Son xəbərlər

 

AZAL-a məxsus təyyarənin Qroznı yaxınlığında vurulma ehtimalı yüksəkdir.

Çünki hadisə baş verən anda Ukrayna PUA-larının Qroznıya hücumları müşahidə olunurdu. Hava Hücumundan Müdafiə (HHM) sistemləri işə düşmüşdü. Yayılan videolarda təyyarənin gövdəsindəki zədələr aydın görünür. Bunun Ukrayna PUA-ları tərəfindən törədildiyi ehtimalı da nəzərdən keçirilir. Təyyarə Aktauya qədər 500 km məsafə qət edib, raket zərbəsi bu qədər məsafəni qət etməyə imkan verməzdi və PUA ilə zədə almaq ehtimalı da var.

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov 25 dekabrda AZAL-a məxsus təyyarənin Qroznı səmasında Rusiya HHM tərəfindən vurulması ilə bağlı məlumatı şərh edərkən deyib.

Onun sözlərinə görə, təyyarə Qroznı yaxınlığında zədələnibsə, bu, PUA zərbəsi ehtimalını da yaradır:

“Raket zərbəsi nəticəsində ciddi zədə alsaydı, təyyarənin bu qədər uzun məsafəni qət etməsi çətin olardı. Buna görə də təyyarənin PUA zərbəsi nəticəsində xəsarət alması daha real görünür.

Buna baxmayaraq, zədə Rusiya HHM-dən təsadüfən açılan atəşin nəticəsi də ola bilər. Rusiya tərəfinin qəsdən Azərbaycan təyyarəsinə atəş açması az ehtimaldır”.

Politoloq Rusiyanın məsələyə hər hansı münasibət bildirməməsinə də aydınlıq gətirib:

“Hadisənin başvermə səbəbləri ilə bağlı Rusiya tərəfi rəsmi açıqlama verməyib, çünki araşdırma hələ davam edir. Əgər təyyarənin Rusiya HHM sistemləri tərəfindən vurulduğu təsdiqlənərsə, Rusiya və Azərbaycan arasındakı dostluq əlaqələri nəzərə alınaraq, Rusiya hökumətinin rəsmi üzr istəməsi və məsuliyyətli şəxsləri cəzalandırması gözlənilir. Bununla yanaşı, Rusiya, heç şübhəsiz, AZAL-a təyyarəsinin itirilməsinə və sərnişinlərin həyatına görə təzminat ödəyəcək”.

 

Rusiya Hava Limanlarının AZAL təyyarəsini qəbul etməməsinin səbəbini isə politoloq PUA hücumu ilə əlaqələndirib:

“Hava dispetçerlərinin təyyarəni ən yaxın Rusiya hava limanına deyil, Aktauya yönəltməsi ilə bağlı suala gəlincə, bunun səbəbləri tam dəqiqliklə məlum deyil. Böyük ehtimalla, Mahaçqala limanı da PUA hücumlarına məruz qaldığı üçün bağlanmışdı. Üstəlik, hava şəraiti də əlverişsiz idi. Yalnız Mahaçqala deyil, Şimali Qafqaz regionunda bir neçə hava limanı AZAL təyyarəsinin “dost atəşinə” məruz qalmasından sonra bağlanıb.

Başqa bir maraqlı məqam isə təyyarənin niyə Bakıya deyil, Aktauya uçmasıdır. Aktau ilə Bakı arasındakı məsafə demək olar ki, eynidir. Aktauya 500 km, Bakıya 550 km təşkil edir. Bu qərarı adətən təyyarə komandiri verir. Yəqin ki, Aktau həmin anda ən yaxın açıq hava limanı olub və təyyarə oraya eniş edib”.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

27 Dekabr 2024 Nazarbayev İlham Əliyevə başsağlığı verdi
27 Dekabr 2024 Qəza ilə bağlı bu məlumat yalandır! - Sağ qalan bələdçi
27 Dekabr 2024 Təyyarəyə kənar müdaxilə olub - Nazir
27 Dekabr 2024 Təyyarə buna görə qəzaya uğrayıb - AZAL
27 Dekabr 2024 Rusiya XİN təyyarə qəzası ilə bağlı bu xəbəri təkzib etdi
27 Dekabr 2024 Bakıdan üzr istəyin, münaqişə yaratmayın! - Şevçenko
27 Dekabr 2024 Bakı dərhal üzr istəmişdi: Moskva niyə gecikir? – Rus ekspert
27 Dekabr 2024 Qəza ilə bağlı şok faktlar: Təyyarə məhz orada vurulub!
27 Dekabr 2024 Milli Məclis təyyarə qəzası ilə bağlı başsağlığı verdi
27 Dekabr 2024 İqorun uçuş zamanı təkrarladığı söz... - Dostu danışdı
27 Dekabr 2024 Hərbi xidmətə çağırış yaşı 30-a endirildi
27 Dekabr 2024 Bakı Rusiya və Qazaxıstanın bu təklifini rədd etdi
27 Dekabr 2024 Qroznı hava limanında uçuşlar məhdudlaşdırıldı
27 Dekabr 2024 Təyyarə qəzasında xəsarət alanların son durumu... - Nazir
27 Dekabr 2024 4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə…
27 Dekabr 2024 Dünya mediası pilotlarımızdan yazır: nələr ediblər?
26 Dekabr 2024 Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm
26 Dekabr 2024 Qəzada həlak olan Azərbaycan vətəndaşları - Siyahı
26 Dekabr 2024 Lavrov: Ukraynaya atəşkəs buna görə lazımdır
26 Dekabr 2024 Pezeşkian İlham Əliyevə zəng etdi
26 Dekabr 2024 Biz dünya ilə vuruşmamalıyıq - Pezeşkian
26 Dekabr 2024 Qəzada həlak olan pilot iki aya təqaüdə çıxmalı idi, lakin...
26 Dekabr 2024 Qəzanın pərdəarxası: Təyyarəyə raket zərbəsi endirilib?
26 Dekabr 2024 Szinpin İlham Əliyevə başsağlığı verdi
26 Dekabr 2024 Filemon Yanq Azərbaycana başsağlığı verdi
26 Dekabr 2024 Sosis ilə mədə xərçəngi arasında əlaqə sübut edildi
26 Dekabr 2024 Bu gün Azərbaycanda matəmdir
26 Dekabr 2024 Paşinyanın “kovid” bəhanəsi: Piterə niyə getmədi?
26 Dekabr 2024 İsrail bir neçə ilə yox olacaq – Fədavi
26 Dekabr 2024 2025-də dünyanın 3 əsas münaqişə ocağı...