Son xəbərlər

 

Kult.az Moderator.az-ın böyük tarixi şəxsiyyət, dövlət başçısı və sərkərdə Şah İsmayıl Xətainin az öyrənilən sufi yöndən bəhs edən yazısını təqdim edir:

 

Sufi fəlsəfəsində insanın bəqa aləmindən fəna aləminə keçidi bahariyyə kimi təsvir olunur. Şah İsmayıl Xətaidə daha çox rast gəlinən bu rəmzi keçid əslində böyük Nizamidə özünün ən gizli tərəflərini açıb göstərə bilmişdi. Füzulinin “Leyli və Məcnun” əsərində də qəzəllər biri bahariyyəyə həsr olunub. Orada Məcnunun Leyliyə olan simvolik sevgisi artıq onun üzərinə fəna aləminin qapılarını açır. O öz baharına qovuşmağın həsrətini çəkir. Poemada əsas məntiq də bu həsrətdədir. Məcnun səhrada Leylidən məhz buna görə imtina etmişdi ki, illuziv olaraq ruhunda yaratdığı “Leyli baharına” qovuşa bilsin. Bu mərhələ sırf elmi-fəlsəfi mahiyyət kəsb edir. Belə ki, real həyatda mart ayının sonlarında bahar gəldikdən sonra təbiət qış yuxusundan ayılır, ağaclar çiçək açır və s. İnsanın ruhi aləmində də bu hallar baş verir. Fəna məqamına çatandan sonra insanda qəflət yuxusundan ayılma, bu ayılmadan sonra bədəninə yayılan enerji və bu enerjinin dövri hərəkəti nəticəsində ruhun cavanlaşması, bədənin gərginlikdən xilası halları baş verir. Bir sözlə, İlahi aspektə doğru hərəkət edərək insan bioloji varlığı ilə ruhi varlığının inteqrasiyasını həyata keçirərək onları vahid nöqtədə birləşdirir. Məhz bu vahid İlahi nöqtədə birləşmə prosesi klassik ədəbiyyatda və Şərq fəlsəfəsində bahariyyə adlanır.

Rəvayətə görə, Təbrizdə özünü şah elan etmiş İsmayıl (1501-ci il - red.) öz hücrəsinə qapanaraq, uzun müddət kimsə ilə ünsiyyət qurmazmış (Şah İsmayılın şahlıq dönəmində Səfəvi sarayında sufilər, şeyxlər üçün hər zaman gizli hücrələr olub. Şah İsmayılın özünə aid olan gizli hücrələrin sayı isə bir neçəyə çatırmış. Şah xüsusən də 1514-cü ildə qanlı Çaldıran döyüşündəki məğlubiyyətdən sonra ömrünün qalan 10 ilini daha çox həmin hücrələrdə keçirib). Gənc şahın hücrədən çıxandan sonra qeyri-adi fikirlər səsləndirməsi, şahdan çox bir hal əhlinə xas olan anlayışları ifadə etməsi hətta dövrün ən öncül şeyxlərini də təəccübləndirib. Xətainin Ələst məclisindən bəhs edən və dünyaya Alim Qasımovun ifasında sevilən misraları həmin sirli görüşmələrdən sonra meydana gəlib:

Yer yox ikən, göy yox ikən ta əzəldən var idim
Gövhərin yektanəsindən irəli pərgar idim.
Girdim Adəm cisminə bir kimsə bilməz sirrimi
Mən bu beytullah içində ta əzəldən var idim.

Xətainin bir misraları səsləndirəndən sonra özündən getdiyini deyənlər də var.

Yuxarıda Ələst məclisinin adını çəkdik: Təsəvvüf aşiqlərinin sözlərinə görə, dünya var olunmamışdan əvvəl Allahla mələklərin böyük məclisi keçirilib. Fəna aləmində bu dünyanın bir növ eskizləri cızılıb, inkişaf tarixi planlaşdırılıb. İnsanın həmin məclisdə iştirakı onun kainatdan da əvvəl var olduğuna bir işarədir. Şah Xətai də yuxarıdakı misralarında buna işarə vurub. Onun ruh davamçısı olan Aşıq Ələsgərin “Ələstdən “bəli” dedim, nə xoş kamaldı yüküm” misraları da bu sirli məclisə işarədir.

