Son xəbərlər

 
Məşhur Məmmədov,
Millət vəkili


Ümummilli liderimiz Heydər Əliyev müstəqil Azərbaycanın yaradıcısı, qurucusu, dövlətçiliyimizin qarantı oldu. O, respublikamızı hərtərəfli inkişafa, tərəqqiyə çatdırdı, onun siyasətini, iqtisadiyyatını, elmini, təhsilini, mədəniyyətini dünya standartları səviyyəsinə qaldırdı.
Gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində hər zaman önəmli yer tutur.
Ulu öndərin əsas strategiyalarından biri də gənclər siyasəti idi. "Azərbaycanın genofondu gənclərdir. Biz onları hərtərəfli qorumalıyıq” - deyən Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncama əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Forum müstəqil Azərbaycan Respublikasının gəncləri qarşısında duran mühüm vəzifələrin həyata keçirilməsində ölkə gənclərinin hər bir sahədə fəal iştirak etməyə hazır olduğunu nümayiş etdirdi və gənclərlə işin nəzərəçarpacaq dərəcədə canlanmasına səbəb oldu.
Bu gün tam əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin gəncliyə və gənclərə qayğısı indi yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.
Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin də gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib.
Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında, sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.
Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.
Ulu öndərin uğurlu siyasətinin nəticəsidir ki, bu gün müstəqil Azərbaycan yaşayır və inkişaf edir. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət, strategiya onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün yüksək səviyyədə həyata keçirilir.
İnanıram ki, gənclər bu qayğını başa düşərək, Azərbaycan Respublikasının inkişafı üçün öz töhfələrini əsirgəməyəcəklər.
07 May 2024 “Heydər Əliyev irsi xalqımızın milli sərvətidir” - ŞƏRH EDİLDİ
07 May 2024 İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir
07 May 2024 Bu şəxslər 12 min manatadək cərimələnəcək
07 May 2024 Putin: Bu cür dünya nizamı yaradacağıq!
07 May 2024 Taksi fəaliyyəti üçün icazələrin verilməsinə başlanıldı
07 May 2024 “Azərbaycana kor-koranə itaət lazım deyil” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
07 May 2024 Ağsu rayon MKS-nin Mərkəzi Kitabxana şöbəsinin təşkilatçılığı ilə görüş keçirildi
06 May 2024 DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər - FOTO
06 May 2024 "Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” - FOTOLAR
06 May 2024 Heydər Əliyevin adı Azərbaycan və dünya tarixinə həkk olunub
06 May 2024 Papanın Ukraynaya cavabı: Rusiya olmasa, gəlməyəcəm!
06 May 2024 Prezident İqor Babuşkini qəbul etdi
06 May 2024 Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? VİDEO
04 May 2024 Çiyələyin qiyməti 1 manata DÜŞDÜ VİDEO
03 May 2024 "Ulu Öndər bütün gücünü milli intibahımıza yönəltdi" - MÜNASİBƏT BİLDİRİLDİ
03 May 2024 "Multikultural dəyərlər bu xalqın qanında və canındadır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
03 May 2024 Lukaşenko nazirə yer qazdırdı: Axtar... - Video
03 May 2024 Ucarda pambıq emalı müəsisəsinin fəaliyyəti şəhər sakinlərini narahat edir VİDEO
03 May 2024 “KQB” agentlərinin adının açıqlanması yenidən gündəmdə
03 May 2024 Hitlerin Riqada yaratdığı əsir düşərgəsi – bu məkan həm də “QAN BANKI” adlandırılıb
02 May 2024 Şeyx delimitasiyaya xeyir-dua verdi
02 May 2024 Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam
02 May 2024 Tarix yazan sərkərdə
01 May 2024 Düşmənlər silahlarımızın qarşısında titrəyir - Medvedyev
01 May 2024 Lukaşenko Rusiyada dəbdəbəli iqamətgah tikdirir
01 May 2024 Prezident Zuhair Əlhartini qəbul etdi
30 Aprel 2024 Cəlilabad rayon “hərbi komissarlığında” ŞOK ÖZBAŞINALIQ… -Vətəndaş şikayət edir…
30 Aprel 2024 Bakıda çörəyin içindən taxta ÇIXDI – VİDEO
30 Aprel 2024 Bakı sakinləri Paşinyanın devrilməsini istəyirmi? - ŞOK CAVABLAR
30 Aprel 2024 İstənilən halda bu əməliyyat olacaq - Netanyahu