Azərbaycan çox əlverişli investisiya mühitinə malikdir və Türkiyə şirkətləri də bundan fəal istifadə edirlər. Biz qarşılıqlı investisiyaların həcmini artırmaq üçün bütün lazımi addımları atmağa hazırıq.

 

Axar.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş naziri Əli Əsədov mayın 8-də Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda bildirib.

Hökumət başçısı qeyd edib ki, təkcə son iki onillikdə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulub və bunun da 200 milyardı qeyri-neft sektorunun payına düşüb.

Əli Əsədov vurğulayıb ki, Azərbaycan Türkiyə ilə qarşılıqlı gələcək faydalı iqtisadi əməkdaşlığa hazırdır və bu, iki ölkə xalqlarının maraqlarına cavab verir. "Əminəm ki, biznes icmaları ölkələrimizin investisiya mühitinin əlverişli imkanlarından istifadə etməlidirlər", - o vurğulayıb.

Türkiyənin Azərbaycan iqtisadiyyatına yatırdığı investisiyaların həcminin 16 milyard dolları keçdiyini, Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcminin isə 20 milyard dolları keçdiyini xatırladan Əli Əsədov əlavə edib ki, bu gün Azərbaycan bazarında 4 mindən çox Türkiyə şirkəti aktiv fəaliyyət göstərir və bununla da ölkəmizdəki digər xarici şirkətlərin əksəriyyətini təşkil edir.

Baş nazir iki qardaş ölkənin iqtisadi idarələrinin xətti ilə güzəştli ticarət haqqında Sazişin çərçivələrinin genişləndirilməsi üzrə işin aparılmasına diqqət çəkib.

44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə əməkdaşlığın inkişafı üçün yeni imkanlar açılıb. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Türkiyə şirkətlərinin də fəal iştirak etdiyi genişmiqyaslı bərpa işləri aparılır. Türkiyənin 20-dən çox şirkəti bu gün həmin ərazilərdə ümumi dəyəri 4 milyard dollar olan 50-yə yaxın layihə həyata keçirir”, - Əli Əsədov bildirib.

Baş nazirin sözlərinə görə, Azərbaycanda həyata keçirilən infrastruktur layihələri investorların ölkəmizə marağının artmasına səbəb olur.

“Son dövrdə nəqliyyat sahəsi Azərbaycan hökuməti üçün prioritetlərdən biri olub. Bu istiqamətdə səylər artıq öz konkret bəhrələrini verir. Ölkəmizin infrastruktur imkanları Şərq-Qərb və Şimal-Cənub kimi genişmiqyaslı nəqliyyat təşəbbüslərinin mühüm həlqəsinə çevrilib”, – Bakı–Tiflis-Qars dəmir yolunun (BTQ) buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə işlərinə də diqqət çəkən hökumət başçısı vurğulayıb.

Əli Əsədov yaşıl iqtisadiyyatın inkişafının vacibliyini də qeyd edib. “BMT–nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasının Tərəflər Konfransının qarşıdan gələn 29-cu sessiyası (COP29) Azərbaycanın ümumi yaşıl gündəliyinin tərkib hissəsidir. Türkiyəli investorları bərpaolunan enerji sahəsində də əməkdaşlığa dəvət edirik”, - baş nazir bildirib.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Biznes Forumuna Azərbaycan İqtisadiyyat Nazirliyi, Azərbaycan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Türkiyə ticarət palataları və birjalar İttifaqı (TOBB) və digər qurumlar tərəfindən təşkilati dəstək göstərilib.

20 May 2024 Gürcüstandan gətirilən toyuq əti yararsız çıxdı
20 May 2024 Lukaşenko Rəisi haqqında nələr dedi?
20 May 2024 Kaledoniyada iğtişaşlar: Makron iclas keçirəcək
19 May 2024 Məşhur serialın aktrisası polis tərəfindən saxlanıldı
19 May 2024 Buddizm və süni intellekt arasında əlaqələr araşdırılacaq
19 May 2024 Vacib faylları uzun müddət fləşkartda saxlamayın – SƏBƏB
19 May 2024 İran və Azərbaycan güclü siyasi iradə göstərir - Əliyev
19 May 2024 Bu bölgələr yaşıl enerji zonaları elan edilib - Əliyev
19 May 2024 İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev
19 May 2024 Əliyev Rəisi ilə görüşdə: Bu ölkələr işimizə qarışa bilməz!
19 May 2024 İran-Azərbaycan qardaşlığı önəmli amildir – İlham Əliyev
19 May 2024 Kivini qabığı ilə yesək nə olar?
19 May 2024 Tağı Əhmədovun əlil arabasında son halı - Foto
19 May 2024 Blinken yalan danışır: taktiki əməliyyatlara baxın - Polkovnik
19 May 2024 Qırğızıstan DİN-dən vətəndaşlarına xəbərdarlıq
18 May 2024 Əliyev Rəisi ilə sabah sərhəddə görüşəcək
18 May 2024 Siyarto: Azərbaycan bu quruma qayıtmalıdır
17 May 2024 “Laçının 28 illik işğalı dönəmi AXC-Müsavat xəyanətinin nəticəsidir” - ŞƏRH EDİLDİ
17 May 2024 “Əli Kərimli iddia etdiyi kimi ciddi bir siyasət adamıdırsa…” - RƏY BİLDİRİLDİ
17 May 2024 Məşhur aparıcı qızına görə AzTV-dən getdi
17 May 2024 Tiflis yanır, İrəvan yanır, Bakı isə... - Klaçkov
17 May 2024 Mehdi Xəlilbəyli Bakıda həbs olundu
17 May 2024 Blinken Slovakiya XİN rəhbəri ilə danışdı: Fitsoya hücum...
16 May 2024 Dönər alarkən bunlara diqqət etmək lazımdır
16 May 2024 Güllər kül oldu... - Video
16 May 2024 Güllələnən baş nazir süni koma vəziyyətinə salındı
16 May 2024 Bu ölkələr İsraildən ona görə qorxur ki... - Fidan
15 May 2024 Çevriliş ehtimalı: Rusiya Ərdoğana yenə dəstək verir?
15 May 2024 Azərbaycanda heç vaxt belə qarşıdurma olmayıb - Prezident
15 May 2024 Slovakiyanın baş naziri güllələndi - Video