"Bakı Metropolitenində hərəkətin və sərnişinin təhlükəsizliyi bütün dövrlərdə bir nömrəli vəzifə hesab olunub. Bu səbəbdən daim gündəlik iş rejimi şəraitində diqqətdə saxlanılan mövzudur və yol verilən hər bir nöqsan xüsusi olaraq araşdırılır". Bu sözləri SİA-ya açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, maşinistlərin hansı hallarda işdən çıxarılması məsələsi çox geniş mövzudur: "Çünki bu peşə ilə bağlı olan qayda və vəzifələri tənzimləyən kifayət qədər çoxsaylı sənədlər, şərtlər var.

Ümumiyyətlə, maşinistlərlə bağlı bütün hadisələr mütləq qaydada ən operativ şəkildə araşdırılır və nəticə ilə bağlı qərar verilir. Araşdırmanın nəticəsinə görə məsuliyyətə cəlb edilmənin də tətbiqi istisna olunmur".

Bəxtiyar Məmmədov sözlərinə belə davam edib: "Qeyd edim ki, maşinistlərin qayda pozuntuları öz dərəcələrinə görə təsnifatlanır. Xüsusi olaraq sərnişin və hərəkət təhlükəsizliyinə xələl gətirə biləcək bir sıra məsələlərdə bəzi qərarlar avtomatik verilir. Məsələn, qatarın geriyə verilməsi, qatarın qapısının açıq saxlanılaraq sürülməsi kimi hallar birmənalı olaraq maşinistlikdən kənarlaşdırma ilə nəticələnir. Daha sonra müvafiq araşdırma aparılır və qərarlar qəbul edilir. Bu sadaladığım hallar bir maşinist üçün birmənalı olaraq yolverilməzdir.

Bundan əlavə, deyək ki, hər hansısa hadisə baş verdikdə, yaxud da maşinistin psixoloji vəziyyətinə təsir göstərə biləcək, onu stress halına salacaq bütün hallarda da dərhal maşinist qatarın idarə edilməsi prosesindən kənarlaşdırılır. Vəziyyət tam aydınlaşana qədər maşinist idarəetməyə buraxılmır.

Bir sözlə, Bakı Metropolitenində maşinistlərin fəaliyyəti ilə bağlı olan məsələlərə xüsusi yanaşılır. Bir sıra hallarda yol verilən nöqsanlara görə Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Bakı Metropoliteninin təlimat qaydaları və digər normativ sənədlərə uyğun müvafiq məsuliyyət növləri tətbiq olunur. Eyni zamanda, bəzi halların dəfələrlə təkrarlanmasına görə müxtəlif cəzalar da tətbiq edilir. Bura işdən azad edilmə, maşinistlikdən kənarlaşdırılma və s. kimi nəticələr aiddir.

Hər bir hadisə fərdi qaydada araşdırılır. Xüsusilə qeyd edim ki, hər bir maşinist işə başlamazdan əvvəl müvafiq testlərdən keçir. Maşinistlərin hər gün işə başlamazdan əvvəl sağlamlığı yoxlanılır, müvafiq testlərdən keçir. Bu çox ağır peşə olsa da, metropoliten üçün ölkəmizdə ən çox sevilən və diqqətdə olan peşələrdəndir.

Son olaraq qeyd edim ki, maşinistlikdən kənarlaşdırma heç də işdən azad edilmə demək deyil".

07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə
03 May 2024 Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bu məkan həm də “QAN BANKI” adlandırılıb
02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu