Son xəbərlər

 
“Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim addımdır. Laçın ölkəmizin ərazisində olduğundan burada həyata keçiriləcək tədbirlər, o cümlədən sərhəd-buraxılış məntəqəsinin yaradılması da müstəsna olaraq ölkəmizin daxili işidir. Ermənistanın və onun havadarlarının bu məsələ ilə bağlı apardığı çirkin kampaniyanın məqsədi bölgədə vəziyyəti gərginləşdirməkdir". Bu fikirləri SİA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, sərhədimizin toxunulmazlığının təmin olunması məsələsi ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir: "Dövlət təhlükəsizliyinin pozulmasına yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsinin yaradılması beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tam qanuni addımdır. Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması yaxın gələcəkdə Qarabağda qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələrinin çıxarılması, həmçinin separatçıların tərksilah olunması baxımından böyük önəm daşıyır. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini təmin edir.

Millət vəkilinin sözlərinə görə, Sərhəd-buraxılış məntəqəsi Qarabağ separatçılarına silah, sursat, mina və xarici terrorçuların daşınmasının qarşısını alır: "Eləcə də, bu post vasitəsilə ərazidən təbii sərvətlərimizin qanunsuz çıxarılmasının qarşısını alınır".

Sevinc Fətəliyeva deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsinin beynəlxalq legitimliyi öz təsdiqliyini tapır: "Belə ki, Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın Laçın keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

 

Digər tərəfdən, Azərbaycan humanitar məqsədlər üçün Ağdam Xankəndi yolunu təklif edir. Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu fakt onu göstərir ki, “humanitar” bəhanələrlə edilən manipulyasiyalar vasitəsilə Ermənistan hərbi təxribatlar üçün süni səbəblər yaradır. Hadisələrin gedişatı və erməni siyasətinin xisləti onu aşkar edir ki, Xankəndidə vəziyyətin pisləşməsi rəsmi İrəvanın və Fransa kimi ölkələrin marağındadır. Amma kimin nə deməsindən asılı olmayaraq, Azərbaycan öz prinsipial mövqeyində haqlıdır və heç bir qüvvə dövlətimizin iradəsinə təsir edə bilməz".

07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə
03 May 2024 Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bu məkan həm də “QAN BANKI” adlandırılıb
02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu