“Hazırda ölkənin 4432 orta ümum təhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Təəssüf ki, biz şagirdlərə yalnız təsdiqlənmiş kurikulum və onun alt standartlarına uyğun informasiyalar verən dərsliklərlə təhsil veririk. Yəni, bu gün dərsliklərlə yalnız informasiya xarakterli məlumatlar ötürə bilirik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, şagirdlərin şəxsiyyət kimi yetişməsində dərsliklərin rolu kifayət deyil: “Bu gün Azərbaycanın tarixi günləri, həmin hadisələrlə bağlı məlumatlar, tarixi şəxsiyyətlərlə bağlı informasiyalar yetərli qədər deyil. Yəni, bu təkcə tarix fənninin üzərinə düşən məsələ də deyil. Biz Azərbaycan dili fənni dərsliyində müxtəlif mətnlər daxilində tarixi günlərlə bağlı məlumatlar verə bilərik. Həmçinin xüsusi günlərlə əlaqədar olaraq riyaziyyat fənnindən tapşırıqlar olmalıdır.

Bizim ən vacib hədəfimiz orta ümumtəhsil məktəblərində şəxsiyyət yetişdirməkdir. Həmin şəxsiyyət Azərbaycanın tarixi günlərini mütləq şəkildə dərindən bilməli və özünü bu tarixi hadisələrin tərkib hissəsi kimi görməlidir. Amma etiraf edək ki, bu istiqamətdə müəyyən qədər çatışmazlıqlar var. Dərsliklərin formatını dəyişməliyik, lakin dərslik də yeganə çıxış yolu deyil. Bununla bərabər müxtəlif istiqamətlər və formalarda şagirdlərə tariximizdən bəhs etməli, dərindən öyrətməliyik. Məktəblərin divarları, divar qəzetləri və tədbirləri məhz bu istiqamətə yönləndirilməlidir. Burada zəruri şəkildə şagirdlərə ən zəruri materiallar çatdırılmalıdır ki, onların şəxsiyyət kimi yetişməsi təmin olunsun”.

09 May 2024 Əliyev olmasaydı, ölkə parçalanacaqdı - Şvıdkoy
09 May 2024 "Çox uşaq ağır məsuliyyət deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ
09 May 2024 Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”
08 May 2024 ”Azərbaycanın güclü olmasını istəyənlər daim Heydər Əliyev irsinə müraciət edəcəklər” - DEPUTAT ŞƏRH ETDİ
08 May 2024 Erməni kilsəsinin gətirdiyi İDEOLOJİ BƏDBƏXTLİK - TƏHLİL
08 May 2024 “Heydər Əliyev Fondu deyiləndə humanizm, sosial tərəfdaşlıq yada düşür“ - ŞƏRH EDİLDİ
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə
03 May 2024 Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bu məkan həm də “QAN BANKI” adlandırılıb
02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev