Son xəbərlər

 
"Qərb Ermənistandakı qarabağlı ermənilərə yüz milyonlarla dollar yardım ayırıb. O pulların bir qismi artıq Ermənistana göndərilib. Amma biz o pulları görmədik və düşünürəm ki, görməyəcəyik. Belə getsə, Ermənistanda tək-tük qarabağlı erməni qalacaq".

Xankəndidəki sabiq separatçı rejimin nümayəndələrindən olan Metaksa Hakopyanın dediyinə görə, qarabağlı ermənilərin Ermənistanın hakimiyyət dairələrinə və dövlət qurumlarına inamı qalmayıb.

... Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilər "ana vətən"də yaşamaq istəmirlər. Onların arasında Ermənistandan gedənlərin sayı sürətlə artır.

Ermənistanda keçirilmiş son rəy sorğularının nəticələrinə görə, ölkədə məskunlaşmış qarabağlı ermənilərin təqribən 40 faizi yaxın vaxtlarda mühacirət etmək niyyətindədir. Onlar dövlət qurumlarının təklif etdikləri sosial yardımlardan, ödəniş və müavinətlərdən imtina edirlər.

Rəsmi statististikaya görə, artıq 34 min qarabağlı erməni Ermənistanı tərk ediblər. Onların üz tutduqları ölkələr arasında Rusiya ilk yerdədir.

Maddi imkanları digər soydaşları ilə müqayisədə üstün olanlar isə Fransa, Kanada, ABŞ, Yunanıstan və Şərqi Avropa ölkələrinə üz tuturlar.

Ermənistandakı qarabağlı ermənilərin yaşamı gerçəkdən də, çətindir. Belə ki, indiyədək yalnız 10802 qarabağlı erməni özünə iş tapa bilib.

Azərbaycanı tərk edərək Ermənistana üz tutmuş qarabağlı ermənilər arasındakı həkimlərin 12 faizi, müəllimlərin - 8 faizi, məmurların isə 2 faizi özlərini iş yerləri ilə təmin edə biliblər.

Ermənistandakı qarabağlı ermənilərin sayına gəldikdə isə, bu rəqəm fasiləsiz artır.

2023-cü ilin noyabrın sonlarında rəsmi İrəvan onların sayını "100 min nəfər" kimi göstərirdisə, indi həmin rəqəm "150 min nəfər"ə çatıb. Ermənistanın dövlət qurumlarının statistikasına inansaq, qarabağlı ermənilərin sayı dayanmadan artır və belə getsə, 2024-cü ilin sonunadək onların ümumi sayı 200 min nəfər təşkil edəcək.

Halbuki, ötən ilin sentyabrın sonlarında Azərbaycandan Ermənistana yollanmış qarabağlı ermənilərin toplam sayı təqribən 42 min nəfərdir.

Bu, maksimal ehtimaldır: reallıqda dəqiq hesablama aparılarsa, həmin rəqəmin 35-37 min təşkil edə biləcəyi də istisna edilmir.

Sadalanan amillərlə yanaşı, Ermənistan iqtisadiyyatının rəsmi statistika və bravur bəyanatlardan fərqli olaraq, ağır vəziyyətdə olması, işsizlik, ümidsizlik və total korrupsiya ölkəni tərk edən qarabağlı ermənilərin sayındakı dinamikanı fasiləsiz intensivləşdirir.

Təbii ki, proseslər ermənilərdə narazılığ artırır. Məsələn, onlar qonşu Gürcüstandakı situasiyanı Ermənistandakı vəziyyətlə müqayisə edirlər. 2008-ci ilin avqust hadisələrindən sonra yalnız ABŞ-ın Tbilisiyə yardımları 1 milyard dollara çatdı. Avropa İttifaqı isə Gürcüstana 120 milyon yolladı.

Fransa və Avropa İttifaqının çoxsaylı "dəstək" bəyanatlarına rəğmən, qarabağlı ermənilərə yardım məqsədilə Qərbdən Ermənistana ünvanlanmış maliyyə vəsaitinin həcmi 72 milyon dolları keçməyib.

Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bütün ittihamları rədd edirlər. Rəsmi İrəvan bəyan edir ki, qarabağlı ermənilərin sosial-məişət problemlərinin həlli üçün "gərəkli bütün işlər görülür".

Üstəlik, İrəvandakı hakimiyyət Ermənistana daha çox yardım cəlb etmək üçün beynəlxalq donor konfransı təşkil etməyi planlaşdırır.

Fəqət, bütün bunlar qarabağlı ermənilərlə bağlı sosial problemləri qismən də olsa, həll etmək imkanı yaradırsa, onların siyasi iddialarının yarada biləcəyi çətinlikləri İrəvanın hakimiyyət elitaları təxminləyirlər.

Qarabağlı ermənilərin sabiq separatçı xuntasının keçmiş rəhbəri Samvel Şahramanyanın siyasi iddiaları bitməyib. O, hələ də özünü mifik "Dağlıq Qarabağ"ın illüzor "rəhbəri" sayır və İrəvandakı ofisində mətbuat konfransları keçirir, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır və s.

N.Paşinyanın özü "Ermənistanın bir hökuməti var, burada "sürgündə olan hökumət" fəaliyyət göstərə bilməz" desə də, "qarabağlı ermənilərin Ermənistanda təmərküzləşmiş halda siyasi fəaliyyəti ölkənin təhlükəsizliyinə problemlər və təhdidlər yarada bilər" söyləsə də, rəsmi İrəvan guya "hədəfə aldığı" şəxslərdən öz maraqları üçün istifadə etməkdədir.

S.Şahramanyana və onun dəstəsinə Ermənistanın paytaxtında xüsusi bina ayrılıb və bu binanın bütün xərcləri dövləğ büdcəsindən ödənilir.

N.Paşinyan qarabağlı ermənilərin "sürgündəki hökumət"ini qeyri-legitim, fəaliyyəti yolverilməz hesab edirsə, məntiqlə, S.Şahramanyanla bandasını binadan çıxarmalı, onlara qarşı Ermənistanın mövcud qanunvericiliyi çərçivəsində müvafiq tədbirlər görülməsi ilə bağlı göstəriş verməliydi.

Amma N.Paşinyanın sözləri ilə əməlləri arasında daimi fərq bu dəfə də özünü ən bariz şəkildə nümayiş etdirir.

Ermənistandakı qarabağlı ermənilər İrəvan hakimiyyətinə Qərbdən, xüsusilə də ABŞ-Fransa-Avropa İttifaqı triosundan daha çox maliyyə almaq, "yardımlar" adı ilə mümkün qədər çox vəsait əldə etmək və sonra da həmin pulları sürətlə silahlanmaya yönəltmək üçün gərəkdir.

Vaşinqton bunu bilir, Paris həvəslə razılaşır, Brüssel heç nə olmamış təki davranır.

Qarabağlı erməniləri vasitəyə çevirən Paşinyan administrasiyasını hansısa orta statistik Mkrıtıçın və ya Haykanuşun problemləri maraqlandırmır.

İrəvan yaxşı bilir ki, indi səsləndirdiyi və dəyişmək niyyətində olmadığı şərtlər çərçivəsində qarabağlı ermənilərin Azərbaycana qayıdışı mümkün deyil.

Şərtlər məlumdur: Ermənistandakı qarabağlı ermənilərin total əksəriyyəti Azərbaycan vətəndaşlığı qəbul etmək, Azərbaycanun qanunvericiliyinə riayət edərək yaşamaqla razılaşaraq dönmək istəmirlər.

Onlar yenə də efemer "millətin öz müqəddəratanı təyin etmək hüququ"ndan bəhs edir, "müstəqil və suveren Dağlıq Qarabağ"dan bəhs edir, hətta silahlı dəstələr yaratmaq "azadlığı"nın olduğunu deyirlər.

Təbii ki, belə absurd şərtlərlə qayıdış mümkün deyil.

Azərbaycan qarabağlı ermənilərin geri dönüşünü, onların təhlükəsiz və normal yaşamlarını təmin etməyə hazırdır.

Sadəcə, bir şərtlə: geri dönəcək hər (!) qarabağlı erməni Azərbaycan vətəndaşlığını qəbul etməlidir.

Bu qədər sadə...

29 Aprel 2024 "Başkəndin strateji əhəmiyyəti var, sizin YOXDUR!" - Tural Abbaslıdan Musabəyova SƏRT CAVAB! - VİDEO
29 Aprel 2024 Toyuq ətinə tələbat kəskin artdı: bahalaşma olacaq?
29 Aprel 2024 "Azərbaycan-Qırğızıstan əlaqələri güclənməkdə davam edir" - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 "Yaşlı insan gəncə nümunə olmalıdır ki, gənc də ona hörmət etsin" - EKSPERT TƏNQİD ETDİ
29 Aprel 2024 Taksi ödənişini kartla, yoxsa nağd ödəməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ
29 Aprel 2024 Rasim Musabəyovun açıqlaması müzakirə yaratdı - Video
28 Aprel 2024 Vet.Dr.Təbriz Abdullazadə: "Bu baxımdan baytarlıq təkcə heyvanlar üçün deyil, insan, ətraf mühit və qida sağlamlığının qorunmasında həyati əhəmiyyət kəsb edən bir peşədir."
26 Aprel 2024 Cəsarət Əhmədov: “İnsan var ki, cəmiyyətin adamı olur, insan var ki, dövlətin adamı olur, insan var ki, Allahın adamı olur” - VİDEO
25 Aprel 2024 Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
25 Aprel 2024 Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25 Aprel 2024 Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
24 Aprel 2024 HEYDƏR ƏLİYEV - Əbədi müstəqilliyə imza atan Dahi Şəxsiyyət TƏHLİL
24 Aprel 2024 “Təbiət bütün dünyada eyni qanunlara tabedir və heç bir dövlət sərhədi tanımır” - ŞƏRH EDİLDİ
24 Aprel 2024 Bölgələrdə 70 qəpikdən satılan xiyar paytaxt bazarlarında nə vaxt ucuzlaşacaq? VİDEO
24 Aprel 2024 "Xarici dil məcburiyyət halı alıb, bu yaxşı deyil" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
24 Aprel 2024 Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti
24 Aprel 2024 Ləqəblərin mənası, əhəmiyyəti, mahiyyəti və yaranma ehtiyacı nədən ibarətdir? - MÜNASİBƏT BİLDİRİLDİ
24 Aprel 2024 Zelenski ABŞ ssenarisi üzrə oynayan artistdir! - Pxenyan
23 Aprel 2024 Onlara bu şansı verməyəcəyik! - Prezident
23 Aprel 2024 “Ermənistanın sülh məsələsində dedikləri ilə etdikləri üst-üstə düşmür“ - ŞƏRH EDİLDİ
21 Aprel 2024 ABŞ Ukraynaya 61 milyardlıq yardım ayırsa da...
19 Aprel 2024 "Qanunvericiliyin tələblərinə əməl etməyən sahibkar cərimələnə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ
19 Aprel 2024 “Üçüncü dünya müharibəsinin real təhdid kimi qalmaq imkanları kifayət qədər genişdir“ - RƏYLƏR
19 Aprel 2024 “Qorxu erməni cəmiyyətində mental bir hisdir” - POLİTOLOQ ŞƏRH ETDİ
19 Aprel 2024 “Dinin dedikləri qətiyyən qəliz, sərt, radikal deyil” - DİN XADİMİ DANIŞDI
18 Aprel 2024 “Xalqımız dərin strateji dividentlər qazandı” - DEPUTAT FİKİR BİLDİRDİ
18 Aprel 2024 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
18 Aprel 2024 Dəmirlə zənginləşdirilmiş un satılacaq
17 Aprel 2024 Qlobal gərginliyə və müharibələrə görə ERMƏNİSTANIN QORXUSU - TƏHLİL
17 Aprel 2024 Azərbaycana gətirilən dondurulmuş toyuqda bakteriya aşkarlandı