Papua Yeni-Qvineya sahillərində 6,5 bal gücündə zəlzələ baş verib.
Axar.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 18,8 min nəfər əhalisi olan Kimbe şəhərindən 101 km şərqdə, ocağı isə 51 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.