını tamamladı. Mümkündür ki, qarşıdakı günlərdə bənzər insidentlər yenidən yaşansın, amma bunlar irimiqyaslı müharibəyə gətirib çıxarmayacaq.

29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı