Son xəbərlər

 

Yayın gəlişi, havaların həddindən artıq isti keçməsi çoxlarının əhvalının, işgüzar fəaliyyətinin aşağı düşməsinə səbəb olub. Təsadüfi deyil ki, insanlar məzuniyyətlərindən əsasən yay fəslində yararlanırlar. Bəs yazarlarımız necə, yayda istirahət edir, yoxsa yaradıcılıqla məşğuldur?

 

Kult.az yazarlarımızın bu suala verdikləri cavabları təqdim edir:

Şair Salam Sarvan: “Nəhayət, neçə illik tərəddüdlərə son qoyub təsəvvürümdəki romanı yazmağa başladım. Ancaq bəri başdan görürəm ki, çox soyuq bir əsər olacaq. Dili, düşüncə tərzi, texnikası, obrazları özümə də yad gəlir. Hərçənd öz içimdən gəlir. Görək nə olur. Alınmaya da bilər, bezib yarımçıq da saxlaya bilərəm, çün çox çətin yazılır. Bu ara özümü yazı əzablarına salmaq istəyirəm, hiss edirəm ki, mənim mətnlə böyük savaşım hələ indi başlayır”.

Şair Vasif Süleyman: “Mənim üçün yazı prosesində fəsil anlayışı yoxdur. Həmişə zamanından asılı olmayaraq yazmışam”.

Şair Aqşin Yenisey: “Guya, soyuq havalarda yazdıqlarımız dünyada əl-əl gəzir... Bizim yaradıcılığımız elə qışda soyuğu, yayda istini yola verməkdən başqa nəyə yarayır ki?”

Şair Səlim Babullaoğlu: “Mən indi daha çox tərcümə işi ilə məşğulam, eyni zamanda naşirlik fəaliyyəti ilə. Odur ki, nəinki ürəyimcə olan, heç ürəyimcə olmayan şeyləri də yazmağa vaxtım yoxdur”.

Şair Maarif Soltan: “Mən yalnız yazda və payızda yaza bilirəm. Yayda başımı soxmağa sərin, qışda isti yer axtarıram”.

Yazıçı Nəriman Əbdülrəhmanlı: “Yazıram. Daha doğrusu, bitirmişəm, redaktə işləri aparıram. Neçə illərdir planımda olan “Taclı” roman-triptixini, nəhayət, qələmə aldım. Roman Şah İsmayıl Xətai, Taclı Bəyimin hekayətini və oğulları Təhmasibin ömrünün ilk dövrünü əhatə edir. Yəqin ki, redaktə və dəqiqləşdirmə işlərini bu ay tamamlayıb çapı ilə məşğul olacağam”.

Şair-bəstəçi Şahin Musaoğlu: “Təb gəldikdə yazmamaq olmur. Oğluma bir öyüd şeiri başlamışam... Görək axırı necə gələcək”.

Yazıçı Şərif Ağayar: “Açığı, son vaxtlar işlər çoxdur, ona görə yaradıcılıqla məşğul ola bilmirəm. Yəqin, yaxınlarda başlayacağam. Əlimdə ciddi yazılar var”.

Şair Telli Pənahqızı: “İstinin, soyuğun yaradıcılığa, təbə, ilhama aidiyyəti yoxdur! Gəldisə gələcək və yazılacaq”.

15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi
24 Mart 2022 Səmədin Ukrayna partizanları haqda məşhur şeiri
28 Fevral 2022 İran rəsmisi: Nizami İran və fars şairidir
03 Yanvar 2022 Nizaminin Xəmsəsinin bir səhifəsi Bakıya gətirildi
14 Noyabr 2021 Niderlandda Nizamiyə həsr edilmiş kitab çap olundu
21 Oktyabr 2021 Kamal Abdulla ingilis professorlarla görüşdü