Deyilənlərə görə, Şah İsmayıl İraqı işğal etdikdən sonra Kərbəlaya ziyarətə gedər. Kərbəlada HəzrətHüseynlə bir yerdə şəhid olmuş Hürrün məzarını açır. Görür ki, Hüseynin Hürrün yarasına basdığı dəsmal yerindəcə durmaqdadır! Dəsmalı çıxardığında qan axmağa başlayır! Sonra dəsmalı nə qədər yerinə qoysa da, qan durmaq bilmir! İŞah smayıl xəta etdiyini anlayıb, təxəllüsünü “Xətai” qoyur.

Tarixçilərin danışdığı bu hekayəti ürfan alimləri inkar edir. Onların fikrincə, “xəta” sözü əslində heç bir məna daşımır. Yəni ərəb əlifbasında olan “ta” ilə yox nöqtəli “te” ilə yazıldığından konkret ifadə etdiyi anlam yoxdu. Bu sözü təşkil edən həriflərin əbcəd hesabı ilə cəmi 1001-ə bərabərdir. Bu rəqəmin də islam fəlsəfəsində sonsuzluq ifadə etməsi hər kəsə məlumdur.

03 May 2024 Yazarlar “Ədəbiyyat adamı” mükafatı aldılar
03 May 2024 Bu bayramı ölkəyə bizim ailə gətirdi
02 May 2024 Bir gün “Salam, sağ ol” deyəcəyik...
01 May 2024 Zəhmətkeşlər özü üçün çalışır, niyə bayram edək? - Yazıçı
01 May 2024 Allah ədəbiyyatımıza verdiyi Salamı geri alır
15 Aprel 2024 AYB-dən Çingiz Abdullayevlə bağlı açıqlama
15 Aprel 2024 Elariz ABŞ-da nə iş görür: qayıdacaqmı? – Özü açıqladı
13 Aprel 2024 Çingiz Abdullayevi onlar zəhərləyib...
11 Aprel 2024 Bakıda “Türkçülüyün Məsələləri” kitabı çap olundu - Foto
04 Aprel 2024 Kamal Abdulla Serbiyanın səfiri ilə görüşdü
04 Aprel 2024 Tarixi yalan: Şah Şirvanşahların məzarlarını dağıdıb?
03 Aprel 2024 Bunu ilk dəfədir açıqlayıram: Yusif, Sabir, Zəlimxan…
02 Aprel 2024 Kamal Abdullanın şeirləri bu dillərdə çap olundu
25 Mart 2024 Orfoqrafiya lüğətimiz Türkiyədə nəşr olundu
17 Mart 2024 Anar həmin videodan danışdı: Axmaq paylaşımlar...
15 Mart 2024 Orxan Saffarinin yeni kitabı nəşr olundu
14 Mart 2024 İran Nizami Gəncəvidən İrəvanda da əl çəkmir
14 Mart 2024 Harada xatırlanıramsa, orada şaham - Babək
04 Mart 2024 Natiq Səfərovun qızı ölümlə çarpışır. Onu xilas edək!
22 Fevral 2024 Mövlud əslində gənc yaşında həlak olmuşdu…
30 Dekabr 2023 ETTELAAT güneyli yazarı saxladı
25 Noyabr 2023 Anar sürücü və katibəsinə ev verməsinin səbəbini açıqladı
09 Oktyabr 2022 Sabir Rüstəmxanlıya ağır itki
16 Avqust 2022 Bir qrup gənc şair bu şəhərimizdə toplandı
08 Avqust 2022 Tanınmış şairin yeni kitabı çapdan çıxdı
03 Avqust 2022 Səməd Vurğunun “Azərbaycan”ı plagiatdır?
28 İyun 2022 Sabirə həsr olunmuş konfrans keçirildi
23 İyun 2022 AYB-nin qurultayı Şuşada keçiriləcək? - Anar açıqladı
12 May 2022 Zəlimxan Yaqubun qardaşı vəfat etdi
12 Aprel 2022 Sabir Rüstəmxanlı Ukraynadakı səfirlikdən şikayətləndi